İsrail oktyabrın 7-də münaqişə başlayandan bəri Qəzzaya intensiv hücumlarını davam etdirir. İsrail ordusunun hücumlarından sonra Qəzzada bütün telefon və internet xidmətləri kəsilib.
Milyonlarla insan sosial mediada rabitənin kəsildiyi Qəzza üçün "#StarlinkforGaza" həştəqi ilə SpaceX sahibi İlon Maska müraciət edib. Çağırışlara səssiz qalmayan sosial media nəhəngi X-in sahibi Mask isə Starlink internet peyklərinin Qəzzaya yönəldiləcəyini açıqlayıb. Musk rəsmi olaraq Starlink-in Qəzzada Birləşmiş Millətlər (BMT) və digər beynəlxalq səviyyədə tanınan yardım təşkilatlarına internet təmin edəcəyini açıqlayıb.
Mask internetə çıxış təmin edəcəyini açıqladıqdan sonra İsrail Maska qarşı sanksiyalar tətbiq edib. İsrailin rabitə naziri Şlomo Karhi, Maskın Qəzzaya pulsuz Starlink xidməti göstərmək qərarına görə Space X ilə bütün əlaqələrin kəsildiyini açıqlayıb. Nazir Maskın Qəzzada beynəlxalq yardım təşkilatlarına internet təmin etmək cəhdi ilə mübarizə aparacaqlarını bildirib.
İsrailin bu qərarla mübarizə üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirən Karhi, "HƏMAS peykdən terror fəaliyyətləri üçün istifadə edəcək. Buna heç bir şübhə yoxdur, biz bunu bilirik, İlon Mask da bunu bilir. HƏMAS İŞİD-dir. Ofisim Starlink ilə bütün əlaqələri kəsəcək" deyib.
TAHİR