ABŞ Prezidenti Cozef Bayden Ukrayna, İsrail, Tayvana kömək etmək və Amerika sərhədini qorumaq üçün Konqresdən təxminən 100 milyard dollar istəməyi planlaşdırır. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu müraciətin təfərrüatları hələ də işlənir.
Daha əvvəl “Foreign Policy” jurnalı rəsmilərə istinadən xəbər verib ki, Bayden administrasiyası həftənin sonunda Konqresə İsrail, Ukrayna və Tayvana birləşmiş yardım layihəsini təsdiq üçün təqdim edə bilər ki, bu layihəyə Amerika sərhədlərinin qorunması üçün maliyyə də daxildir.
Mətləb