Cümə günü, 13 noyabr 2026
     

Son 30 ildə Azərbaycan əhali artımına görə Qafqazın lider ölkəsinə necə çevrildi...

Image


Bu gün dünyanın demoqrafik mənzərəsini ayrı-ayrı ölkələrin timsalında təhlil etdikdə bir çox ölkədə əhalinin sayının sürətlə azaldığını müşahidə edirik.

Azərbaycanda isə son 30 ildə əhalinin sayında azalma yox, artım baş verib. Beynəlxalq araşdırma mərkəzlərinin apardıqları sosioloji, demoqrafik sorğulara görə, Azərbaycan əhalisinin sayı artır, Ermənistanda isə, əksinə, azalır. “Azadlıq” radiosu postsovet ölkələrində 1990-2019-cu il aralığında demoqrafik tendensiyanın nəticələrinə istinadən məlumat yayıb ki, Azərbaycan Cənubi Qafqazda son 30 ildə əhali artımının qeydə alındığı yeganə dövlətdir. Belə ki, hesabat dövründə Azərbaycanda əhalinin artımı 28,5% təşkil edib. Ermənistanda (-15,7%) və Gürcüstanda (-31%) isə əhalinin azalması qeydə alınıb.

Təqdim edilən cədvəldə ölkələrin statistika xidmətlərinin məlumatlarından istifadə edilib.

Bu statistikaya əsasən, Azərbaycan göstərilən dövr üzrə əhalinin artımına görə postsovet məkanında ilk beşliyə daxil olub. Siyahıya Tacikistan (57%) başçılıq edir, Gürcüstan isə sonuncu pillədə qərarlaşıb.

  • “Əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlər də bu sahədəki nəticələrə müsbət təsir göstərir”

 “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, əhali artımı bütün dövrlərdə Cənubi Qafqaz ölkələri arasında Azərbaycanda öndə olub. O qeyd etdi ki, 2003-2018-ci illərdə, yəni 15 il ərzində Azərbaycan əhalisinin sayı 1,8 milyon nəfər artıb.

F.Hacıbəyli vurğuladı ki, 1897-ci ildə Azərbaycan əhalisinin sayı 1 milyon 807 min nəfər idi. 1997-ci ildə bu göstərici 7 milyon 847,5 min nəfər təşkil edirdi: yəni yüz ildə təxminən 6 milyon artım. Bu yüz ildə Azərbaycanın dörd dəfə kəskin demoqrafik çətinliklərlə üzləşdiyini deyən F.Hacıbəylinin sözlərinə görə, bu əsasən müharibələr zamanı yaşanan problem olub. 1913-1920-ci illərdə Birinci Dünya Müharibəsi, xarici müdaxilə, vətəndaş müharibəsi, ermənilər tərəfindәn azərbaycanlıların soyqırımı və digər hadisələrin təsiri nəticəsində əhalinin sayı 387 min nəfər azalmış, 2 milyon 339 min nəfərdən 1 milyon 952 min nəfərə enmişdi. Növbəti demoqrafik böhran 1941-1945-ci illərdə, Böyük Vətən Müharibəsi zamanı yaşandı. Azərbaycan əhalisinin sayı 1940-cı ilin əvvəlindəki 3 milyon 274,3 min nəfərdən 1945-ci ilin əvvəlində 2 milyon 705,6 min nəfərədək azaldı və xalqımız müharibədən əvvəlki səviyyəyə yalnız 10 il sonra, 1955-ci ildə çata bildi.

F.Hacıbəylinin qeyd etdiyinə görə, Azərbaycanın əhali artımı sahəsində bölgədə lider olmasının əsas səbəbi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin düzgün qurulmasıdır. “Azərbaycan əhalisinin sayının Ermənistandan və Gürcüstandan, eləcə də digər respublikaların əhalisinin sayından üstün olması, ölkəmizdə əhali artımının baş verməsi dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticəsidir. 

Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq respublikamızda aparılan sosial-iqtisadi islahatlar əhalinin rifah halının yaxşılaşmasına səbəb oldu. Bu siyasət nəticəsində ölkəmizin demoqrafik göstəricilərində müsbət irəliləyişlər baş verdi. 2003-2018-ci illəri Azərbaycanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər dövrü kimi səciyyələndirmək olar. Bu illər ərzində ölkədə 2 milyona yaxın yeni iş yeri yaradılıb, işsizlik 5 faizə enib. Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə qədər azalıb. Əməkhaqları 7 dəfə, eləcə də minimum əməkhaqqı 6,5 dəfə artırılıb. Regionların misilsiz inkişafı kənddən şəhərə axını dayandırıb. Əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlər də bu sahədəki nəticələrə müsbət təsir göstərir. Bu gün hətta ucqarlarda yaşayan insanlar müasir tibbi xidmətlə əhatə olunublar. Şəhər və rayon xəstəxanaları, doğum evləri əsaslı təmir olunur və ya yeniləri tikilir. Prezidentin təşəbbüsü ilə əhali hər il pulsuz tibbi müayinədən keçirilir. Demək olar, bütün bölgələrdə yeni idman qurğuları, stadionlar tikilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə kompleks tədbirlər görülür. Məlumdur ki, müavinətlər və pensiyalar, təqaüdlər, eləcə də minimum əməkhaqqı davamlı olaraq artırılır. Minlərlə gənc ailə ipoteka proqramından yararlanaraq mənzil sahibi olur, dövlət vəsaiti hesabına vətəndaşlar üçün sosial evlər tikilir və istifadəyə verilir. Bütün bunlar bəlkə də dünyada dövlətin öz vətəndaşına qayğısının analoqu olmayan nümunələridir”.

F.Hacıbəyli vurğuladı ki, Azərbaycanla müqayisədə Ermənistanda əhalinin sosial rifah halının yüksəldilməsi üçün heç bir addım atılmır. Bu gün Ermənistan vətəndaşlarının ac-yalavac vəziyyətdə olduğunu xatırladan ekspert vurğuladı ki, bu ölkədə ölüm faizi doğum faizini çox-çox üstələyib. 

Azərbaycanda isə sosial sahədə davam edən islahatlar, bu islahatların uğurlu nəticələri ölkə əhalisinin artaraq 10 milyon nəfərə çatmasına şərait yaradan amil olub. 

Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əminamanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Azərbaycanda əhali sayının 10 milyon nəfərə çatması da dünyanın diqqətindən yayınmır. F.Hacıbəyli qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi  siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. “Azərbaycan vətəndaşının qayğı və problemlərinin həll edilməsi yönündə dövlətin atdığı addımlar buna sübutdur” - deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ