Türkiyə hərbçilərinin BMT-nin Müvəqqəti Qüvvələrinin Livandakı missiyasında iştirak mandatı bir il müddətinə uzadılıb. Bu barədə qərarı Türkiyə Böyük Millət Məclisi təsdiqləyib.
Qərara əsasən, Türkiyə hərbçiləri 2024-cü il oktyabrın 31-dək Livanda qalacaqlar. Mandat ilk dəfə 2006-cı ilin sentyabrında Türkiyə parlamenti tərəfindən təsdiqlənib. Ankaranın fikrincə, bu addım regional və qlobal miqyasda sülh və sabitliyin qorunması üçün zəruridir.
Mətləb