HƏMAS-ın oktyabrın 7-də başlatdığı Əl-Əqsa əməliyyatına cavab verən İsrail ordusu günlərdir Qəzzanı bombalayır. İsrail-HƏMAS savaşı bütün bölgədə vəziyyətin təhlükəli şəkildə gərginləşməsinə səbəb olub.
Son olaraq Misir zirehli birliklərdən ibarət ordusunu İsrail sərhədinə yığıb. Misir prezidenti Əbdülfəttah əs-Sisi Misir ordusunun Süveyşdə, İsrail sərhədinə yaxın ərazidə yerləşən 4-cü Zirehli Diviziyasına baxış keçirib.
Sisinin yoxlaması zamanı Misir ordusunun görüntüləri diqqət çəkir. Sözügedən görüntülər dünya mediasında “İsrailə qarşı güc nümayişi” kimi şərhlərə səbəb olub.
TAHİR