Cümə günü, 13 noyabr 2026
     

Universitetlərimizin elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması problemi qalxıb...

Image


Bu gün Azərbaycan ali məktəblərində elmi-tədqiqat işlərinin aparılması kütləvi xarakter daşısa da, onların tətbiqi, universitetlərə maddi və qeyri-maddi dividendlər gətirməsi sıfır həddindədir desək, yanılmarıq. Çünki mövcud mexanizm ali məktəblərin elmi laboratoriyalarında ərsəyə gələn tədqiqatların tətbiq edilməsinə və gəlirli bir sahəyə çevilməsinə imkan vermir.

Hazırda bir-iki istisna ola bilər ki, hansısa universitetdə həyata keçirilən elmi-tədqiqat işindən cüzi gəlir əldə edilsin, bütövlükdə isə bu sahədə nəticələr ürəkaçan deyil. Müasir dünyada xarici ölkələrin ali məktəblərində isə bizimlə müqayisədə vəziyyət tamamilə fərqlidir. Elm tutumlu ölkələrin universitetlərində nəinki alimlərin elmi-tədqiqat işləri, eyni zamanda, gənc tələbələrin elmi nəticələri maddi baxımdan həmin ali məktəbə böyük dividendlər gətirir. Sadə bir tələbənin kiçik bir ixtirasına sahib çıxıb, ona pul ödəyərək, elmi nailiyyətini tətbiq edirlər. Məsələ burasındadır ki, Azərbaycanda tətbiqi elmlər sahəsində belə uğurlar əlçatmaz görünür. Nəinki tətbiqi, fundamental elmlər, eləcə də digər elm sahələri üzrə aparılan elmi-tədqiqat işləri də gəlir gətirmək gücündə deyil.

Təhsil nazirinin müavini İdris İsayev bildirib ki, Azərbaycanda ali təhsil müəssisələri elmi-tədqiqat fəaliyyətinə diqqət yetirməli və bu fəaliyyəti kommersiyalaşdırmalıdırlar. İ.İsayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində HPC Mərkəzinin açılışı zamanı etdiyi çıxışda onu da deyib ki, son 25-30 ildə cəmiyyətin sürətli inkişafı ilə əlaqədar bir çox ölkə innovasiya və təhsilə xüsusi diqqət yetirir və bu sahəyə investisiya yatırır: “Son 10 ildə belə ölkələrdə əsas fondlara yönəldilən investisiyanın artım sürəti 2,2 faiz, təhsil və innovasiyalara yönəldilən investisiyanın artım sürəti 3,4 faiz təşkil edir”.

Nazir müavini, həmçinin, qeyd edib ki, bu gün ömür boyu təhsil, bilik əsaslı iqtisadiyyat təhsilin əsas istiqamətlərindən biridir: “Ona görə də ali təhsil müəssisələrimiz bu proseslərin başında durmalı, innovasiyaların daşıyıcısı deyil, yaradıcısı olmalıdırlar. Bu bizim əsas hədəfimizdir. Strateji yol xəritələrində də təhsil müəssisələrinin innovasiya xarakterli fəaliyyəti dəstəklənib”.

İ.İsayev əlavə edib ki, ali məktəblərin müəyyən bir qismində biznes-inkubator, texnologiyalar üzrə baza resurs kimi mərkəzlər var, bəzi start-up layihələri dəstəklənir, ancaq bunlar kifayət deyil.

  • “Aidiyyəti müəssisələr ali məktəblərlə mütəmadi əlaqələr saxlamalı, onların elmi-tədqiqat işlərini alıb tətbiq etməlidirlər”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, bu gün dünyada olduğu kimi, Azərbaycanda da ali məktəblərdə həyata keçirilən elmi-tədqiqat işlərinin kommersiyalaşdırılmasına ehtiyac var. B.Xəlilovun sözlərinə görə, Azərbaycanda hələ ki, elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması mexanizmi yoxdur, buna görə də ucdantutma ali məktəblərdən bunu tələb etmək nəticə verməz. “Azərbaycan ali məktəblərinin hər birində fəaliyyət göstərən yaradıcılıq, elmi-tədqiqat laboratoriyalarında alimlər maraqlı işlər görür, tədqiqatlar aparırlar. Lakin bu tədqiqatların alınaraq tətbiq edilməsi sahəsində ciddi problemlər var. Razıyam, Azərbaycan ali məktəblərində də aparılan elmi-tədqiqat işləri kommersiyalaşdırılmalı, onlar müəllifə və ali məktəbə gəlir gətirməlidir, amma bizim bunu tətbiq etmək üçün təcrübəmiz yoxdur. Dünyanın bir çox ölkəsində elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması ilə bağlı təcrübə var. Onlar illərdir elmi-tədqiqat işlərindən gəlirlər əldə edirlər. Biz əvvəlcə ali məktəbləri bu işə hazırlamalıyıq. Bütün ali məktəblərdən tələb edə bilmərik ki, sizin bütün elmi-tədqiqat işləriniz gəlir gətirməlidir. Sadəcə, biz ali məktəblərdə aparılan elmi-tədqiqat işlərini kommersiyalaşdırmaya cəlb etmək üçün mexanizmlər hazırlamalıyıq, təcrübə əldə etməliyik. Təklif edərdim ki, bununla bağlı əvvəlcə iki-üç ali məktəbdə pilot layihə həyata keçirilsin və bu özünü doğruldarsa, başqa ali məktəblərdə də tətbiq edilsin. Xaricdə belədir ki, fundamental, tətbiqi elmlər sahəsində tədqiqat aparan alimlərlə, laboratoriyalarda çalışan tədqiqatçılarla şirkətlər, zavod və fabriklər əməkdaşlıq edir, onların elmi nailiyyətlərini tətbiq edirlər. Bizdə də belə olmalıdır. Aidiyyəti müəssisələr ali məktəblərlə mütəmadi əlaqələr saxlamalı, onların elmi-tədqiqat işlərini alıb tətbiq etməlidirlər, bu belə olarsa, onda biz elmi-tədqiqat işlərinin kommersiyalaşmasına nail ola bilərik”.

B.Xəlilov hesab edir ki, orada təcrübə, mexanizm, konkret hədəf olmadan alimlərdən “sizin elmi işləriniz pul gətirməlidir” deyə tələb etmək onların elmdən küsməsinə səbəb ola bilər. B.Xəlilovun fikrincə, əvvəlcə alimlərin elmi-tədqiqat işləri üçün bazar formalaşdırılmalı, sonra isə onlardan keyfiyyətli tədqiqat işləri tələb etmək lazımdır. Onun dediyinə görə, ölkəmizdəki mövcud sənaye müəssisələri ali məktəblərlə mütəmadi əməkdaşlıq etməkdə maraqlı olsa, bu sahədə nailiyyətlərimiz ola bilər: “Alim elmi-tədqiqat işləri aparır və bunun nəticəsində də uğurlu bir işə imza atır, lakin o elmi-tədqiqat işləri sənayedə, iqtisadiyyatda və digər sahələrdə tətbiq edilmirsə, öz dəyərini itirir. Sənaye qurumları özləri də ali məktəblərlə işləməyə maraq göstərməlidirlər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ