Çeçenistan lideri Ramzan Kadırovun 20 yaşlı oğlu, respublikanın gənclər və idman naziri Əhməd Kadırov Çeçenistan Baş nazirinin müavini təyin edilib.
Eyni qərarla milli siyasət, xarici işlər, mətbuat və informasiya naziri Əhməd Dudayev Baş nazirin müavininin köməkçisi təyin edilib. Təyinatların Baş nazir Maqomed Daudovun tövsiyəsi ilə həyata keçirildiyi açıqlanıb. Telegram mesajında Ramzan Kadırov hər iki şəxsi "məsuliyyətli və effektiv administratorlar" adlandıraraq, respublikanın “inkişafına” verdiyi töhfələrə diqqət çəkib.
TAHİR