ABŞ Ukraynaya yeni hərbi yardım paketini bu gün açıqlayacaq. “Amerikanın səsi” radiosunun məlumatına görə, ABŞ paket çərçivəsində Ukraynaya 200 milyon dollara qədər əlavə hərbi yardım göstərəcək. Hərbi paketə hava hücumundan müdafiə üçün AIM-9 Sidewinder raketləri, Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün artilleriya sursatları, TOW tank əleyhinə raketlər, həmçinin 155 mm və 105 mm mərmilər daxildir. Burada, həmçinin atıcı silahların sursatları, Rusiya maneələrini dəf etmək üçün yüksək partlayıcı qurğular, pilotsuz uçuş aparatları və elektron döyüş texnikası yer alır.
Mətləb