Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə danışıb.
“Görüş zamanı Qəzza zolağında mövcud vəziyyət müzakirə olunub. Ərdoğan Türkiyənin humanitar yardımın Qəzzaya çatması və lazım gələrsə, yaralıların Türkiyədə müalicə oluna bilməsi və bölgədə tezliklə atəşkəsə nail olmaq üçün səy göstərdiyini bildirib”, - deyə Türkiyə Prezidentinin dəftərxanasından məlumat verilib.
Ərdoğan bir daha bəyan edib ki, Fələstin-İsrail məsələsinin yekun həlli 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövləti yaradılmadan mümkün deyil.