Venesuela prezidenti Nikolas Maduro saxlanılaraq ABŞ-a gətirilərkən bir neçə geyimdə görüntülənib. O cümlədən də onun idman geyimindəki fotosu diqqəti çəkib.
Mətbuatın yazdığına görə, "Nike" brendinin "Tech Fleece" idman kostyumu ABŞ hərbçilərinin Venesuela prezidenti Nikolas Maduronu bu modeldə geyimli halda saxlamasından sonra kəskin populyarlıq qazanıb. Yanvarın 4-5-də "Google Trends" platformasında “Nike Tech”, “grey Nike Tech” və “Nike Tech tracksuit” sorğularına marağın sürətlə artdığı qeydə alınıb. Bəzi sorğular üzrə populyarlıq indeksi maksimum 100 bala çatıb.
"Nike"ın rəsmi saytında sözügedən modelin bir neçə ölçüsü artıq tam satılıb. Xüsusilə, Maduronun fotosunda üzərində olduğu 3XL ölçüsü təxminən bir saat ərzində tamamilə satılıb.
Qeyd edilir ki, Maduronun fotosunu ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində paylaşmış və şəkilin “Iwo Jima” desant gəmisində çəkildiyini qeyd etmişdi.
Leyla Qaraxanlı