İsrail Ordusu növbəti dəfə Dəməşq və Hələb aeroportlarının uçuş-eniş zolaqlarına zərbə endirib. Bu barədə Suriya KİV-ləri məlumat yayıb.
Hər iki aeroportun uçuş-eniş zolaqları sıradan çıxıb. Dəməşq aeroportuna zərbə endirilməsi nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Suriya Nəqliyyat Nazirliyindən bildirilib ki, Dəməşq və Hələb aeroportlarının yola saldığı və qəbul etdiyi bütün reyslər müvəqqəti olaraq Latakiya beynəlxalq aeroportuna köçürülür.
ZÜMRÜD