İsrail Qəzzada quru əməliyyatına başlayıb. Bu barədə açıqlama verən İsrail ordusunun sözçüsü quru qüvvələrinin bu gecə Qəzzada əməliyyatlarını genişləndirdiyini bəyan edib.
Bundan sonra döyüş təyyarələri bir-birinin ardınca havaya qalxaraq bölgəyə bombalar yağdırıb. Oktyabrın 7-dən bəri ən şiddətli hava hücumlarının həyata keçirildiyi Qəzzada rabitə və internet şəbəkəsi tamamilə dağılıb.
İsrail dinc əhaliyə "Cənuba gedin" xəbərdarlığını edib. Ardınca Qəzzanın şimalında quru əməliyyatı başlayıb. İsrail tankları Beyt Hanun rayonuna daxil olub.
HƏMAS-ın yüksək rütbəli rəsmisi isə İsrailin qurudan hücumuna “hazır” olduqlarını bildirib. HƏMAS 40 dəqiqə ərzində Qəzzaya 100-dən çox hücum olduğunu açıqlayıb.
TAHİR