İsrail oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı əsir götürülənlərlə bağlı razılaşmanı nəzərdən keçirməyə hazır olduğunu bəyan edib.
İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, İsrail Qətər və Misir də daxil olmaqla vasitəçilərə Qəzza zolağındakı fələstinli qruplarla genişmiqyaslı əsir mübadilə razılaşmasını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Xəbərdə tərəflərin şərtləri də açıqlanıb. İsrail əsirlərin azad edilməsini, HƏMAS isə atəşkəs, Qəzzaya elektrik enerjisinin verilməsi və fələstinli əsirlərin azad edilməsini istəyir.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 16-da əllərində yüksək rütbəli hərbçilər də daxil olmaqla 200-250 arasında əsir olduğunu açıqlayıb. Qrup dünən yaydığı yazılı açıqlamada isə, İsrailin Qəzza zolağına hücumları nəticəsində indiyədək 50 israilli əsirin öldüyünü açıqlayıb.
TAHİR