Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi formatlı hərbi kabinetin iclasını çağırıb. Ukrayna dövlət başçısının teleqram kanalındakı açıqlamasında deyilir ki, tədbirdə bütün hərbi komandanlar iştirak ediblər. “Onların öz döyüş istiqamətləri, müdafiə və hücum əməliyyatları, xüsusi tapşırıqlarla bağlı məruzələri dinlənilib. Vacib mövzularla bağlı açıq söhbətlər aparılıb”, - deyə Prezident qeyd edib.
Vurğulanıb ki, eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zaslujnı, müdafiə naziri Rüstəm Umerov, MN-in Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun məruzələri dinlənilib.
Mətləb