ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Buraya NASAMS və tank əleyhinə “Javelin” raket sistemləri üçün raketlər daxildir. Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bildirib ki, yardım paketinə NASAMS üçün əlavə sursat, AIM-9M hava hücumundan müdafiə raketləri, “Stinger” zenit raketləri, HIMARS üçün əlavə sursat, 155 mm və 105 mm kalibrli artilleriya mərmiləri və digər ləvazimatlar daxildir. Hərbi yardım paketinin ümumi dəyəri 150 milyon dollardır.
Mətləb