Rusiya Dövlət Duması Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağrılması barədə qanunu 3-cü oxunuşda qəbul edib.
Trend xəbər verir ki, müvafiq qanun Dövlət Dumasının plenar iclasında qəbul olunub.
Xatırladaq ki, müvafiq qanun layihəsi Rusiya Dövlət Dumasına oktyabrın 13-də təqdim olunub. Bir müddət əvvəl Rusiyanın nüvə sınaqlarına qadağa haqqında sazişin ratifikasiyasını geri götürmək planları ilə bağlı məlumatlar fonunda açıqlama verən NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın nüvə sınaqlarını bərpa etmək niyyətində olmadığını açıqlayıb.
Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 24-də BMT Baş Assambleyası tərəfindən təsdiq olunub. Müqavilə nüvə yüklərinin sınaq partlayışlarını, həmçinin dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir.