İsrail ordusunun Qəzza zolağında həyata keçirməyə hazırlaşdığı quru əməliyyatı aylarla davam edə bilər. "Yediot Ahronot" nəşri xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
İsrail ordusunu dayandıra biləcək heç bir qüvvənin olmadığını deyən nazir əməliyyatın hava və quru əməliyyatlarından ibarət olduğunu bildirib: "Qəzzada quru əməliyyatı oradakı son müharibə olmalıdır, çünki ondan sonra HƏMAS olmayacaq. Bu, bir ay, 2 ay, 3 ay çəkə bilər, amma sonda orada Həmas olmayacaq".
TAHİR