Britaniyanın "The Times" qəzeti İranın Ali Dini Lideri ayətullah Xamneyinin "B planı" haqqında xəbər yayıb.
Qəzet ona təqdim edilən kəşfiyyat sənədlərinə istinadən bildirir ki, Ayətullah Xamenei, təhlükəsizlik qüvvələri etirazları yatıra bilməzsə və ya ona xəyanət edərsə Rusiyaya qaçmağı planlaşdırır.
Kəşfiyyat mənbəyinin qəzetə verdiyi bu "B planına" görə, 86 yaşlı Xamenei, oğlu da daxil olmaqla, 20 köməkçisi və ailə üzvləri ilə birlikdə Tehranı tərk edəcək.
İslam İnqilabından səkkiz il sonra İrandan qaçaraq onilliklər ərzində İsrail kəşfiyyatına çalışan Benni Sabti "The Times" qəzetinə bildirib ki, Xamenei Moskvada sığınacaq axtaracaq, çünki "başqa gedəcək yeri yoxdur".
SAMİRƏ