çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

Image


Cənubi Qafqazın sülh və sabitlik məkanı olması regionun lider ölkəsi kimi bu gün Azərbaycanın xarici siyasətində əsas istqamətlərdən birini təşkil edir.

Bu məsələyə prezident İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə də geniş şəkildə toxunub.

Dövlət başçısı burada xatırladıb ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması həll edilən kimi sülh müqaviləsi imzalana bilər: “Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik. Bu da region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq və biz artıq bu haqda danışdıq. Cənubi Qafqaz sabitlik məkanı olacaq. Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq”. Bakının bunu istəməsinə baxmayaraq, İrəvan hələ də tərəddüd edir. Halbuki, sülhdən ən çox yararlanan Ermənistan özü olacaq. Məsələyə geniş rakursda nəzər salan BBC radiosu da qeyd edir ki, Azərbaycan və Ermənistan barışarsa, Cənubi Qafqaz üçün bir intibah dövrü başlaya bilər: “Bu regionda sabitlik təkcə Ermənistan və Azərbaycan üçün önəmli deyil, həm də buranın enerji və ticarət yollarından faydalanmaq istəyən böyük dövlətlər üçün əhəmiyyətlidir. Bəs Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa, sadə azərbaycanlılar və ermənilər bundan necə faydalana bilər. 5 mümkün ehtimala baxaq. Öncə Qarabağ regionu uğrunda 30 ildən çoxdur düşmən olan Azərbaycan və Ermənistan üçün silahlı münaqişə bitər və bu, hər iki tərəf üçün əsgər və ya mülki şəxslərin ölüm hallarının aradan qalxması demək olar. Hər iki cəmiyyət müharibə ehtimalını aradan qaldırıb daha sabit həyata yönələr. Yeni müharibələrə dair qorxular aradan qalxar və gələcəkdə ünsiyyətin bərpa olunması ehtimalı yarana bilər.

İkincisi, sərhədlər və nəqliyyat yolları açıldıqca, iqtisadi imkanları da özü ilə birlikdə aça bilər. Həm Azərbaycan, həm də Ermənistan bir-birinə etibar etməyə başladıqca, hərbi büdcəsini azaldarsa, onu inkişafa və xalqlarının rifahına yönəldə bilər. Sülh xarici investorları da cəlb edə bilər - dəmir yollarına, enerji layihələrinə investisiyalar həm də yeni iş yerlərnin açılmasına səbəb ola bilər və insanların gəlirləri artar. İki xalq üçün bu, yaşayış səviyyəsinin artması ola bilər. Azərbaycan Zəngəzur dəhlizini açıb Naxçıvana, oradan isə Türkiyəyə çıxış istəyir. Koridora kimin nəzarət edəcəyi mübahisəli məsələlərdən biridir. Barışıq olarsa, Türkiyənin Ermənistana sərmayə yatırma ehtimalı da böyüyəcək. Bu isə yerli biznesin, kənd təsərrüfatının, turizmin, xidmət sektorunun insanlara faydası deməkdir. Üçüncüsü, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının öz evlərinə qayıtmaq məsələsi gündəmə gələ bilər. Azərbaycanda rəsmilər bu barədə çox danışır, Ermənistanda isə bunu istisna etmirlər. Azərbaycandan köçən ermənilər isə öz evlərinə yalnız Azərbaycan vətəndaşı kimi qayıda biləcək. İlham Əliyev müraciət edənlərə vətəndaşlıq veriləcəyini deyib. Nikol Paşinyan da qayıtmaq istəyən ermənilərə məsləhət görüb ki, Azərbaycan vətəndaşlığına baş vursunlar. Bundan başqa, Türkiyəyə işləməyə gedən ermənilərin sayı arta bilər. Hazırda çoxları qeyri-leqal çalışsa da, gələcəkdə onlar hüquqi işçi statusu ala bilər. Hökumətlər və xalqlar bir-birinin mədəni irsini tanımağı qəbul edərsə, musiqi, mədəniyyət layihələri başlaya bilər. Dördüncüsü, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasa, sərhədlərin açılmasına gətirib çıxara bilər. Bu isə ticarəti və turizmi canlandırar - insanlar qonşu ölkəyə - ermənilər Azərbaycana, azərbaycanlılar Ermənistana səyahət edər, bir-birinin bazarlarında məhsul sata bilər.

Sərhədlər açılarsa, ailələr birləşər. Azərbaycan deyir ki, onun ərazisində yüzlərlə erməni yaşayır. Onların əsl adlarını dəyişdirərək yaşadığını nəzərə alsaq, bundan sonra öz şəxsiyyətlərini gizlətmələrinə ehtiyac qalmaya bilər və ailələrini və qohumlarını görmək üçün Ermənistana gedə və ya onları evlərinə dəvət edə bilərlər. Eynilə, Ermənistanda yaşayan azərbaycanlılar varsa, onlar da eyni imkandan yararlana bilərlər. Bundan başqa, sərhədlərin açılması insanlar arasında birbaşa ünsiyyəti inkişaf etdirər. Sonuncu variant odur ki, sülh imzalansa da, bütün bunların həyata keçməsinə uzun illər lazım gələcək. İlkin olaraq Ermənistan və Azərbaycan bir-birinin sərhədlərini tanımalı, səfirliklər açmalı və bir-birinə ərazi iddiaları olmadığını bəyan etməlidir.Ya da bunların heç birisi olmaz. Millətçilərin və ya böyük dövlətlərin müdaxiləsi sülh planlarını alt-üst edər və ya ən yaxşı halda gecikdirər. Bəzən qatı millətçilik nümayiş etdirən erməni diasporu hələ ki, Əliyev və Paşinyanı sülhə yaxınlaşdıran Əbu-Dabi görüşü barədə səsini çıxarmayıb. Azərbaycanın mediasında danışan təhlilçilər isə, artıq Nikol Paşinyanı yox, sülhə qarşı çıxan Ermənistan müxalifətini yamanlayır. Hər zaman vasitəçi rolu oynamış Rusiya indi kənarda qalmaqdan nə qədər məmnundur, iki tərəf davamlı sülh əldə edərsə, Cənubi Qafqazda nəzarəti itirə biləcəyindən ehtiyatlanırmı? Sülhü poza bilərmi? İran bu sülhə necə baxacaq? Bunlar mümkün risklərdir. Sülh kağız üzərində qalmazsa, həyata keçərsə və 30 il ərzində olduğu kimi bu fürsət də itirilməzsə, hər iki dövlət əldə etdiyi nadir və güclü məqamın arxasında durarsa, bayaqdan sadaladıqlarımız mümkünsüz deyil”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ