Bazar günü günü, 08 noyabr 2026
     

İranda təşviş - məmurlar ailələrini və sərvətlərini ölkədən çıxarır...

Image


İranda ağırlaşan sosial-iqtisadi vəziyyət bu ölkədə yenidən etiraz aksiyalarının başlanmasına rəvac verib. Belə ki, İranın digər şəhərləri ilə eyni vaxtda Təbriz, Ərdəbil, Zəncan və Həmədan şəhərlərində müəllimlər etiraz mitinqi keçiriblər.

İran Müəllimlər Birliyinin Koordinasiya Şurası məlumat verib ki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kirmanşah, Şimali Xorasan, Həmədan və Zəncan vilayətlərində müəllimlər eyni vaxtda Təhsil İdarəsinin qarşısında etiraz aksiyaları keçiriblər. Müəllimlərin əsas etiraz səbəbi pisləşən həyat şəraiti və maaşlarının vaxtında və tamamilə ödənməməsidir.

Getdikcə pisləşən həyat şəraitinə etiraz edən müəllimlər Təbrizdə Təhsil İdarəsinin binası qarşısında aksiya keçirərək, həyat şəraitinin pis olmasının əlaməti olaraq “boş süfrə” açıb, ətrafında əyləşiblər. Etirazçı müəllimlər həmçinin Təhsil İdarəsinin binasının qarşısına “bu bina müəllimlərin maaşını ödəmək üçün satışa qoyulur” yazılı pankardı da quraşdırıblar. Son illər müəllimlər təhsilin keyfiyyətinin və yaşayış şəraitinin aşağı düşməsi ilə bağlı davamlı olaraq etiraz aksiyaları keçirirlər. Həmədanda müəllimlər şüarlar səsləndirərək vilayətin təhsil müdirinə müraciət edərək, ondan binadan çıxıb şikayətlərinə cavab verməsini istəyiblər. Müəllimlər Birliyinin Koordinasiya Şurasının “Telegram” kanalında bildirilib: “Müxtəlif səviyyələrdən olan rəsmilərin heç biri müəllimlərə cavab verə bilməyib və verə də bilmir. İnqilabdan sonrakı illər ərzində təhsilin keyfiyyəti o dərəcədə aşağı düşüb ki, hakimiyyət orqanları durumu izah etməkdə və şikayətlərə cavab verməkdə aciz qalırlar”. Təhslin keyfiyyəti xüsusən Güney Azərbaycanda özünü qabarıq büruzə verir və bu da rejimin məqsədyönlü siyasətindən irəli gəlir. Ümumiyyətlə isə, 2021-2022 tədris ilinə aid olan statistikaya görə, 6-17 yaş qrupunda 911 min 272 uşaq təhsildən yayınıb, 279 min şagird də təhsilini yarımçıq qoyub. İran mediası Məclis Araşdırmalar Mərkəzinin hesabatına istinadən, son 6 ildə təhsildən yayınan şagirdlərin sayında 17% artım olduğunu bildirib. Qərbi Azərbaycan vilayəti Təhsil İdarəsinin ibtidai təhsil üzrə müdir müavini Mirsadıq Cameinin İRNA xəbər agentliyinə verdiyi məlumata görə, vilayətdə məktəbdən kənarda qalan və ibtidai siniflərdə təhsilini yarımçıq qoyan 6 min 530 uşaq var. Onun sözlərinə görə, yoxsulluq və kənd yerlərində məktəblərin olmaması ailələrin bu vilayətdə övladlarının təhsilini davam etdirmək istəməməsinin səbəbləri arasındadır. Ölkədə məktəbi tərk edənlərin sayının artmasının əsas səbəblərindən biri çətin məişət və iqtisadi şəraitdir. Koronavirus pandemiyası, məktəblərin bağlanması və ölkədə tədrisin virtuallaşdırılması mobil telefon, tablet və internetə çıxış imkanı olmayan ailələrin uşaqlarının təhsilini dayandırmasına və ya məktəbi tərk etməsinə səbəb olub. Ümumiyyətlə, təhsildən yayınan şagirdlər ailənin dolanışığına yardımçı olmaq üçün işləyir. Bu isə sosial problemə çevrilən uşaq yaşlarında işləməyə başlayanların sayının artmasına səbəb olur. Ölkədə təhsilin vəziyyəti həm tələbələri, həm də müəllimləri qane etmir. İranda son illər məişət çətinliyi problemlərinə görə davamlı etiraz aksiyaları keçirən təbəqələrdən biri də müəllimlər olub. Ölkədəki dövlət ümumtəhsil məktəblərində tədris şəraiti də ürəkaçan deyil. Belə ki, ölkədə 18 min 700 sinif otaqlarının hər birində 40-dan çox şagird təhsil alır ki, bu da məktəb binası çatışmazlığını göstərir. Buna baxmayaraq, prezident İbrahim Rəisi hökumətinin builki büdcə qanun layihəsində yeni məktəblər üçün ayrılmış tikinti kreditləri əvvəlki illərlə müqayisədə 31% daha az nəzərdə tutulub. Bu da təhsil sektorunda çalışanların etirazlarını artırır.

Bundan başqa, rejimə cəmiyyətin digər təbəqələri də etiraz edir. İranın cənub-şərqi Zahedan şəhərində bu fonda yenidən minlərlə adam küçələrə çıxaraq hakim rejimə etiraz edib. Zahedanda dini lider Molavi Abdulhəmidin cümə moizələri də etirazçıları həvəsləndirib. Abdulhəmid hakimiyyəti insan haqları pozuntularına, İranda etnik və dini azlıqların repressiyasına görə açıq tənqid edib. Digər şəhərlərdə də qeydə alınan etiraz fonunda rejimin dayağı olan  İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə yanaşı, siyasi elitanın da parçalanması müşahidə olunur. Rejimin həyata keçirdiyi siyasi xətt İranda hakimiyyətdə təmsil olunanların yaxınlarına daha çox mənfi təsir göstərib. İş adamları və hakimiyyətə yaxınlığı ilə seçilənlər perspektivdə İranın vəziyyətinin nəinki düzəlməyəcəyini, əksinə, daha da pisləşəcəyini təxmin edərək ölkədən qaçmaq qərarına gəliblər. İranlı jurnalist Fərəhməd Əlipur yazır ki, Ali rəhbər Əli Xamneyinin qohumları ölkəni tərk etməyə başlayıblar. Onun böyük oğlu Müctəba Xamneyi ilin yarıdan çoxunu Kanadada keçirir. Onun orada böyük biznesi, daşınmaz əmlakı var. Sosial şəbəkələrin İran seqmentinin istifadəçiləri yazırlar ki, Kanada Müctəba Xamneyinin istinad yeridir. Jurnalist qeyd edir ki, Əli Xamneyinin digər oğlu Meysəm Xamneyinin qaynı, tanınmış və uğurlu iş adamlarından biri olan Sadiq Xərrazi yaxın günlərdə İrandakı daşınmaz əmlakını sataraq əldə etdiyi pulu xarici valyutaya çevirib və Braziliya banklarında yerləşdirib. Bütün bunlar onu göstərir ki, hakimiyyətə yaxın adamların digərlərinə nisbətən daha çox məlumat əldə etmək imkanları olur. Hakimiyyət daxilində baş verənlər barəsində məlumat əldə etdikdən sonra perspektivi düşünüb hansısa addımı atmaq onlar üçün daha asandır. Görünür, son günlər İranda İslam İnqilabı Keşikçiləri Korpusunun Ali rəhbər Əli Xamneyi administrasiyası da daxil olmaqla, digər hökumət binalarını artilleriya atəşinə tutmaq planı haqqındakı söz-söhbətlər əsassız deyil. Nüvə silahı yaratmaq iddiası ilə çıxış edərək beynəlxalq sanksiyalara məruz qalan, daxildə isə istənilən azadlıq tələbini edamla qarşılayan rejim artıq süquta doğru yuvarlanmaqdadır. Saxta ideologiya, qonşuların daxili işlərinə qarışmaq, terror təşkilatlarını maliyyələşdirmək, zorla regionda dominant olmağa can atmaq İranın sonunu yaxınlaşdırır. Elə bu səbəbdəndir ki, Tehranın siyasi elitasının nümayəndələri tədricən ailələrini ölkədən çıxarır, əmlaklarını satıb xarici banklara yatırır. Rejim özü də hakimiyyətdən qovulacağını yaxşı dərk edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ