Bazar günü günü, 08 noyabr 2026
     

Fransa Yaxın Şərqi oda atmağa çalışır...

Image


HƏMAS-la İsrail arasında davam edən hərbi əməliyyat Yaxın Şərq regionunda savaşın miqyasının daha da genişlənməsi ilə müşayiət edilməkdədir. Bu fonda bəzi qüvvələr də regionda dağıdıcı təsirə malik fəaliyyət həyata keçirməyə can atır. Onlar sırasında yenə də fərqlənənlərdən biri Fransadır.

Fransa prezidenti Emmanuel Makronun İsrailə səfəri fonunda dedikləri bunun daha bir təsdiqidir. Belə ki, Makron vaxtilə İŞİD terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HƏMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Xatırladaq ki, Qərb dövlətləri özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmaya qarşı beynəlxalq koalisiya yaratmışdılar. Amma İŞİD-in İraq və Suriyadakı mövqelərinə endirilən zərbələr bu ölkələri viran qoydu. Emmanuel Makron eyni şeyin Qəzzada təkrarlanmasını istəyir.  Belə ki, Makron Təl-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə deyib: “Fransa İraq və Suriyada əməliyyatlar aparmaq üçün iştirak etdiyimiz İŞİD-ə qarşı beynəlxalq koalisiyanın HƏMAS-a qarşı mübarizə aparmasına hazırdır”. Fransa prezidenti koalisiyanın Fələstin-İsrail münaqişəsinə necə cəlb oluna biləcəyini dəqiqləşdirməyib. Makron həmçinin qeyd edib ki, HƏMAS-a qarşı mübarizə amansız, lakin qaydasız olmamalıdır. Netanyahu Fransa prezidentinin təklifinə birbaşa cavab verməyib. Baş nazir Makronla görüşü zamanı HƏMAS ilə müharibəni “azad dünya” ilə “şər oxu” arasındakı döyüş kimi qiymətləndirib və mübarizənin təkcə İsrailin deyil, “hamının döyüşü” olduğunu deyib. Xatırladaq ki, İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya 2014-cü ildə yaradılıb. Buraya Birləşmiş Ştatların başçılıq etdiyi onlarla ölkə daxil idi. İndi Makron beynəlxalq koalisiyanın Qəzzada analoji əmıliyyatlar aparmasını istəyir. Bu, Fransa rəhbərinin dağıdıcı fəaliyyətinin mahiyyətini ortaya qoyur. Makronun hətta beynəlxalq koalisiya şəklində müharibənin miqyasının daha da genişləndirməyi təklif etməsi bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Bundan əvvəl ABŞ hakimiyyəti Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, hələ müharibəni dayandırmağın vaxtı deyil. Bu arada İsrail ordusunun radiosu bildirib ki, Təl-Əviv ABŞ-dan bölgəyə əlavə qüvvələr gələnə qədər Qəzza zolağına qarşı quru müharibəsini təxirə salmaq qərarına gəlib: “ABŞ İranın bölgədəki qüvvələrinə qarşı hücumlarının artacağından narahat olaraq, quru manevrinə hazırlıq məqsədilə Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməyi planlaşdır”.  İsrail rəsmiləri bunun əməliyyatın təxirə salınmasının tək səbəbi olmadığını bildirir, hərbi qüvvələrin əməliyyat hazırlığının artırılması, HƏMAS-ın saxladığı əsirlər problemi və digər səbəbləri də gizlətmir.

ABŞ-ın Yaxın Şərqə daha çox hərbi qüvvə göndərməsi, təbii ki, İsrailin xeyrinədir və bu qüvvələrin müharibənin sonrakı mərhələlərində və hücumlarla əlaqədar arta biləcəyi söylənilib.  İsrailin müdafiə naziri Yoav Qalant verdiyi açıqlamada “Qəzzaya qarşı quru əməliyyatının aylarla davam edə biləcəyini” deyib. ABŞ dövlət katibi Entoni Blinken NBS telekanalına İsrail və Fələstin arasında münaqişə şiddətlənəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki Amerika qüvvələri və şəxsi heyətini qorumağa hazır olduğunu bildirib və bunları söyləyib: “ABŞ İsrail-Fələstin münaqişəsinin İranın müdaxiləsi ilə kəskinləşəcəyi fikrindədir. Amerika bölgədəki şəxsi heyəti və silahlı qüvvələri hər hansı düşmən hərəkətinin hədəfi olacağı təqdirdə cavab verməyə hazırdır”. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İsrail ordusu terrorçuların məhv edilməsini öz məqsədi adlandırıb və Qəzza zolağına zərbələr endirməyə başlayıb. Oktyabrın 14-də İsrail ordusu əhəmiyyətli quru əməliyyatına diqqət yetirməklə, müharibənin növbəti mərhələsinə hazır olduğunu bildirib. Baş nazir Benyamin Netanyahu da hücumun növbəti mərhələsinin yaxınlaşdığı barədə xəbərdarlıq edib. İsrail ordusunun məlumatına görə, müharibə nəticəsində ən azı 1400 nəfər İsrail tərəfindən öldürülüb. Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, oktyabrın 7-dən bu yana öldürülən fələstinlilərin ümumi sayı 6000 nəfərə çatır. Bu şəraitdə isə ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib. Xüsusən də bu prosesdə Makron yenə fərqlənməyə çalışır, müharibənin davam etdirilməsinə dəstək verir. Elə bu da Fransanın xarici siyasətinin nə qədər aqressiv olduğunu yenidən sübut edir. Eyni siyasəti Fransa Cənubi Qafqazda da həyata keçirməyə cəhd göstərir. Əsrlər boyu müstəmləkəçilik siyasəti yürüdən, 50-dən çox ölkənin ərazisini uzun illər işğal altında saxlayıb var-dövlətini talayan və milyonlarla insanı qətlə yetirən Fransanın bu gün fərqli siyasət yürütdüyünü gözləmək də əbəsdir. Fransanın çirkin əməlləri Azərbaycana münasibətdə də özünü aydın şəkildə göstərir. Çoxsaylı ölkələrdə əhalini etnik təmizləməyə məruz qoyan, insanlara öz dilində danışmağı belə qadağan edən, müstəqilliyə can atan xalqları silah gücünə susduran Fransa bu gün Emmanuel Makronun hakimiyyəti dövründə təcavüzkar Ermənistanın yanında durmaqla, onu silahlandırmaqla Cənubi Qafqazda riyakar məqsədlərini həyata keçirmək niyyətindədir. Ermənistanla Fransanı bir-birinə yaxınlaşdıran isə onların təcavüzkarlıq, insanlıq əleyhinə yönələn əməlləridir. Fransa Cənubi Qafqazda maraqlarını təmin etmək, bu xalqları təsir altına salmaq üçün Ermənistana hərbi yardım göstərir, müdafiə sahəsində müqavilə imzalayır, separatçılara hərbi-siyasi dəstək verir. Ancaq bütün bunlar səmərəsiz, əsası olmayan gedişlərdir. Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edib, suverenliyini qoruyub, sərhədlərini, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib. Fransa bunların qarşısını almaq gücündə deyil.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ