Men ştatının hüquq-mühafizə orqanları Lyuiston şəhərində baş verən kütləvi atışma hadisəsini terror aktı kimi qiymətləndirmir. “NBC News” telekanalının ən son məlumatında deyilir ki, polis araşdırmalarını davam etdirir.
Qeyd edək ki, cinayətkar şəhərin üç yerində - bar, restoran və mağazada insanlara avtomat silahdan atəş açıb. Nəticədə 22 ölüb, 60-a yaxın insan yaralanıb.
Mətləb