İsrailin baş naziri Benyamin Netanyahu əmin edib ki, ordu Qəzza zolağında quru əməliyatına hazırlaşır, lakin nə zamna və hansı miqyasda olacağını deməyib.
"Biz quru əməliyyatına hazırlaşırıq. Mən bunu nə vaxt və necə keçirəcəyimizi, həmçinin nə qədər qüvvənin cəlb olunacağını dəqiqləşdirməyəcəyəm", - "The Times of Israel" Netanyahunun xalqa müraciətindən sitat gətirir. O qeyd edib ki, əməliyyatın başlanma tarixi barədə qərar hərbi komandanlıq tərəfindən yekdilliklə qəbul edilib. Netanyahu İsrailin «mövcudluğu uğrunda mübarizənin ən qızğın çağında» olduğunu qeyd edib. Onun sözlərinə görə, iki məqsəd var - HƏMAS qruplaşmasını məhv etmək və girovları qaytarmaq. Baş nazir eyni zamanda Qəzza zolağının mülki əhalisini anklavın cənubuna köçməyə çağırıb.