Avropa İttifaqı (Aİ) “X” sosial platformasından HƏMAS-ın İsrailə hücumundan sonra "yanlış informasiya" yaymaq üçün istifadə olunduğu səbəbi ilə bu şirkətin sahibi İlon Maska xəbərdarlıq edib. BBC telekanalınn məlumatında deyilir ki, “X” sosial platformada feyk məlumatların yayılması ilə bağlı yazılı xəbərdarlığa baxmayaraq, Aİ "zorakılıq və terror məzmunlu kontentin ləğv edilmədiyini bildirib.
İlon Mask isə bildirib ki, onun şirkəti HƏMAS-a bağlı olan yeni yaradılmış hesabları silməklə məşğuldur. O, Aİ-dən iddia edilən pozuntuları sadalamağı xahiş edib. Mask əlavə edib ki, onun şirkəti Brüsselin şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərir.
Mətləb