Çin, oktyabrın 7-də HƏMAS-ın "Əqsa tufanı" hücumundan sonra İsrailin Qəzzada başlatdığı əməliyyatlara müqavimət göstərdiyi üçün ABŞ-ın hədəfinə çevrilən İrana açıq dəstək çıxdığını bəyan edib.
"Ərazi bütövlüyünün qorunması məsələsində İranı qətiyyətlə dəstəkləyirik. İrana hər hansı kənar müdaxiləyə qəti şəkildə qarşı çıxacağıq və İranın yanında olacağıq" - deyə Çindən gələn əçıqlamada bildirilir.
Qeyd edək ki, İranın xarici işlər naziri Abdullahian Fələstin-İsrail münaqişəsinin bölgəyə sıçramasını istəmədiklərini, lakin Qəzzaya hücumlar davam edəcəyi təqdirdə İsrailə açıq dəstək verən ABŞ-ın “oddan xilas ola bilməyəcəyini” deyib.
TAHİR