Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də ciddi islahatlar zamanının yetişdiyini bəyan edib. Türkiyə lideri, son hadisələr – Rusiya-Ukrayna və İsrail-Həmas müharibələri fonunda bu zərurətin daha da artdığını vurğulayıb: “Son vaxtlar baş verən hadisələr bizə BMT-də təcili islahatın vacibliyini bir daha xatırladır. BMT Təhlükəsizlik Şurasının məhdud sayda ölkənin təsirindən xilas edilməsi, demokratik və nüfuzlu vəziyyətə gətirilməsi beynəlxalq ictimaiyyətin ortaq və haqlı tələbidir. Türkiyə “dünya beş ölkədən böyükdür” prinsipi əsasında daha ədalətli bir qlobal nizamın yaradılması istiqamətində səylərini davam etdirəcək”-Türkiyə Prezidenti bəyan edib.
Mətləb