İsrailin xarici işlər naziri Eli Kohen Türkiyə hakimiyyətinin İsrail ilə HƏMAS arasında münaqişəyə dair açqlamalarına görə bütün israilli diplomatlarının Türkiyədən geri çağırılması ilə bağlı təlimat verib.
«Türkiyənin bəyanatları ilə əlaqədar Türkiyə ilə İsrail arasında münasibətləri yenidən qiymətləndirmək məqsədilə oradan diplomatik nümayəndələrin geri çağırılması ilə bağlı təlimat verdim», - Kohen “X” sosial şəbəkəsində (əvvəl Twitter) yazıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda fələstinlilərə dəstək mitinqində İsraili Qəzza zolağında «hərbi cinayətlərdə» ittiham edib və əlavə edib ki, Qərb ölkələri Qəzzanın günahsız sakinlərinin öldürülməsini qanuniləşdirmək üçün siyasətçiləri, medianı səfərbər edir.