Cümə günü, 13 noyabr 2026
     

Polisin pirotexnika ilə intensiv mübarizəsi daha parlaq nəticələr verə bilər, əgər pirotexnikanın kömrük-sərhəd məntəqələrindən keçidinə tam nəzarət olunsa...

Image


“Əgər pirotexniki məmulatların ölkəmizdə satışı kütləvi olaraq həyata keçirilirsə və bundan istifadə edilirsə, polisin səylərinə baxmayaraq bunları tam olaraq aradan qaldırmaq mümkün deyilsə, onda ortaya üçüncu variant çıxır...”

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramına bir neçə gün qalıb. Hər kəs bayrama hazırlaşır, alan alır, satan satır, bir sözlə, özümüzü bayram ovqatına kökləməyə çalışırıq. Lakin bəzən xoşagəlməz hallarla da rastlaşırıq. Bu da mağazalarda, səyyar bayram malları satılan çadırlarda açıq şəkildə satışa çıxarılan partlayıcı oyuncaqlar və priotexniki məmulatlarla bağlıdır. Hər addımbaşı binaların bloklarından, həyətlərdən, hətta məktəblərin həyətindən belə priotexniki məmullatların partlayış səslərini eşidirik. Bir ara bu partlayış səsləri səngisə də, bayram ərəfəsində yenidən meydana çıxıb. Qəribədir ki, mağazalarda, səyyar satış yerlərində açıq şəkildə satılan bu məmulatları satan adamlar insanlara, uşaqlara nə qədər zərər vurduqlarını dərk etmək istəmirlər.   

Məlumdur ki, nəinki paytaxtda, eləcə də digər şəhərlərdə, rayon və kəndlərdə insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması vacibdir.

Əlbəttə, illərdir ki, Azərbaycan polisi bu  istiqamətdə qabaqlayıcı-profilaktik tədbirlər həyata keçirir. Qeyd edək ki, hər il davamlı olaraq polis tərəfindən bu hala qarşı ciddi mübarizə aparılır. Təkcə keçən il Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi reydlər zamanı paytaxtın Qaradağ, Xətai rayonları ərazisində 6 ticarət obyektindən ümumilikdə 21390 ədəd müxtəlif markalı və təyanatlı partlayıcı oyuncaq və pirotexniki vasitələr – odlu sayrışan fişənglər aşkarlanaraq götürülmüşdü.

Qeyd edək ki,  “Mülki Dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli Fərmanına əsasən, pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırımış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə FHN tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir.

Onu da bildirək ki, ticarət mərkəzlərində belə malların satışı aşkar olunarkən bu vasitələr satışdan çıxarılır, satan vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 442-ci maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana – məhkəmələrə göndərilir.

Qeyd olunan maddənin sanksiyasında inzibati xətanın bilavsitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər üçün 350 manatdan 500 manata qədər, vəzifəli şəxslər üçün 1600 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün 4000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulub.

Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tezalışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər.

Məlumatlara görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısının partlayıcı maddə və təhlükəli oyuncaqların satışının qadağan edilməsi ilə bağlı 2001-ci ildə müvafiq sərəncamı var. Sərəncamın tələblərinə uyğun olaraq, partlayıcı oyuncaq və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində izahat, maarifləndirmə tədbirləri davam etdirilir.

Bir neçə gün əvvəl isə yenə də Azərbaycan polisi bir sıra dükanlardan, satış mərkəzlərindən bu kimi məmulatların müsadirə edilməsini həyata keçirib. Məlumata görə, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqların və pirotexniki məmulatların qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən mətbuata verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Yeni il ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 25-dək paytaxtın Qaradağ, Nəsimi, Sabunçu, Xəzər və Abşeron rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən, ümumilikdə 17 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

İstifadəsi qanunla qadağan edilən, satışı kifayət qədər məhdudlaşdırılan  partlayıcı oyuncaq və pirotexniki məmulatlar ölkəmizə necə gətirilir? Polis bu istiqamətdə ciddi mübarizə aparsa da, hələ tam olaraq bu məmulatların mağazalarda, səyyar ticarət yerlərində satılmasının qarşısını ala bilməyib. Bu maddələrin ölkəmizə ayaq açmasına görə hansı qurumlar məsuliyyət daşıyır?

Sosial sahə üzrə mütəxəssis İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, pirotexniki məmulatların, partlayıcı maddələrin, insan sağlamlığına ziyan vuran bu qəbildən olan məhsulların ölkəmizə gətirilməsi qanunvericiliklə qadağan edilsə də, polis bu hala qarşı qabaqlayıcı-profilaktik tədbirlər görsə də, bu məmulatlar hələ də Azərbaycanda satılır, istifadə edilir. “Bu çox qəribə bir haldır ki, insanlar qadağan edilmiş məhsullara, məmulatlara hər zaman maraq göstərir. Bu məhsullara şənliklərdə, bayramlarda istifadəsinə qəribə bir tələbat var və istehsalçılar da bu fürsətdən istifadə edərək həmin məmulatları buraxırlar. Bu qadağaların konkret həddi müəyyənləşdirilməlidir. Hesab edirəm ki, bu məhsulların az zərərlilərinin Azərbaycana leqal olaraq gətirilməsinə şərait yaradılmalıdır. İstehsalçılar bunu öz ölkələrində istifadə edirlər və bu maddələr açıq satışdadır. Azərbaycanda qanunla pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılan məhsullar, əşyalar siyahısına daxil edilsə də, buna baxmayaraq həmin məmulatlar satılır. Bu halda ortaya belə bir sual çıxır ki, qanunla qadağan edilən bu məmulatlar ölkəmizə hansı yollarla gətirilir. Ölkəmizə pirotexniki məmulatları gətirilməsi ilə bağlı iki variant var, ya Dövlət Sərhəd Xidmətinin əməkdaşları öz vəzifələrini lazımı səviyyədə icra edə bilmirlər, ya da Dövlət Gömrük Komitəsi bu məsələyə məsuliyyətsiz yanaşır. Yəni dövlətin bu iki təşkilatı Azərbaycanın sərhədlərindən bu və ya digər təhlükəli, qadağan olunmuş maddələrin, əşyaların  ölkə daxilinə keçməsinin qarşısını almalıdır. Bu məsələdə əsas iki məsuliyyət daşıyan qurum var, onlardan biri Dövlət Sərhəd Xidməti, o biri isə Dövlət Gömrük Komitəsidir. Əgər pirotexniki məmulatların ölkəmizdə satışı kütləvi olaraq həyata keçirilirsə və bundan istifadə edilirsə, polisin səylərinə baxmayaraq bunları tam olaraq aradan qaldırmaq mümkün deyilsə, onda ortaya üçüncu variant çıxır. Bu məhsullar ölkəmizə  sərhəddən və gömrükdən daxil olmursa onda kimlərsə pirotexniki məmulatları, partlayıcı oyuncaqları və digər təhlükəli məhsulları ölkə daxilində kustar yolla istehsal edir. Necə ki, saxta spirtli içkilər hazırlanır və insanları zəhərləyir. Fikrimcə, ölkəmizdə gizli yolla kustar üsulla pirotexniki məmulatların istehsal edilib-edilmədiyini araşdırmaq lazımdır. Pirotexniki məhsullar arasında elələri var ki, yanğınlara səbəb olur, ürək-qan damar sistemində zəiflik olan insanlara mənfi təsir edir. Hətta onlara ağır fəsadlar verir”- deyən İ.Hüseynli bildirdi ki,  pirotexniki məmulatlar insanlara hərtərəfli zərər vurur. O qeyd etdi ki, pirotexniki məmulatlarla bağlı məsələyə birdəfəlik son qoyulmalıdır.

İradə SARIYEVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ