Cümə günü, 13 noyabr 2026
     

Kiçikyaşlı qızların ərə verilməsi üzərində məhdudlaşdırıcı tədbirlər deyəsən zəifləyib...

Image


Arzuolunmaz hal olsa da, təəssüf ki, qızların erkən ərə verilməsi hallarının baş verdiyi bir cəmiyyətdə yaşayırıq. Ölkəmizdə bütün qanunlar uşaq nikahının əleyhinə olsa da, rəsmi dövlət qurumları, qeyri-hökumət təşkilatları yetkinlik yaşına çatmayan şəxslərin aliə həyatı qurmasına qarşı çıxsalar da, bu halın aradan qaldırılması üçün maarifləndirici tədbirlər həyata keçirsələr də, yenə də erkən nikahların qarşısını almaq mümkünsüz bir hala çevrilib.

Cəmiyyətdə erkən nikah əleyhinə maarifləndirmə işlərinin gücləndirilməsi belə, bu sahədə elə də böyük effekt vermir, nəticələr ürəkaçan deyil. Qızların erkən ərə verilməsi, nikaha cəlb edilməsi ənənəsi uzun illərdir cəmiyyətimizdə bir stereotip kimi mövcuddur və buna qarşı bütün mübarizə tədbirləri də hər hansı bir effekt vermir. Nə qədər erkən nikah əleyhinə çox danışıb, çox yazırıqsa, bir o qədər də yeni erkən nikahlar peyda olur. Erkən nikaha cəlb edilən  uşaq və yeniyetmə qızların bir çoxunun həyatının faciəli sonluqla bitməsi cəmiyyəti silkələməli, ayıltmalıdır. Əlbəttə, qızların erkən ərə verilməsinin əsas səbəbkarı onların valideynləri, ata və anaları, yaxınlarıdır.

Təəssüf ki, XXI əsrdə yaşamağımıza baxamayaraq, hələ də bir xeyli ailədə qızlara “duz yükü” kimi baxılır və elə bilirlər ki, qızlarından tez bir zamanda can qurtarmasalar, o, evin bir küncündəki “un çuvalı”na tay olacaq, qarıyıb evdə qalacaq. Bu stereotiplərdən yaxa qurtarmalıyıq və qızların erkən nikaha daxil olmasının qarşısını almalıyıq. Cəmiyyət olaraq qızlarımıza faciələr yaşadan erkən nikaha qarşı mübarizə aparmalıyıq. Yetkinlik yaşına çatmayan və hələ də gözü oyuncaqlarında, rəfiqələri ilə əyləncələrdə olan qızları öz arzularından qoparıb, onlara gəlinlik paltarı geydirib ər evinə yola salmaq çox böyük nöqsandır. Erkən nikahdan əziyyət çəkən qızların faciələri bir deyil, beş deyil. Statistikaya görə, bu gün boşanmalar arasında erkən nikahlar daha üstünlük təşkil edir. Uşaq yaşında ərə verilən qız qısa bir vaxtdan sonra yeni ailəsi ilə yola getməməyə başlayır, yaxud ailə onu yola vermir, faciə də buradan başlayır. Hətta iş o yerə çatır ki, təzə gəlin özünə əl qaldırır, intihara əl atır, ya da Masallıdakı kimi, əri tərəfindən qətlə yetirilir. Son günlər Masallıda toyları yeni olan, yeni ailə quran 19 yaşlı oğlanın 16 yaşlı həyat yoldaşına yaşatdığı faciə, onu boğaraq qətlə yetirməsi cəmiyyətə böyük sarsıntı yaşatdı. Bu sarsıntı bir daha erkən nikahın mənəvi-psixoloji cəhətdən zərərli bir hal olduğunu təsdiqlədi.

Kiçikyaşlı qızların ərə verilməsi hallarının qarşısının alınması üçün mövcud qanunların, metodların işləkliyinin təmin olunması vacibdir. Ən azından, bu məsələdə yerli qurumlar valideynlərlə maarifləndirici söhbətlər aparmalı, həkimlər, mütəxəssislər bunun zərərləri barədə çox danışmalıdırlar. Yeri gəlmişkən, Gürcüstan azərbaycanlıları arasında geniş yayılan erkən nikah hallarının qarşısının alınması üçün Gürcüstan hökuməti artıq inzibati metodlardan istifadə edir və qızını uşaq yaşında ərə verən valideynlər cərimələnir, cəzalandırılır. Bəzi ekspertlər hesab edirlər ki, qızlarını erkən nikahlayan valideynlər, yaxud azyaşlı qızlarla nikaha daxil olmaq istəyən oğlanlar cəzalandırılmalıdırlar ki, bu hallar təkrarlanmasın.

Məsələ burasındadır ki, erkən nikah hallarının geniş yayıldığı bölgə kimi respublikamızın cənub regionunun adı qeyd olunur. Bu faktdır. Amma digər rayonlarda da bu halın olduğu gizlin deyil. Bakıya nisbətən bölgələrdə erkən nikah halları daha geniş yayılıb. 

  • “Mövcud rəsmi məhdudlaşdırıcı tədbirlər ona görə zəifləyib ki...”

Qızların erkən ərə verilməsinin qarşısının alınması üçün mövcud məhdudlaşdırıcı tədbirlərin effekt vermədiyini deyən və bu yöndə yeni metodlar işlənib hazırlanmasını vacib sayan tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, aidiyyəti dövlət qurumları, QHT-lər öz fəaliyyətlərini tamam başqa istiqamətdə qurmalı və yeni qurulacaq işlərdə mütləq elmi yanaşmalardan istifadə etməlidirlər. “Qız uşaqlarının erkən ərə verilməsi və bunun nəticəsində də baş verən faciələrdən cəmiyyətin nəticə çıxa bilməməsinin müxtəlif səbəbləri var. Təkcə erkən nikahın zərərləri barədə danışmaq azdır. Biz bu halın qarşısının alınması üçün vacib olan fəaliyyət proqramı hazırlayıb həyata keçirməliyik, amma hələ bu yöndə fəaliyyət proqramı hazırlamamışıq. Hələ də elə bilirik ki, 20-30 il bundan əvvəlki kimi bir qərarla, bir sərəncamla, tədbirlər keçirməklə qızların uşaq yaşında ərə verilməsinin qarşısını almaq olar, lakin belə deyil. İndi cəmiyyət o qədər mürəkkəbləşib ki, erkən nikahlarla bağlı məhdudlaşdırıcı tədbirlər heç bir effekt vermir. Bu halın qarşısının alınması üçün qanunlar qəbul olunsa da, müxtəlif aksiya və tədbirlər həyata keçirilsə də, yenə də onun qarşısını almaq mümkün olmur. Cəmiyyət mürəkkəbləşdikcə, onu idarə etmək bir qədər də çətinləşir. Ona görə də kompleks tədbirlər görmək lazımdır. Bu isə elmi təminat tələb edir. Bizdə isə elmi təminatı ya lazımi şəkildə qiymətləndirmirlər, ya da ondan istifadəni bacarmırlar. 200 ildir Avropada xüsusi elm sahələri yaranıb, inkişaf edib və cəmiyyətdəki bu kimi prosesləri elmi metodlarla idarə edirlər”.

Ə.Qəşəmoğlu hesab edir ki, ilk növbədə, erkən nikahları yaradan səbəblərlə bağlı başdansovdu deyil, sosiologi sorğuların keçirilməsinə, tədqiqatların aparılmasına ciddi ehtiyac var. “Obyektiv şəkildə sosioloji sorğular keçirilərsə, qızlarını uşaq yaşında ərə verən valideynlər də, məcburən ərə verilən o qız uşaqları da öz fikirlərini deyəcəklər, niyə belə addım atıldığının səbəblərini izah edəcəklər. Mən özüm müstəqil şəkidə valideynlərlə söhbət edirəm, onların hansı səbəbdən qızlarını uşaq yaşında ərə verməsinin səbəblərini özlərindən soruşuram. Cavab verirlər ki, müəllim, bu qızı Bakıya oxumağa göndərmək xətalıdır, qızın başına burada nə gələcəyini bilmirsən, qızı oxutmuramsa, ona görə də evdə qalıb mənə yük olmasını istəmirəm. Valideynlərin bu fikirlərini, düşüncələrini dəyişdirmək lazımdır. Hələ də valideynlər arasında qıza yük kimi baxanlar var. Bu psixologiya dəyişməlidir. Bu halın aradan qaldırılması üçün hansı işlər görülməlidir? Bu işlərin nədən ibarət olmalı olduğunu müəyyən etməliyik. Tədris müəssisələrində elə sistem, elə şərait, elə yataqxana şəraiti yaratmalıyıq ki, bölgələrdə yaşayan valideynlər tərəddüd etmədən qızlarını erkən ərə verməyib oxumağa göndərsinlər. Qızların erkən ərə verilməsinin qarşısının alınması üçün təcili olaraq yeni fəaliyyət proqramı hazırlanmalıdır. Bu fəaliyyət proqramında bu halın qarşısını almaq üçün mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinin vacibliyi, məktəblərin, mətbuatın, alimlərin, ailələrin üzərinə nə düşdüyü müəyyən olunacaq. Mövcud rəsmi məhdudlaşdırıcı tədbirlər ona görə zəifləyib ki, erkən nikahların əleyhinə danışılır, amma onu yaradan səbəblər araşdırılmır, öyrənilmir. Neçə ildir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir, amma komitə tərəfindən bu işlər görülməyib”.

Ə.Qəşəmoğlu hesab edir ki, erkən nikahların qarşısının alınması üçün onun təklif etdiyi məsələlər effekt verə bilər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ