İsrail ordusu Qəzza zolağında hazırlanan genişmiqyaslı yerüstü əməliyyat zamanı anklavın dərinliyinə doğru irəliləməyi və HƏMAS rəhbərlərini yaxalamağı ümid edir. Bu barədə şənbə günü “Haaretz» xəbər verir.
«Yerüstü əməliyyat həyata keçiriləcək, vəzifələri yerinə yetirmək üçün Qəzzanın ürəyinə doğru irəliləmək tələb olunacaq», - İsrailin Müdafiə Ordusundan bəyan ediblər.
Ordu nümayəndələri əlavə ediblər ki, əməliyyatın detalları hələ də hərbi rəhbərlər tərəfindən müzakirə olunur.
Öz növbəsində, Knessetin nüfuzlu üzvü Gideon Saar şənbə günü «Channel 12 News» telekanalına verdiyi müsahibəsində ehtimal edib ki, Qəzza zolağının ərazisi «müharibənin sonuna qədər daha az olmalıdır».
O qeyd edib ki, «təhlükəsizlik zonası kimi təsnif ediləcək və bura daxil olan hər kəsin dərhal ələ keçiriləcəyi bir ərazi yaratmaq lazımdır».
"Biz kampaniyamızın finalını hamı üçün aydın etməliyik. İsrailə qarşı müharibəyə başlayan şəxs ərazi itirir", - Saar əlavə edib.