Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları...

Image


Bu yaxınlarda pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmovun  “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabı nəşr olunub. Əsərin “Ön söz”ünün müəllifi ADPU-nun rektoru, professor Cəfər Cəfərov, elmi redaktoru professor Asəf Zamanovdur.

ADPU-nun tarixinə aid yazılmış bu dəyərli əsər bizi keçmişimizlə üzləşdirir. Burada hələ Çar Rusiyasının müstəmləkəsi olan Şimali Azərbaycanın varlığı, bir millət kimi ayaqda qalması üçün çabalayan aristokratiya, milli burjuaziyanın görkəmli simaları, ulusun nicatını təhsildə görən  ziyalılar və onların Azərbaycan xalqı üçün göstərmiş olduğu fədəkarlıq əks olunub. Fərrux müəllimin bu əsərini oxuduqca bir oxucu olaraq hər zaman düşündüyüm suallara cavab tapa bildim. Necə oldu ki, 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqaviləsi ilə ikiyə bölünmüş Şimali Azərbaycan 1918-ci ildə Cumhuriyyət elan etdi, 1920-ci ildə Sovet imperiyası tərəfindən süquta ugradılsa da 1991-ci ildə yenidən öz Müstəqilliyinə qovuşa bildi, bəs necə oldu ki, Cənubi Azərbaycanda 1910-cu ildə Səttarxanın, 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin, 1945-1946-cı illər Seyid Cəfər Pişəvərinin öndərliyi ilə müstəqilliyə cəhd olunsa da nəticə əldə olunmadı? Cənubi Azərbaycanda Azərbaycan türklərinin sayı bizdən üç dəfə çoxdur, onlar ən az bizim qədər torpağına, milli kimliyinə bağlıdırlar. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabında bu suallara cavab var. Şimali Azərbaycanın müstəqilliyinə gedən yol məhz əsrin əvvəllərində başladılmış təhsil inqilabından, müasir, yeni tipli məktəblərin açılmasından, bu işə öz kapitalını əsirgəməmiş, sözün həqiqi mənasında milli olan insanların fədakar əməyindən keçir.

Əsərin “Giriş” hissəsində oxuyuruq ki, hələ 1899-cu ildə Bakıda Çar hökumətinin nümayəndələri ilə Bakı sahibkarları və xeyriyyəçiləri ilə təşkil olunmuş görüşdə Bakı Kommersiya Məktəbinin açılması ilə bağlı razılıq əldə edilib. İlkin mərhələdə məktəb üçün xüsusi binanın olmaması belə Bakı milyonçularını - H.Z. Tağıyevi, M.Nağıyevi və Fərrux bəy Vəzirovu ruhdan salmayıb, onlar təşkil olunacaq məktəb üçün binanın kirayələnməsinə və diğər xərclərin qarşılanmasına maliyyə vəsaiti ayırıblar. Professor Fərrux Rüstəmov qeyd edir ki, məhz Bakı Kommersiya Məktəbinin Qəyyumlar Şurasının üzvləri-fəxri sədr H.Z. Tağıyev, Ə.Topçubaşov və digərləri Bakı Dumasına müraciət edərək Bakı Kommersiya Məktəbinin tikintisi üçün yer ayrılmasını xahiş edib. Dumanın razılığını əldə etmiş Qəyyumlar Şurası Çar İmperiyasının  Sankt-Peterburq Memarlar Cəmiyyətinə 800 nəfərlik Bakı Kommersiya Məktəbinin binasının layihəsi üzrə müsabiqə elan etməyi xahiş edir. Müsabiqə elan olunur, 8 oktyabr 1904-cü ildə yekun vurulmuş müsabiqədə ilk üç yeri qazanmış layihədən məhz ikinci yeri tutmuş memar-mühəndis  Q. T. Mikelovun “22№-li“ adlı layihəsi məktəb binasının tikintisi üçün münasib görülür. Çox keçməyəcək, APİ(ADPU) görkəmli dövlət xadimi N.Nərimanovun 26 avqust 1921-ci ildə imzaladığı “Birinci Azərbaycan Dövlət Kişi Pedaqoji İnstitutunun təşkili haqqında” 66 saylı Dekreti ilə yaradılacaq və 100 ilin universitetinin həyat yolu bu evdən - bu binadan başlayacaq.

 ADPU-nun tarixi, universitetin əsas tədris korpusunun yerləşdiyi bu möhtəşəm binanın tarixi məndə hər zaman maraq doğurub. Hətta mən bir dəfə 1981-1989-cu illər ADPU-nun rektoru işləmiş akademik Afad Qurbanovdan bu haqda soruşmuşdum. Xatirimdədir, rəhmətlik Afad müəllimlə birgə ikinci mərtəbəyə qalxırdıq. Mən: Afad müəllim, bu bina neçənci ildə tikilib?-deyə sual verdikdə, o , -1905-ci ildə,- demişdi. Afad müəllim o zaman əlavə olaraq dedi ki, bu bina II Dünya müharibəsi zamanı Hərbi qospital olub, (bu haqda Fərrux müəllim haqqında danışdığımız kitabda  yazır) burada dünyasını dəyişən əsgərlərin bir çoxu elə binanın zəmin qatında dəfn olunub. Universitetlə bağlı bu kimi yüzlərlə tarixi faktlar pərakəndə halda müxtəlif mənbələrdə, bəzi insanların yaddaşlarında itib-batırdı, professor Fərrux Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabını dəyərli edən amillərdən biri də budur ki, gələcək nəsillər, universitetin tarixini araşdıracaq elm adamları məhz bir mənbədən“ Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabından istifadə etməklə  vaxt itkisindən  azad olacaq və təhsil tariximiz unudulmayacaq.

Bu kitab 100 illik tarixə malik, minlərlə məzunu olan bir universitetin tarixidir, bu tarixə sahib olmaq nə qədər şərəflidirsə, bu tarixi öyrənmək nə qədər qürurvericidirsə, bu tarixi yazmaq o qədər çətin və zəhmət tələb edən, gərgin zehni fəaliyyət, təcrübə, dərin elmi erudisya, anlitik təfəkkür tələb edən bir işdir.

Professor Fərrux Rüstəmov təkcə universitet tarixini təsvir etməklə məhdudlaşmayıb, eyni zamanda universitetin inkişafında xidməti olan rəhbər işçilərin, rektorların fəaliyyətini tədqiq edib. Müəllif təsvirçilikdən uzaq, konkret faktlara əsaslanaraq hər bir rektorun Azərbaycanda pedaqoji kadrların hazırlanmasında əldə etdiyi mühüm nəticələri oxucularla bölüşür.

Əsərdə ADPU-nun hazırki rektoru, professor C.Cəfərov da daxil olmaqla 31 rəhbər şəxs haqqında məlumat, onların həyatı, elmi-pedaqoji fəaliyyəti,  Azərbaycan təhsilində oynadıqları  rol, Pedaqoji Universitetin inkişafında göstərdikləri xidmətlər əks olunub.

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabını səhifələdikcə görürük ki, APİ-nin  bir neçə rektoru günahsız yerə, qondarma ittihamlarla repressiya qurbanı olub. Əsərdə  Şarif Əhmədziyanoviç (1887-1936), Pənah Ələkbər oğlu Qasımov (1881-1939), Məmməd Abbas oğlu Bayramov (1898-1938), Mirzə Sultan oğlu Məmmədov (1901-1938), Mirzə Davud oğlu Rəsulzadə (1900-1943)  kimi repressiya qurbanlarının həyat hekayələrini həyəcansız, ürək ağrısız oxumaq mümkün deyil. Məlum olur ki, 1925-1939-cu illər APİ-yə (ADPU) rəhbərlik etmiş doqquz rektordan beş nəfəri repressiya qurbanıdır. Bu, Azərbaycan təhsilinə qanlı repressiya illərinin vurduğu zərbənin əyani sübutudur.

Əsərdə həyatı, elmi-pedaqoji fəaliyyəti əks olunmuş 31 rektorun APİ (ADPU)-yə rəhbərlik etdiyi dövrdə  əldə etdiyi nailiyyətlər qələmə alınır. Onların bir neçəsinə nəzər salaq:

Fətulla Əziz oğlu Rzabəyli (1885-1968). APİ-nin ilk direktoru (rektoru). O, 1921-1924-cü illər APİ (ADPU)-yə rəhbərlik edib. Fərrux müəllimin verdiyi məlumata görə, 6 nəfər tələbəsi olmuş bir elm ocağına direktor təyin olunmuş Fətulla Əziz oğlu Rzabəylinin düzgün idarəçiliyi sayəsində 1923-1924-cü illər artıq institutda 100 tələbə təhsil alırdı. Fikrimizcə, F.Ə.Rzabəylinin Azərbaycan təhsili, institut qarşısında ən böyük xidmətlərindən biri həmin dövrdə APİ-yə V.V.Bartold, İ.İ.Meşşainov,N.Y.Marr, A.N.Samoyloviç, P.K.Juze, T.Hikmət kimi alimləri elmi pedaqoji fəaliyyətə cəlb etməsi olub. Burada müəllifin fikrini xatırlmaq yerinə düşərdi: “İlk milli ali təhsil müəssisəsində güclü müəllim kollektivi yaradıldı və ildən-ilə onların sayı milli kadrların hesabına artdı. Ali pedaqoji təhsil müəssisəsinin qarşısına yüksək ixtisaslı müəllim kadrları ilə bağlı qoyulan tələbin reallaşmasında bu çox vacib və zəruri məsələ idi.”

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabına nəzər saldıqda görürük ki, 1921-1930-cu illər APİ(ADPU)-yə 6 rektor-F.Ə.Rzabəyli, M.R.Əfəndiyev, H.İ.Mahmudbəyov, Ş.Ə.Manatov, C.M.Məmmədzadə, P.Ə.Qasımov; 1930-1940-cı illər 4, 1940-1950-ci illər 5, 1950-1960-cı illər 3, 1960-1970-3, 1970-1980-ci illər 1, 1980-1990-cı illər 1, 1990-2000-ci illər 3, 2000-2010-cu illər 2, 2010-2016-cı illər 2 rektor rəhbərlik edib. Bu müqayisə onu göstərir ki, APİ (ADPU)-nin yaradıldığı  ilk illərdə bu elm ocağına rəhbərlik etmiş insanların say çoxluğu  var. Bu da öz növbəsində həmin illərə aid arxiv materiallarının tapılıb işlənməsi, xüsusilə də repressiyaya məruz qalmış rəhbərlərin həyat və fəaliyyəti haqqında məlumatın çətinliklə əldə edilməsi deməkdir ki,  müəllif bu işin öhdəsindən məharətlə gəlib, oxucu qarşısında ADPU-nun keçdiyi  şanlı tarixi birəbir canlandırıb.

Bir oxucu olaraq “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabını dərin maraq və diqqətlə oxudum, məzunu, əməkdaşı olduğum universitetin necə çətinliklərlə 100 yaşa gəlib çatdığını gördüm. Əsəri həyəcanla, eyni zamanda qürur hissi ilə oxudum.

“ADPU-nun tarixi” də adlandıra biləcəyimiz bu əsərdə bir neçə rektor haqqında müəllifin xüsusi şövqlə bəhs etdiyinin şahidi olursan. Məsələn, müəllif 01.07.1981-06.04.1989-cu illər ADPU-ya rəhbərlik etmiş akademik  A. Qurbanov haqqında olan bölməni o qədər rəğbətlə  işləyib ki, oxucu sətirlərin sehrinə düşür. Bu təsadüfü deyil. Akademik A. Qurbanovun ADPU-ya rəhbərlik etdiyi həmin illəri universitetin “qızıl dövrü” adlandırırlar. Hər şeydən öncə ona görə ki, məhz Afad müəllimin rektor olduğu illərdə Ümummilli liderimiz Heydər Əliyev APİ (ADPU)-ni ziyarət edib, institutun müəllim və tələbələri qarşısında çıxış edib. Afad müəllimin rektor olduğu dövrdə Ulu öndərin xeyir-duası ilə APİ (ADPU)-də “İbtidai hərbi və fiziki təlim” fakültəsi açılıb. Məhz Afad müəllimin rəhbərlik etdiyi dövrdə  institutda keçirilmiş elmi-praktik konfranslar, dünya şöhrətli alimlərin bu tədbirlərdə iştirakı institutun nüfuzunun yüksəlməsinə səbəb olub.

Professor Fərrux Rüstəmovun elmi-pedaqoji və idarəçilik fəaliyyətinə xüsusi diqqətlə yanaşdığı rektorlardan biri də ADPU-nun sonuncu rektoru, professor Cəfər Cəfərovdur. Müəllifin 2016-cı ilin 23 iyul tarixindən ADPU-ya rəhbərlik edən professor Cəfər Cəfərovun ötən üç il ərzində gördüyü işləri böyük həvəslə təsvir və təqdir etməsi təsadüfi deyil. Geridə qoyduğumuz son üç il və bu üç ildə görülmüş işlər həm Azərbaycan ictimaiyyətinin, həm də universitet kontingentinin gözü önündə baş verib. Əsərdə qeyd olunmuş faktlar hər birimizin canlı şahidliyi ilə həyata keçib. Müəllif professor C.Cəfərovun ADPU-da rektor kimi fəaliyyətini aşağıdakı şəkildə xarakterizə edir:

“Prof. Cəfər Cəfərovun qətiyyəti nəticəsində bütün obyektiv və subyektiv çətinliklərə, narazılıqlara baxmayaraq birləşmə prosesi qısa bir zamanda başa çatdı,universitetin sakit həyatı bərpa edildi və ciddi quruculuq işlərinə başlanıldı. Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya birləşməsi və onun filiallarının(Ağcabədi,Cəlilabad,Quba, Şəki və Şamaxı)universitetin strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrildi...Bununla da ADPU inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu.Bu məqsədlə 2016-cı ilin ikinci yarısında Təhsil Nazirliyinin tapşırığı və prof.Cəfər Cəfərovun rəhbərliyi ilə universitetin “Transformasiya üçün Yol Xəritəsi”, “Tədrisin Keyfiyyətinin Yüksəldilməsinə dair 10 illik Strateji İnkişaf Planı” adlı iki fərqli strateji inkişaf layihələri hazırlandı”.

Bundan başqa, müəllif haqlı olaraq ötən üç il ərzində ADPU-da aparılan köklü islahatları, beynəlxalq səviyyədə universitetimizin dünyanın aparıcı universitetləri ilə əlaqələrin qurulmasında atılan mütərəqqi addımları, ötən illər ərzində Respublikamızda keçirilmiş qəbul imtahanlarında 500 dən çox bal toplamış orta məktəb məzunlarının məhz ADPU-nu seçməsi faktının düzgün idarəçiliklə bağlı olduğunu qeyd edir və burada  professor Cəfər Cəfərovun səmərəli fəaliyyətini  göstərir.

 Bu gün universitet həyatında irəliyə doğru atılmış mütərəqqi addımlara şahid olan bizlər olmadıqda belə müəllifin real faktlara söykənən qeydləri yaşayacaq. Heç şübhəsiz, professor Fərrux Rüstəmov “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabını 31.01.2020 tarixindən sonra yazsaydı, kitabın ADPU-nun hazırki rektoru, professor Cəfər Cəfərov  haqqında olan hissəsinə aşağıdakı fikirləri də əlavə edərdi:

31 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, ABŞ-ın ölkəmizdəki səfiri  Örl Litzenberqer, ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və insan fakültəsinin dekanı Maykl Foyer və ADPU-nun rektoru, professor Cəfər Cəfərovun iştirakı ilə  ADPU və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı imzalanıb. Bu isə o deməkdir ki, 100 yaşlı  Azərbaycan Dövlət Pedaqoji Universiteteti dünya universitetlərinə inteqrasiya edir, məhz rektor Cəfər Cəfərovun və onun çevik komandasının birgə səyi ilə Azərbaycan müəllimi yetişdirən bir universitetin məzunları dünyanın aparıcı  universitetlərində təhsilini davam etdirib milli təhsil strategiyasına töhvə verəcək.

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabı 100 illik bir tarixin aynasıdır desək, yanılmarıq. Bu əsərdə APİ-nin (ADPU) yarandığı ilk gündən günümüzə qədər bütün tarixi keçmişi faktlarla əks olunub. Müəllifin əsərin sonunda yazdığı cümləni xatırlamaq yerinə düşərdi:“Tarixdə isə tarixi yaradanlarla yazanlar qalır.” Burada müəllif  “tarixi yaradanlar” dedikdə ADPU-nun bu günə qədər yaranmasında, formalaşmasında və inkişafında rolu olan ziyalılarımızı nəzərdə tutur, lakin unudur ki, ADPU-nun yetirməsi, müəllimi, professoru və ən nəhayət “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” kitabının müəllifi olaraq  o özü də tarixi yaradanlardandır, tarixdə qalanlardandır....

Bəhram CƏFƏROĞLU
ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ