ABŞ hesab edir ki, İsrailin Qəzza zolağında Əl-Əhli xəstəxanasına hücumda əli yoxdur. “Associated Press” bildirir ki, bunu ABŞ Prezidenti Cozef Bayden İsrailin baş naziri Benyamin Netanyahuya deyib.
“Görünən odur ki, xəstəxanaya hücumu siz yox, başqa komanda həyata keçirib”, - deyə o qeyd edib.
“Ynet” portalı isə ABŞ və İsraildəki mənbələrə istinadən xəbər verir ki, ABŞ xəstəxanada baş verən hadisə bağlı İsrailin versiyasını qəbul edir.
HƏMAS-ın məlumatına görə, oktyabrın 17-də Qəzzadakı Əl-Əhli xəstəxanasına raketin atılması nəticəsində ən azı 500 mülki şəxs həlak olub.
HƏMAS xəstəxananın İsrail tərəfindən hədəf alındığını açıqlayıb, Təl-Əviv rəhbərliyi isə ittihamları rədd edib və partlayışın yaraqlıların raketləri ilə törədildiyini bildirir.
Rusiya İsraildən Qəzza zolağında ən azı 500 nəfərin ölümü ilə nəticələnən xəstəxana hücumunda iştirak etmədiyinə dair sübut təqdim etməsini istəyib. Rusiya Xarici İşlər Nazirliyi xəstəxanaya edilən hücumun "şokedici cinayət" olduğunu bildirərək, İsrailin hücumda iştirakının olmadığını sübut etmək üçün peyk görüntülərini təqdim etməsi gərəkdiyini açıqlayıb.
TAHİR