Ukrayna prezidenti Vladimir Zelenski növbəti dəfə Rusiyanı sancan açıqlama ilə çıxış edib. Ukryana lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Həmas yaraqlıları ilə Rusiya arasında əlaqə barədə danışıb. Bu barədə rbc.ua saytı bu barədə məlumat yayıb.
Zelenski deyib ki, Moskvanın HƏMAS yaraqlılarının həyata keçirdiyi əməliyyatları dəstəklədiyi barədə onda məlumatı var. Görün V.Zelenski iddialarını necə əsaslandırır: "Bu, bizim kəşfiyyat xidmətlərimizə aydındır. Bizdə Rusiyanın müəyyən terror əməliyyatlarına şərait yaratdığına inanmağa vadar edən bütün sübutlar var", - Ukrayna lideri bildirib.
Prezident əlavə edib ki, Rusiya Federasiyası bu cür hərəkətləri birinci dəfə etmir, çünki bunu Suriyada edib, Ukraynada da edir. El dilində ifadə etsək, V.Zelenski Vladimir Putini əməllicə “bağaja qoyub.”
Mətləb Salahov