Cümə günü, 13 noyabr 2026
     

Məşhur “Xıdır Nəbi”nin tarixini bu qədər dəyişdirən kimlərdir...

Image


Azərbaycan xalqının üzü qədimlərdən bəri formalaşan, bir sıra bölgələrimizdə kütləvi şəkildə qeyd edilən mərasimlərindən biri Xıdır Nəbi mərasimidir. 

Xalqımızın düşüncəsində, mədəniyyətində, mərasimlər sistemində özünə ayrıca yer tutan Xıdır Nəbi (Xıdır İlyas, Xızır İlyas, Xıdır Əlləz - İ.S.) mərasimi qışın oğlan çağında, kiçik çillənin ilk ongunlüyündə (yəni fevralın ilk ongünlüyündə - fevralın 9-10-da) keçirilən bir mərasimdir. Təbii ki, bu mərasim müxtəlif dini və qeyri-dini inancların müşayiətilə Azərbaycan xalqının həyat tərzini özündə əks etdirir. Xıdır Nəbi mərasimi əsasən kütləvi olaraq Naxçıvanda, Cənubi Azərbaycanda, Qərbi Azərbaycanda, eləcə də Borçalı ellərində əziz bir bayram şöləni kimi qeyd edilir.

Xıdır gəldi hayınan,

Bir balaca dayınan.

Dayça batdı palçığa,

Çıxartdıq hay-hayınan.

Ellərimizdə dolaşan bu şərqini çoxlarımız eşitmişik və bu, Xıdır Nəbi mərasimində oxunardı.

Tarixən ənənəvi olaraq Xıdır Nəbi mərasimi kiçik çillənin ilk ongünlüyündə qeyd edilməsi diqqəti çəkir. Məsələ burasındadır ki, bir zamanlar bütün bölgələrdə eyni vaxtda qeyd edilən Xıdır Nəbi mərasiminin keçirilməsində ikitirəlik hökm sürür. Əvvəlki illərdən fərqli olaraq, indi hər bölgə öz istədiyi vaxt bu mərasimi qeyd edir. Məsələn, artıq Naxçıvanda Xıdır Nəbi bayram edilir, amma Borçalı və başqa bölgələrdə Xıdır Nəbi mərasiminin fevralın 13-15-də keçirilməsi nəzərdə tutulur. Yəni mərasimin kiçik çillənin ikinci ongünlüyündə qeyd edilməsi təəccüb doğurur. Əlbəttə, mərasimlərimizin keçirilməsinin bu şəkildə təhrif edilməsi yolverilməz və qəbuledilməzdir. Hər mərasimin, bayramın özünün ənənəvi keçirilmə tarixi mövcuddur və bəzilərinin bu tələbdən kənara çıxması müsbət hal deyil.  

Etnoqraf Solmaz Məhərrəmova bizimlə söhbətində qeyd etdi ki, Xıdır Nəbi (Xıdır İlyas) xalq bayramı haqqında maraqlı araşdırmalar mövcuddur və bütün araşdırmalar bu mərasimin kiçik çillənin ilk ongünlüyündə keçirildiyini təlqin edir. S.Məhərrəmovanın qeyd etdiyinə görə, hər bir xalqın özünəməxsus bayramları var. “Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsi olan bayramlar xalqımızın həyatında mühüm yer tutur. Araşdırmalar göstərir ki, bu gün xalqımızın məişətində mövcud olan bir sıra bayramların başlanğıcı eramızdan əvvəlki minilliklərə söykənir. Bayramlar öz məzmununa görə dini və dünyəvi bayramlara bölünür. Azərbaycanda Ramazan (Orucluq) bayramı, Qurban bayramı kimi dini bayramlarla yanaşı, Xıdır İlyas (Xıdır Nəbi), Novruz kimi xalq bayramları da mövcuddur. Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə, demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir”.

Qeyd edək ki, professor Pənah Xəlilovun yazdığına görə isə “folklorumuzda Xızır qədim xeyirxah-sehrli qüvvədir. Sonralar İslam dini əfsanəsinə qarışıb Xızır İlyas kimi məşhur olub. Xızır İlyas sehri (möcüzəsi) bir daha təsdiq edir ki, bu boy ən qədim dastanlardan su içir, tarixən İslamın yayıldığı dövrlərin əfsanələrinin təsirindən də kənar qalmır. Xıdır İlyas bayramının təsadüf etdiyi günlər haqqında tədqiqatçılar arasında müxtəlif fikirlər var. Onlardan bəziləri bu bayramın böyük çillədən dörd və kiçik çillədən üç gün olmaqla yeddi gün davam etdiyini bildirirlər. Görkəmli folklorçu Əhliman Axundov isə həmin mərasimin kiçik çillənin onuncu günündə qeyd edildiyini göstərir”.  

Görkəmli folklorşünas-alim Bəhlul Abdullanın yazılarında isə qeyd edilir ki, kiçik çillənin Xıdır Nəbi adlanan birinci ongünlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır. “Xıdır Nəbinin şərəfinə icra olunan ayinlər Xıdırın yaşıllıq, su hamisi sayılan Xızırla əlaqəsini göstərir”.

Professor Məhərrəm Qasımlı isə hesab edir ki, Xıdır Nəbi bayramı hər il qış yarı olanda böyük çillə ilə kiçk çillə arasında keçirilir.

Professor, Azərbaycanın Xalq yazıçısı mərhum Əzizə Cəfərzadə Xıdır İlyas mərasiminin kiçik çillənin qurtardığı son üç gündə - təxminən fevralın 25-28-i arasında keçirildiyini göstərib. Azərbaycanın görkəmli etnoqraflarından biri Ə.Ələkbərov da Xıdır Nəbi mərasiminin kiçik çillənin birinci ongünlüyündə qeyd edildiyini göstərib. Ə.Ələkbərovun fikrincə, bu bayrama hazırlıq işləri qadınlar tərəfindən aparıldığı üçün daha çox qadın bayramı hesab etmək olar.

Gördüyümüz kimi, alimlərin özləri arasında da Xıdır Nəbi mərasiminin keçirilmə tarixi ilə bağlı ziddiyyətlər var. Əslində, bu bayrama xalq arasındakı münasibət də elə bu amillərdən qaynaqlanır. Hər alim bu mərasimin keçirilmə tarixini bir cür izah etməyə çalışır.

“Xıdır Nəbi təxminən bir həftə davam edən bayramdır” 

Görək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklorşünaslıq İnstitutunun mərasim folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli bu ziddiyyətə necə aydınlıq gətirir? Xıdır Nəbi mərasimi kiçik çillənin ilk ongünlüyündə, yoxsa ikinci ongünlüyündə qeyd edilməlidir?

A.Əhmədli “Bakı-Xəbər”ə bildirdi ki, Xıdır Nəbi mərasimi kiçik çillənin birinci ongünlüyündən başlayaraq qeyd edilir. “Bu ərəfədə Xıdır Nəbi Naxçıvanda keçiriləcək. Xıdır Nəbi mərasiminin bölgələrdə fərqli günlərdə qeyd edilməsi heç bir problem yaratmır. Bu, mədəniyyətimizin çoxşaxəli, zəngin olması, bölgələrə görə dəyişməsi ilə bağlıdır. Xıdır Nəbi Novruza qədərki mərasimlərdəndir. Bu da Xızır peyğəmbərlə bağlı mərasimdir. Xızır insanları çilədən, zorluqdan, çətinlikdən xilas edib. Məsələn, Xıdır Əlləz (Xıdır Nəbi) bayramı Türkiyədə 6 mayda keçirilir. 6 may hara, fevral hara? Xıdır Nəbi mərasiminin müxtəlif zamanlarda keçirilməsi vaxtilə bayram, mərasim mədəniyyətimizə qarşı olan ideoloji basqılarla da əlaqəlidir. Görün bizim mərasim mədəniyyətimizə qarşı o qədər ideoloji basqılar edilib ki, Xıdır Nəbi mərasiminin keçirilmə vaxtına təsir edib və bu bayram Türkiyədə mayda qeyd edilir. Bu çox qəribə təsir göstərir. Kiçik çillə qış fəslinin ən amansız dövrüdür. Amma ərəb ədəbiyyatında Xızır yaşıllıq simoludur, mərasimin mahiyyətində bir bahar hərarəti, istilik, xilaskarlıq var. Yəni coğrafi bölgələrə, areallara görə onun bir obrazı var”.  

A.Əhmədli hesab edir ki, Sovet dövründə dini və milli dəyərlərimizi əks etdirən bayram və mərasimlərimizə qarşı qadağalar olub. O bildirdi ki, son dövrlər artıq bu dəyərlər İslam dini qanunlarına uyğunlaşdırılır. “Məsələn, Naxçıvanda əsasən Xıdır Nəbini cümə axşamı keçirirlər. Artıq Naxçıvanda qeyd edilməyə başlayıb və Xıdır Nəbi təxminən bir həftə davam edən bayramdır. İndi gəlib Xıdır Nəbinin kiçik çillənin ikinci ongünlüyünə düşməsi təqvimlə bağlıdır. Məsələn, Novruz bayramı bu il martın 20-nə düşür. Amma bəzən Novruz ayın 19-na, 21-nə də düşür. Bunlar hamısı şərti məsələlərdir. Xıdır Nəbinin də hansı günə düşməsi əsas deyil, əsas odur ki, kiçik çillənin ilk ongünlüyündən keçirilməyə başlayır və bir həftə davam edir. Bundan sonra isə boz ay gəlir. Fevralın 20-də kiçik çillə bitir, amma bu o demək deyil ki, Xıdır Nəbi bayramı ayın 20-nə qədər davam edir. Ayin 20-nə qədər kiçik çillənin dövrüdür” - deyə alim vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ