ABŞ-ın Suriyadakı iki hədəfə endirdiyi zərbələr fonunda Rusiya Federasiyasının hərbi əməliyyatlara cəlb olunacağı ilə bağlı heç bir narahatlıq yoxdur, lakin Fələstin və İsrail arasında münaqişə regionda gərginliyə səbəb olur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hazırda belə bir narahatlıq yoxdur. Zərbələrə gəlincə, ümumilikdə bu kritik gərginlik və Fələstin-İsrail müharibəsi, əlbəttə ki, regionda daha geniş kontekstdə gərginliyə səbəb olur. Bu, çox pisdir", - Peskov Rusiya hərbçilərinin münaqişəyə cəlb oluna biləcəyi ilə bağlı hər hansı narahatlıqların olub-olmadığı sualına cavabında deyib.