Bu gün Böyük Britaniyanın Baş naziri Rişi Sunak regiona ikigünlük səfəri çərçivəsində İsrailə gələcək. Bu barədə Britaniya hökuməti məlumat yayıb.
Səfər çərçivəsində Sunak israilli həmkarı Benyamin Netanyahu və Prezident İsxak Hersoq ilə görüşəcək, daha sonra regionun digər paytaxtlarına yollanacaq.
İsrailin “Haaretz” qəzeti qeyd edib ki, Sunakın səfəri İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə verəcəyinə dair verdiyi zəmanətlər sayəsində mümkün olub.
Mətləb