İstanbulda FETÖ-yə qarşı daha bir əməliyyat keçirilib. Milli Kəşfiyyat Təşkilatı (MİT) və Kəşfiyyat Şöbəsi ilə koordinasiyalı şəkildə aparılan əməliyyatlarda terrorla mübarizə qrupları şübhəlilərin "təhlükəsiz evlər" kimi tanınan ünvanlarda gizləndiyini müəyyən edib. ByLock istifadə etdiyi, Bank Asya hesab əməliyyatları apardığı və barəsində həbs qərarı qüvvədə olan dörd şübhəli eyni vaxtda keçirilən əməliyyatda saxlanılıb.
Onlar şifrələnmiş rabitə sistemlərindən istifadə ediblər. İddialara görə, FETÖ görüşlərində iştirak edən bu şəxslər əməliyyat zamanı təhlükəsiz bir evdə yaxalanıblar.
İMüəyyən edilmiş şübhəlilərin saxta kimlikdən istifadə edilərək icarəyə götürülmüş və "təhlükəsiz evlər" kimi tanınan ünvanlarda gizləndiyi müəyyən edilib.Saxlanan şəxslərin polis bölməsində müayinəsi davam edir.
SAMİRƏ