çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

İlham Əliyev öncədən demişdi - Avropa liderləri Trampa çox pisliklər ediblər...

Image


Abutalıb Səmədov: "...NATO müqaviləsinin 5-ci maddəsi onları bütün təhlükələrdən qoruyur"

Prezident İlham Əliyev bu il keçirilən ənənəvi Davos Forumunda Çin mediasina müsahibəsində demişdi ki, Trampa münasibətdə qeyri-müəyyənlik yoxdur, Trampın siyasətində də qeyri-müəyyənlik yoxdur: "Qeyri-müəyyənlik Avropa liderlərinin arasındadır. Onlar Trampa çox pisliklər ediblər".

Doğrudan da Avropa liderlərindən Emmanuel Makron, Olaf Şolts və digərləri Trampın seçki kampaniyasına bacardıqca mənfi töhfələr verirdilər, əleyhinə iş aparırdılar. Yəqin ki, vaxtı çatdıqca onlar cəzasını alacaq. İndi də həmin proses davam edir, Trampın əleyihinə iş aparanlarla onun münasibətləri yenə düzəlmir.

ABŞ və Avropa arasındakı münasibətlər, xüsusilə Donald Trampın siyasi səhnəyə qayıtması fonunda, həqiqətən də ciddi dəyişiklik mərhələsinə qədəm qoyub.

NATO və müdafiə xərcləri

Tramp prezident olduğu dövrdə Avropa ölkələrini, xüsusilə Almaniya, Fransa kimi aparıcı dövlətləri NATO-ya kifayət qədər maliyyə töhfəsi verməməkdə ittiham edirdi. Onun "ya pul verin, ya da sizi müdafiə etməyəcəyik" mesajı Avropada ciddi narahatlıq doğurdu. Bu yanaşma ənənəvi transatlantik münasibətlərdən fərqli idi.

Onlar hələ də Trampın Avropa siyasətinə qarşı çıxırlar. Yəqin bu tarixdə çox nadir dönəmdır ki, ABŞ-la Avropa, demək olar, qarşı-qarşıya dayanıb. Sizcə bunun sonu necə bitəcək?

"ABŞ-da sonuncu prezident seçkiləri ərəfəsində keçirilən kampaniyada Avropa liderləri də aktiv iştirak etdilər. Onlar açıq şəkildə göstərdilər ki, Demokratlar partiyasının namizədinin seçilməsində maraqlıdırlar və Trampın ABŞ prezidenti olmasını istəmirlər. Bu çox ciddi siyasi səhv idi. Həmin səhvin nəticələrini Avropa liderləri indi aydın şəkildə hiss edirlər.

Ağ Evdə qəbul zamanı Fransa liderinə göstərilən açıq hörmətsizlik, Vatikandakı görüşdən Makronun uzaqlaşdırılması və digər hərəkətlər Trampın Fransa prezidentinə münasibətinin yaxşı olmadığını açıq şəkildə göstərir. Hətta müsahibələrindən birində Tramp "Makron çox danışır və səhv danışır" ifadəsini işlətdi.

Almaniya kansleri yeni seçildiyindən onun vəziyyəti bir qədər yaxşıdır. Tramp əleyhinə təbliğatı əvvəlki kabsler Olaf Şols aparmışdı. Ancaq bütün bunlara baxmayaraq, Avropa ölkələrinə tətbiq edilən 15 faizlik rüsum Avropa iqtisadiyyatına kifayət qədər problemlər yaradacaq. Lakin onlar bunu da sevinclə qarşıladılar. Çünki ehtiyat edirdilər ki, rüsum daha yüksək ola bilər.

Tramp açıq şəkildə bəyan elədi ki, bundan sonra Avropa ilə ticarətdə Amerikanin mənfi saldosunun olmasına imkan verməyəcək. O, bu istiqamətdə çox ciddi addımlar atır". Bunları baki-xeber.com.un müxbiri ilə məsələ barədə danışarkən politoloq Abutalıb Səmədov deyib.

O, şərhinə davam edərək bildirib ki, Avropanı daha çox narahat edən ikinci məsələ Trampın NATO-ya münasibətidir: "Həm Avropa, həm də digər ölkələrin liderləri belə düşünürdülar ki, NATO müqaviləsinin 5-ci maddəsi onları bütün təhlükələrdən qoruyur. Bu maddə belə şərh edilirdi ki, əgər hər hansı bir NATO üzvünə qarşı müharibə olarsa, Alyansın digər üzvləri də onun müttəfiqləri olaraq müharibəyə qoşulacaq və NATO üzvü olan ölkəyə hücum etmiş tərəfə qarşı müharibə aparacaqlar. Amma əslinə qalsa, 5-ci maddədə açıq şəkildə yazılıb ki, NATO üzvlərindən birinə qarşı müharibə olarsa, digər üzvlər hərbi müdaxilə də daxil olmaqla, hücuma məruz qalan NATO üzvünə əlindən gələn köməyı göstərməlidir. Yəni burada başqa variantlar da mövcuddur. Hökm deyil ki, NATO-nun digər üzvləri mütləq müharibəyə qatılsın. Burada hərbi və maliyyə yardimları, digər dəstəklər də ola bilər. Tramp bunu belə də şərh etdi. Avropa ölkələrini daha cox qorxudan da budur. İndiyə qədər özünün bütün təhlukəsizliyini ABŞ-a bağlayan Avropa ölkələri hərbi güclərini artırmaq üçün, demək olar ki, heç bir iş görməyiblər. Bu gün bəlli olur ki, Avropanın ən böyük hərbi gücü Ukrayna ordusudur. Çox təəsüf ki, Ukrayna ordusunun da Rusiya ilə müharibə səbəbindən vəziyyəti o qədər də yaxşı deyil.

İndiyə qədər hərbi xərclərini ÜDM-in 2 faizi səviyyəsinə qaldırmaq istəməyən Avropa ölkələri indi hərbi xərcləri 2035-cu ilə qədər 5 faizə qaldırmaq öhdəliyi götürublər. Bu onların iqtisadiyyatına çox ciddi təsir göstərəcək.

Onsuz da Avropa ölkələrinin iqtisadi vəziyyəti o qədər də yaxşı deyil. Ukraynaya edilən yardımlar vəziyyəti bir qədər də ağırlaşdırır. Ancaq Avropa ölkələri onu da başa düşurlər ki, Rusiyanın qarşısı Ukraynada alınmalıdır. Əks halda onlar üçün çox ciddi problemlər yarana bilər.

Trampın təhlükəsizlik məsələlərinə bu münasibəti çox şeyi dəyişib. İndi Ramştaynda keçirilən görüşlərdə ABŞ, demək olar ki, iştirak etmir. Baxmayaraq ki, əvvəllər həmin görüşlərin əsas fiquru ABŞ-ın müdafiə naziri olub və digər dövlətləri də öz arxasınca aparmağa cəhd göstərib.

O da təsadüfi deyil ki, Tramp hakimiyyətə gələnə qədər Ukraynaya göstərilən hərbi yardımların yarısından çoxu Amerikanın payına düşürdü. Yəni Avropa ölkələri birlikdə Ukraynaya ABŞ-dan az yardım göstərib.

Düzdür, digər yardımlarda Avropanın payı bir qədər çoxdur.

Artıq ABŞ hərbi yardımları dayandırıb. Tramp tələb edir ki, Amerikanın verdiyi silahların pulunu Avropa ödəsin.

Ukraynaya göstərilən illik yardım təxminən 40 milyard dollar təşkil edib. Onun yarısından bir qədər azı Avropanın payına düşüb. İndi bütövlukdə 40 milyard dollar hərbi xərcin hamısını Avropa ödəyə biləcəkmi? Belə görünür ki, bu mümkün deyil. Lakin bu 40 milyard dollar da kifayət etmir, Ukraynanın Rusiya ordusunun qarşısında duruş gətirmək üçün daha çox yardıma ehtiyacı var. Bu da Avropanın imkanları xaricindədir.

NATO-nun toplantılarında da əvvəlki ab-hava yoxdur. Toplantıları mümkun qədər qısa keçirməyə, ABŞ prezidentinin bütün istəklərini nəzərə almağa çalışırlar, Avropa dövlətləri və NATO-nun baş katibi ona tərif deməkdə yarışa girirlər. Reallıq bundan ibarətdir və Avropa çox ciddi sıxıntı içindədir. Bu cur davam etsə NATO-nun gələcəyi ciddi şübhə altına düşə bilər. Avropa ölkələrinin təhlükəsizliyi onsuz da ciddi şübhə altındadır. Avropa dövlətləri bu sıxıntıdan çıxış yolları axtarmaqdadır. Avropa ölkələri ona ümid edirlər ki, gələcək seçkilərdə demokratlar qalib gələrlər və bununla da vəziyyət dəyişər. Respublikaçılar növbəti seçkiləri də udsa, bu, Avropada daha ciddi problemlərə səbəb ola bilər.

Dünyada çox böyük geosiyasi dəyişikliklər gedir. Trampın siyasəti dünyanı kəskin şəkildə dəyişdirdi və Avropa üçün də çox ciddi problemlər yaratdı. İndi Avropa liderləri vəziyyətdən çıxmağın yollarını axtarırlar. Onlar Trampı tutduğu yoldan müəyyən qədər çəkindirmək üçün əllərindən gələni etməyə çalışırlar. Hələlik ortada elə ciddi bir uğur yoxdur. Amma cəhdlər bundan sonra da davam edəcək, əks halda həm Avropa iqtisadiyyatını ciddi problemlər gözləyir, həm də onlar təhlükəsizliklə bağli ciddi çağırışlarla üz-üzə qalacaqlar. Avropanın vəziyyətdən necə çıxacağı hələlik aydın deyil".

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ