Cümə günü, 06 noyabr 2026
     

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

Image


Hər bir xalqın gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır. Bu səbəbdən gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən hesab olunur.

Vətənpərvərlik anlayışının dərin və tarixi kökləri var. Bu, insanın yurduna, xalqına, onun dilinə, adət və ənənələrinə məhəbbət və sədaqətin ifadəsi kimi meydana gəlib. Vətənpərvərlik ən dərin, müqəddəs və ülvi hisslərdən, duyğulardan biridir. Hər bir şəxsin tarixi qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Müasir Azərbaycan gəncliyinin intellektual səviyyəsi geniş olduğundan, vətənpərvərlik anlayışı da eyni çevrəni əhatə edir. Bu anlayış özündə bir sıra dəyərlərə söykənir. Gənclər üçün vətənpərvərlik anlayışı təkcə torpağa, vətənə bağlılıqla məhdudlaşmır, daha geniş arealda müxtəlif mövzuları əhatə edir.

Qayıdan məcburi köçkünlər arasında gənc ailələr xüsusi çəkiyə malikdir

Məlum olduğu kimi, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri görülür. İşğaldan azad edilən ərazilərə köçürülən məcburi köçkünlər arasında gənc ailələr xüsusi çəkiyə malikdir. O cümlədən, Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesində iştirak edənlərin çoxu gənclər, cavanlardır. Hər iki halda cavan nəsil ora həvəslə gedir, iş təyinatı alır. Bu, onunla əlaqədardır ki, işğal dövründə vətənpərvərliklə bağlı aparılan təbliğat bu gün öz bəhrəsini verir.

Cəbhədə döyüşənlər də, indi o torpaqlarda ucalıq inşa edənlər də bir nəsildir - Qarabağ nəsli!

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikrincə, bəzən bir xalqın taleyində elə dönüş məqamları olur ki, o məqamlar, belə demək mümkünsə, sadəcə faktlar toplusu olmur: “Zamanın və məkanın yaddaşına yazılan bir ruh hadisəsinə çevrilir. Bax, Qarabağa və Şərqi Zəngəzura qayıdış prosesi də məhz belədir. Orada yalnız binalar, yollar və məktəblər tikilmir. Orada insan ruhu bərpa olunur, ulusumuz öz varlığını torpaq üzərində yenidən ucaldır. Bu tarixi qayıdışın ən önəmli özəlliklərindən biri isə cavan nəslin ön sırada olmasıdır. İstər məcburi köçkün ailələr arasında yeni qurulmuş gənc ailələrin çəkisi, istərsə də bərpa prosesinə cəlb olunmuş texniki, sosial və yaradıcı sahə nümayəndələrinin yaş göstəriciləri bizə bunu açıq göstərir: Azərbaycanın gələcəyi gələcəyinə yiyə durur. Bu, təsadüfi deyil, əlbəttə. Çünki illərlə aparılan maarifləndirici, ideoloji və vətənpərvərlik yönümlü işlər - istər təhsil sistemində, istər ədəbiyyatda, istər medianın təbliğat xəttində - bu gün öz gerçək bəhrəsini verir. Cəbhədə döyüşənlər də, indi o torpaqlarda ucalıq inşa edənlər də bir nəsildir - Qarabağ nəsli! Əgər 90-cı illərdəki məcburi çıxarılmalar bir xalqın travması idisə, bu gün baş verən qayıdış - ləyaqət, cəsarət və özünəqayıdışdır. Və bu qayıdışda gənclərimizin iştirak etməsi - sadəcə statistik göstərici yox, bir ulusun öz gələcəyini gənc əllərə, gənc beyinlərə, gənc iradəyə tapşırmasının - gənclərə dərin güvəninin simvoludur. İndi doğma yurd təhlükəsizliyin və mənəvi rahatlığın əsl ünvanıdır. Zəngilanın ağaclarını, Laçının dağ yollarını, Füzulinin bağlarını, Ağdamın düzlüyünü haqlı olaraq özünə Vətən bilən ən yeni nəsil formalaşır. Bu prosesə dövlətin qətiyyətli siyasi iradəsi, “Böyük Qayıdış” proqramları və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji planlı inkişaf modeli fon verir; amma bu planı həyata keçirən - onun canına can verən məhz gənclərdir.

Onlar indi ora - yeni məktəblərə müəllim kimi gedir. Yeni tibb məntəqələrinə həkim kimi, infrastruktur layihələrinə mühəndis, mədəniyyət evlərinə musiqiçi kimi, tarlalara agronom kimi gedir. Gedir və qürurla deyirlər: “Biz Qayıtdıq”!”

Bu nəsil müharibənin rəsmini yox, qələbənin gerçəkliyini gördü

Ə.Qoşalı hesab edir ki, bu yalnız qayıdış olmaqda qalmayıb və bir yeni başlanğıcdır: “O başlanğıcın adı - ümiddir, inamdır, sabaha açılan möhtəşəm qapıdır! İndi isə gəlin yuxarıfakı fikirlərin axarında, Zəfərin sosial arxitekturasına gənclik prizmasından baxışımızı daha konseptual şəklə salaq. Bununçün dörd zəruri bölmə üzrə irəliləməyi təklif edirəm:

1. Zəfər nəsli:

2000-lərdən sonra doğulanların Vətən anlayışı

2000-ci ildən sonra doğulan gənclik - “Zəfər nəsli” - Vətəni xəritədə deyil, Ürəkdə daşıyan bir nəslin övladlarıdır. Bu nəsil müharibənin rəsmini yox, qələbənin gerçəkliyini gördü. Onların Qarabağ haqqında bilikləri dərslikdən deyil, göz yaşından, şəhid tabutlarından, Qələbə paradlarından keçib formalaşdı. Bu gün həmin gənclər o torpağa sadəcə “gedib görməyə” yox, orada yaşamağa, qurmağa, yaşatmağa gedir. Onların vətən anlayışı coğrafilikdən çıxıb - mənəvi, mədəni, tarixi və ideoloji yük daşıyan canlı kimlikdir.

2. İdeoloji zəfərin sosial qarşılığı:

Təbliğatdan gerçəkliyə

Uzun illər boyu Qarabağ bir milli təbliğat motivi, ədəbi rəmz, dini simvol, ictimai yaddaş elementi kimi səsləndirildi; amma bu gün artıq Qarabağ - faktik yaşayış yeridir. Bir zamanlar həsrət yüklü şeirlərdə, nəğmələrdə tərənnüm olunan kəndlərə bu gün elektrik çəkilir, məktəb açılır, körpü salınır... Yəni söz həqiqətə çevrilir, arzular çiçəkləyir - elə torpağın arzuları da... İdeoloji zəfərin sosial qarşılığını görürük - odur ki, Qarabağa təyinat alan gənc müəllim, orada ev quran gənc ailə artıq “təqdimat” deyil, doğma həyatın özünü alır. Qarabağ artıq nostalji yox, yetişmiş olan gerçək gələcəkdir - keçmiş arzularımızın bu günü!..

3. Qarabağda həyat: yeni ailə modeli və kənd-məişət sistemləri

Qarabağda qurulan yeni ailələr - klassik köçəri ailə modelinin çağdaş transformasiyasıdır. Bu ailələr təkcə kənd həyatı yox, həm də urban-mədəni həyat elementlərini özündə cəmləyir. Eyni zamanda bu, təhlükəsizlik və dövlət təminatı fonunda bərpa edilən kənd-məişət mədəniyyətidir. Gənc ailələr torpaqda kök salmaqla yanaşı, kəndin də ruhunu dəyişir - çağdaş məktəbli, kitabxanalı kənd, yüksək texnologiyalı “ağıllı ev”, mədəniyyətli məişət formalaşır. Bu - dədə yurduna fiziki qayıdışın yanıbaşında, sosial-mədəni qayıdışdır.

4. Gənclik və geopolitik dəyər: strateji önəmli bölgədə məskunlaşma

Qarabağ və Şərqi Zəngəzur coğrafiyası sadəcə yurd yox, həm də dövlətin strateji sinir nöqtələridir. Bu ərazilərdə aparılan məskunlaşma siyasəti - sırf yaşayış olmaqdan daha üstün - geosiyasi varlıq bəyannaməsidir. Və bu varlığın önündə gənclərin dayanması - sayı artırmaqdan ziyadə, keyfiyyətli varlıq yaratmaqdır. Gənclik - enerjidir, dinamizmdir, gələcəyi quran iradədir. Onların bu bölgələrə axını, burada qalmaq istəyi və yaradıcılıqla yaşaması Azərbaycanın həmin torpaqlarda yalnız hüquqla yox, həm də həyatla mövcudluğunu təsdiqləyir.

Dövlətimiz zaval görməsin!”

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ