Cümə günü, 13 noyabr 2026
     

AMEA-nın iki I vitse-prezident postu kəskin mübahisəli qarşılanır - (nə) ehtiyac var...(?)

Image


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra dəyişikliklər gözlənir. AMEA-da baş verəcək əsas struktur dəyişikliyi bu qurumda I vitse-prezident vəzifəsinin təsis edilməsi ilə bağlıdır. Məlumatlara görə, bu barədə qərar dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademiyanın ümumi yığıncağında qəbul olunacaq.

AMEA-dan bildirilib ki, AMEA-nın vəzifələri kifayət qədər artıb, bu da strukturda müəyyən dəyişikliklər olunmasını zəruri edir. AMEA prezidenti tərəfindən akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və dəqiq elmlər üzrə) təsis olunması təklif ediləcək. Ümumi yığıncaq tərəfindən təklif qəbul edilərsə, dərhal bu vəzifələrə seçki keçiriləcək.

Bildiyimiz kimi, AMEA-nın fəaliyyəti, burada mövcud olan elmi-tədqiqat institutları Azərbaycan elminin inkişafını irəli apara bilmir, elmimiz nəinki dünyada, heç bölgədə belə üstünlüyü ilə seçilmir. Tərkibində aparılan elmi-tədqiqat işlərinin ölkəmizə heç bir uğur gətirmədiyini, elmin istehsalatda tətbiq edilmədiyini, sənayeyə, iqtisadiyyata nüfuz edə bilmədiyini nəzərə alaraq, AMEA-da birinci vitse-prezident vəzifəsinin təsis edilməsinə nə dərəcədə zərurət yarandığını araşdırmaq istədik.

  • Bəhmən Sultanlı: “AMEA-da birinci vitse-prezident vəzifəsinin təsis edilməsinə heç bir ehtiyac yoxdur, çünki bu qurumda elm inkişaf etmir”

Professor Bəhmən Sultanlı “Bakı-Xəbər”ə bildirdi ki, hazırda AMEA-da birinci vitse-prezident vəzifəsinin təsis edilməsinə heç bir ehtiyac yoxdur. B.Sultanlı hesab edir ki, onsuz da bu qurumda elmlə məşğul olanların sayı çox azdır, hazırda burada elmi işlər həddən artıq zəif aparılır. “Son bir neçə ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasında elmlə məşğul olunmur. Müəyyən alimlərin fəaliyyətini nəzərə almasaq, bu belədir. Azərbaycan Elmlər Akademiyası 20-30 il bundan əvvəlki qurum olsaydı, deyərdim ki, birinci vitse-prezidentə ehtiyac var. Amma bu gün AMEA-da birinci vitse-prezident vəzifəsinin təsis edilməsinə heç bir ehtiyac yoxdur, çünki bu qurumda elm inkişaf etmir. Akademiyadakı əvvəlki iş prosesi, qaynar elmi mühit yoxdur. AMEA-da akademik adı daşıyan elə insanlar var ki, 428 məqaləsi var, onun da yarıdan çoxu xaricdə çap olunub, amma onu heç kəs tanımır, ona görə ki, o məqalələri tanışlıqla çap etdirib. Vaxtilə akademiyada çalışan alimlərin 50-60 elmi məqaləsi olardı, ölkədə uşaqdan böyüyə hamı onları tanıyardı, xarici ölkələrdə böyük şan-şöhrətləri vardı. Dünya elmində onları çox ciddi elmi simalar kimi qəbul edirdilər. Həmid Araslı, Məmməd Arif Dadaşzadə, Yusif Məmmədəliyev, Əli Quliyev kimi nəhənglər işləyirdi akademiyada. Onların elmi nailiyyətləri bütün dünyada məşhur idi. Əli Quliyevin Azərbaycan elminə böyük fayda verən 60 ixtirası vardı. Sözümün canı budur ki, bu insanların dövrü olsaydı, burada müxtəlif vəzifələrin təsis edilməsinə zərurət yaranardı. İndi isə akademiyada birinci vitse-prezident vəzifəsi kimə lazımdır?”

B.Sultanlı vurğuladı ki, vaxtilə AMEA-da nəhəng alimlərin yaratdıqları böyük elmi məktəblər olub, lakin onların ölümündən sonra bu məktəblər inkişaf etdirilməyib, hətta hədsiz dərəcədə zəiflətdirilib.

  • İlqar Orucov: “Akademiyada birinci vitse-prezident vəzifəsinin təsis edilməsini AMEA-da aparılan islahatların tərkib hissəsi hesab edirəm”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov isə bildirdi ki, AMEA-da birinci vitse-prezident vəzifəsi əvvəllər də mövcud olub, sonra isə ləğv edilib. “6 il bundan əvvələ qədər də akademiyanın birinci vitse-prezidenti vəzifəsi var idi. Birinci vitse-prezident vəzifəsi postsovet ölkələrində mövcud olan Elmlər Akademiyalarında da var. Dediyim kimi, bizdə də var idi, lakin Akif Əlizadə AMEA prezidenti seçildikdən sonra bu vəzifə ləğv edildi. Əslində, birinci vitse-prezident aidiyyəti kurasiya üzrə daha böyük səlahiyyətlərə malik idi. Akademiya prezidenti işdə olmadıqda, səfərlərə getdikdə, yaxud vəzifəsini icra edə bilmədikdə, artıq birmənalı olaraq birinci vitse-prezident onun vəzifəsini icra edə bilirdi. Status baxımından birinci vitse-prezident akademiya prezidentindən sonra gələn ikinci səlahiyyətli şəxsdir. Vəzifə bölgüləri baxımından da o biri vitse-prezidentlərdən daha üstündür. Amma təəssüflər olsun ki, 6 il bundan əvvəl akademiya prezidenti vəzifəsinə gələn A.Əlizadə heç bir məntiq olmadan bu vəzifəni ləğv etdi. Akademiyanın indiki rəhbəri Ramiz Mehdiyev həm dövlət rəhbərliyində böyük idarəçilik təcrübəsinə malik insandır, həm elmin idarə edilməsini bilir, həm də görkəmli alim kimi məsələyə daha praqmatik yanaşır. Akademiyanın birinci vitse-prezidenti vəzifəsinin təsis edilməsi məsələsinin gündəmə gətirilməsi çox əhəmiyyətli məsələdir. Digər tərəfdən, akademiyada birinci vitse-prezident vəzifəsinin təsis edilməsini AMEA-da aparılan islahatların tərkib hissəsi hesab edirəm, bu vəzifənin olması vacibdir. Akademiyada Ramiz müəllimin tapşırığı ilə ciddi işlərə başlanıb. Çox arzu edərdim ki, bu işlər davamlı olsun. Heç bir ehtiyac olmadan A.Əlizadə tərəfindən Rəyasət Heyətinin ştat vahidinin bu qədər şişirdilməsi ilə bağlı artıq təftişə başlanıb. Bilirsiniz ki, AMEA-nın Rəyasət Heyətinin əməkhaqqı akademiya institutlarında işləyən alimlərin maaşından daha yüksək olur. Orada idarələrin, müxtəlif mənasız şöbələrin yaradılması, əslində, elmə ayrılan vəsaitin səmərəsiz xərclənməsi deməkdir.Təəssüf ki, A.Əlizadənin zamanında akademiyada belə səmərəsiz idarəetmə qurulmuşdu. Akademiyanın Rəyasət Heyətinin ştat cədvəli nazirliklərin ştat cədvəlindən artıq idi. Buna heç bir zərurət yox idi. Halbuki, A.Əlizadədən əvvəl 12 il akademiyaya rəhbərlik etmiş Mahmud Kərimovun dövründə akademiya indikindən daha məhsuldar işləyirdi, daha ciddi işlə məşğul idi. Təəssüf ki, A.Əlizadə gəldikdən sonra görüntü xarakterli işlərdən biri Rəyasət Heyətinin ştatının təxminən üç dəfəyə qədər artırılması idi. M.Kərimovun dövründə Rəyasət Heyətində ştatın sayı təxminən 70-ə yaxın idisə, A.Əlizadənin vaxtında bu, 200-dən çox oldu. Bu, elmin bürokratlaşması idi” - deyə bildirən İ.Orucov hesab edir ki, bütün bunlar elmə rəhbərlik edənlərin məmurlaşmasına xidmət edirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ