Bazar günü günü, 27 sentyabr 2026
     

Maddi-texniki bazası zəif olan özəl universitetlər birləşdiriləcək, ləğv olunacaq (?)

Image


Bütün dünyada dövlət ali məktəbləri ilə yanaşı, özəl ali məktəblər də fəaliyyət göstərirlər. Hətta bəzi ölkələrdə dövlətin ali təhsil sisteminin formalaşmasında, genişlənməsində özəl ali təhsil müəssisələri başlıca rol oynayırlar. Azərbaycanda isə özəl ali məktəblərin çoxu nəinki ali təhsilin inkişafına töhfə verə bilmir, heç düz-əməlli maddi-texniki bazaya, tələbə, müəllim-professor heyətinə malik deyillər. İki-üç özəl ali məktəbi çıxmaq şərtilə ölkəmizdəki özəl ali məktəblərin, demək olar ki, hamısının fəaliyyəti elə də ürəkaçan deyil.

Təhsil ictimaiyyətində dolaşan fikirlərə görə, maddi-texniki bazası zəif olan, yetərincə müəllim-tələbə kontingentinə malik olmayan özəl ali məktəblər ya birləşdiriləcək, ya da ləğv olunacaqlar.

Ekspertlər qeyd edirlər ki, özəl ali məktəblərin fəaliyyətinin gücləndirilməsi üçün bu sahədə islahatların, dəyişikliklərin həyata keçirilməsi vacibdir.

  • Məhərrəm Zülfüqarlı: “Lazımi səviyyədə tədris həyata keçirə bilməyən, özünün professor-müəllim heyəti olmayan özəl ali məktəblərin ya ləğv edilməsi, ya da başqa bir özəl ali məktəbə birləşdirilməsi vacibdir”

Tanınmış təhsil mütəxəssisi, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, Təhsil Nazirliyinin aidiyyəti şöbəsi özəl ali məktəblərin fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparmalıdır.

M.Zülfüqarlının sözlərinə görə, özəl ali məktəblərin birləşdirilməsi vacib olsa da, buna bu müəssisələrə rəhbərlik edənlər razılıq verməzlər. Özəl ali məktəblərin bir çoxunda maddi-texniki baza və s. sahələrdə ciddi problem olduğunu deyən M.Zülfüqarlının bildirdiyinə görə, onların fəaliyyətindən ictimaiyyət də ciddi narazılıq edir. “Hesab edirəm ki, ictimaiyyəti ciddi narahat edən bu problemlərin həllinə nail olmaq lazımdır. Lazımi səviyyədə tədris həyata keçirə bilməyən, özünün professor-müəllim heyəti olmayan özəl ali məktəblərin ya ləğv edilməsi, ya da başqa bir özəl ali məktəbə birləşdirilməsi vacibdir.

Amma deyim ki, özəl ali məktəbləri bir-birilə birləşdirmək çox çətin olar, çünki o kiminsə təsis etdiyi bir müəssisədir. Özəl ali məktəblərin birləşdirilməsi çox müsbət nəticə verə bilər. Burada söhbət maddi-texniki bazanın möhkəmləndirilməsindən, eləcə də müəllim-professor kontingentinin formalaşdırılmasından gedir. Bu cür özəl ali məktəblərə elmi dərəcəsi olan alimlər, müəllimlər cəlb edilməlidir. Amma təəssüf ki, bəzən görürsən, heç bir elmi dərəcəsi olmayan adamlar özəl ali məktəblərdə rektor işləyirlər. Rektorun elmi dərəcəsi yoxdursa, o özəl ali məktəbdə hansı yüksək ali təhsildən danışmaq olar”.

M.Zülfüqarlı hesab edir ki, bu ali məktəblərə tövsiyələr verilməli, onlara dəstək göstərilməli, onların fəaliyyətində irəliləyiş olmadıqda isə lisenziyaları ləğv edilməlidir.

  • İlqar Orucov: “...maddi-texniki bazası formalaşmayan özəl ali məktəblərin fəaliyyətinə xitam verilməlidir”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucovun fikrincə də Azərbaycanda özəl ali məktəblərin birləşdirilməsi çox aktual və vacib bir məsələdir. “Təbii ki, Azərbaycanda özəl universitetlərin verdiyi təhsil çox təəssüf ki, ölkəmizin nə iqtisadi inkişafına uyğundur, nə də onların buraxdığı məzunlar əmək bazarının tələblərini ödəyə biləcək kadrlardır. Onlar əmək bazarının tələblərinə cavab vermirlər. Bütövlükdə, özəl ali məktəblərin təhsil mühiti, tədris, maddi-texniki bazası, eyni zamanda, onların tədqiqat imkanları nəinki dünyanın, eləcə də Azərbaycanın ümumi inkişafından geridə qalıb. Bu baxımdan da Azərbaycanda özəl ali məktəbləri, sadəcə, diplom vermək xatirinə saxlamaq doğru deyil. Özəl ali məktəblərin bir neçəsinin artıq birləşməsi vacibdir, bu qaçılmazdır. Bu gün Azərbaycanda 50-dən çox ali təhsil müəssisəsi var. Bunların çoxu dövlət universitetləri olsa da, onların arasında özəl ali məktəblər də var. Təəssüf edirəm ki, özəl ali məktəblər öz üzərilərində işləmək, maddi-texniki bazalarını möhkəmləndirmək əvəzinə, inkişafdan geri qalıblar, zamanın çağırışlarına cavab vermirlər. Əlbəttə, dövlət həm özəl, həm də dövlət ali təhsil müəssisələrinin inkişafında maraqlıdır. Çünki hər bir ali təhsil müəssisəsi Azərbaycan cəmiyyəti üçün kadrlar, mütəxəssis hazırlayır. Amma gəlin baxaq görək, bizim özəl ali məktəblər dövlətin tələb və çağırışlarına cavab verə bilirlərmi? Təəssüf ki, yox. Əvvəla özəl ali məktəblərin təhsil haqqı çox bahadır, onlar bu təhsil haqqı hesabına fəaliyyət göstərirlər. Ümumilikdə, bu müəssisələr təhsil haqqına ümid olaraq, tələbənin cibinə göz dikərək fəaliyyət göstərirlər. Hətta qeyd edim ki, bizim gənclərin, məzunların xaricə gedib orada ali təhsil və digər alternativ təhsil almaq imkanları olmasa, bizim özəl ali təhsil müəssisələri təhsil haqlarını fantastik həddə gətirib çıxara bilərlər. Çünki reallıq da bundan ibarətdir. Mən sizə bir nümunə çəkim. Belçikanın Leuven Katolik Universiteti var. Bu ali təhsil məktəbinin yaşı çox qədimdir, təxminən 250 min tələbə təhsil alır. Bu ali məktəb həm də distant təhsil verir. O, Avropanın top 50-də olan universitetdir. Orada təhsil haqqı xarici tələbələr üçün 1300 avrodur, yerli tələbələr üçün isə çox cüzidir. İndi görün Azərbaycanın özəl ali məktəblərində təhsil haqqı nə qədərdir? 1300 avroya təhsil verən özəl ali təhsil məktəbimiz varmı?”

İ.Orucov hesab edir ki, bəzi özəl ali məktəblərin məqsədi gənclərin təhsilli olması deyil, məqsədləri gənclərdən sui-istifadə edərək pul qazanmaqdır. Onun sözlərinə görə, özəl universitetləri ciddi təftiş etməyin vaxtı yetişib, özəl ali məktəblərin fəaliyyətini yüksək keyfiyyətə uyğun olaraq qurmaq lazımdır. “Bir çox özəl ali məktəbi nəinki birləşdirmək, hətta fəaliyyəti yarıtmaz olanların üzərinə gedib onların fəaliyyətini dayandırmasına nail olmaq lazımdır. İşləyə bilməyən, yüksək ali təhsil vermək gücündə olmayan, maddi-texniki bazası formalaşmayan özəl ali məktəblərin fəaliyyətinə xitam verilməlidir. Hesab edirəm ki, bu istiqamətdə Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları müvafiq tədbirlər görməlidirlər. Azərbaycanın özəl ali təhsil müəssisələrindən tələb edilməlidir ki, siz pul qazanırsınız, bunun müqabilində dövlətə yüksək səviyyəli kadrlar verin. Təhsili biznesə çevirmək düzgün deyil, xüsusən də Azərbaycan reallığı üçün. Təhsilə ticarət gözü ilə baxmaq yaxşı nəticə vermir. Dövlət özəl ali məktəbə nəzarəti gücləndirməlidir. Özəl ali məktəblərdə xeyli sayda yerində olmayan rektor var. Özəl universitetlərdə 20 il rektorluq edən insan var ki, onun rəhbərlik etdiyi ali məktəbdə imtahana nəzarət edəcək 5 nəfər müəllim yoxdur, kadr yetişdirməyib. Onlar dövlətin, camaatın hesabına milyonlar qazanıblar, amma dövlət üçün bir kadr yetişdirməyiblər. Bu baxımdan, hesab edirəm ki, özəl ali məktəblər haqqında düşünmək və onlar barədə ciddi qərarlar qəbul etmək lazımdır” - deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ