şənbə günü, 14 noyabr 2026
     

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Image


XXI əsrin əvvəllərindən informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin və iqtisadiyyatın inkişafına təsir göstərən əsas amillərdən biridir. Onun əhatə dairəsinə dövlət orqanları, sosial-iqtisadi, elm və təhsil, mədəniyyət sahələri aiddir, bütövlükdə, informasiya texnologiyaları insanların həyat tərzinə çevrilib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin yaratdığı üstünlüklərdən yüksək səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar.

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin dərəcəsi ölkənin elmi, iqtisadi potensialının, dövlət idarəçiliyinin səviyyəsinin göstəricilərindəndir. Dünya bazarında elektron biznesin rolunun artdığı müşahidə olunur və indi ölkələrin iqtisadi rəqabəti aparmaq qabiliyyəti onların İKT-dən effektiv istifadəsindən asılıdir. Son illərdə bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycanda addımlar atılmış, İKT istiqaməti dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ölkə Prezidentinin təşəbbüsü nəticəsində İKT sahəsində səmərəli addımlar atılıb.

İKT-nin, o cümlədən, internet iqtisadiyyatının inkişaf etdirilməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynadığı şübhəsizdir. Belə ki, internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə, cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" hazırlanıb.

Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı yaradılıb. Bu yeni qurumlar ölkə iqtisadiyyatının güclənməsinə, xarici investisiyaların cəlb edilməsinə və İKT məhsullarının istehsalının genişlənməsinə, yeni yaranan şirkətlərin fəaliyyətinin təşkilinə və innovativ təşəbbüslərə maliyyə dəstəyini və təşkilati dəstəyi təmin edir. Yeri gəlmişkən qeyd edək ki, son illərdə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib.

Dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyətinin yeni şəraitə asan uyğunlaşması, E-biznes, E-bankçılıq, E-təhsil kimi layihələrin həyata keçirilməsi də daxil olmaqla, informasiya cəmiyyətinə keçidin reallaşdırılması və inkişafını təmin etmək mərhələsindəyik.

Ulu öndər Heydər Əliyevin siyasi təşəbbüsü sayəsində 1994-cu ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ölkənin yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı, müasir rabitə və informasiya texnologiyalarının sürətlə tətbiqində də böyük canlanma yaradıb. Siyasətin əsas məqsədlərinə İKT sahəsində hüquqi bazanın yaradılması, insan faktorunun inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək hüquqlarının əldə edilməsi, elektron hökumətin, elektron biznesin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual imkanlarının təkmilləşdirilməsi, biliklərə əsaslanan, rəqabətə davamlı istehsalın qurulması kimi əsas məsələlər daxildir.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz edib. Ölkəmizdə də müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələdir. Rabitə və informasiya texnologiyalarının inkişafına mühüm əhəmiyyət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində məqsədyönlü tədbirlər görülür. Son illər həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb.

2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib, elə həmin il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini inkar etmək olmaz. Onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə, insanların həyat tərzini əhatə edib. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.

Ancaq İKT-nin inkişafı həm də bir sıra məsələlərə yanaşmada ehtiyatlı olmamızı, onun insan faktoru ilə sintezindən doğan nəticələr barədə ətraflı düşünməmizi, yeri gəldikdə qabaqlayıcı tədbirlər görməyimizi şərtləndirir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin sözlərinə görə, müasir İKT bir tərəfdən fərdi etik, digər tərəfdən, onların tətbiqi bacarıqlarının səviyyəsinə görə yüksək tələblər qoyur: “Bir qayda olaraq, bir şəxs bu xüsusiyyətlərin yalnız birinə malikdir, amma böyüməkdə olan nəslin dəyərlərinin formalaşmasına təsir göstərmək üçün hər ikisini mükəmməl icra etməyi bacarmaq lazımdır. Valideynlər, müəllimlər gənc nəslə nisbətən tez-tez İKT-yə üz tutmurlar və çeşidli həyat məsələlərini həll etmək üçün həmişə ondan rahat istifadə edə bilmirlər. XXI əsrdə yeni-yeni İKT-lərin meydana gəlməsi ilə əlaqədar olaraq, bilik ötürülməsi istiqamətində dəyişiklik yaranıb. Artıq biliklər yaşlı nəsildən gənclərə deyil, əksinə ötürülür. Müasir dünyanın yüksək sürətli dəyişmə şəraitində virtual aləm kimi həyat sahələrində öyrətmə rolunu yerinə yetirə bilməyən yaşlı adamların nüfuzunun azalması müşahidə olunur. Artıq virtual aləm evdə olan dünya görmüş babadan min qat artıq informasiya verə bilir.

Eyni zamanda, müasir İKT-nin istifadəsində yüksək səviyyəli bacarıqlara malik olan bir qrup mütəxəssis var. Onlardan bəzilərində qabarıq deviant, assosial meyllər (trollar, heyterlər) açıq əks olunur və məhz onlar yeni nəslin dəyərlərinin formalaşmasına təsir edə biləcəklər. Bu amillərin təsiri fərdin mənəvi-etik səviyyəsinin və psixoloji mədəniyyətinin azalmasına gətirib çıxarır”.

Elçin Əlibəyli hesab edir ki, müasir insanın inkişafı üçün göstərilən şərtlər rəqəmsal təcrübəni yaratmağın zəruriliyini şərtləndirir: “Təcrübə həm də İKT-dən istifadə etmək üçün bilik, bacarığından əlavə, onun virtual aləmdə əməl və hərəkətləri üçün doğru istifadə, məsuliyyət motivasiyasını nəzərdə tutur. Yəni rəqəmsal vətəndaş yetişdirmək məsələsi meydana çıxır. Yaşlılar rəqəmsal "immiqrantlar" olduğu halda, internet dövründə doğulan nəsil rəqəmsal "aborigenlər"dir. Rəqəmsal vətəndaşlıq müasir rəqəmsal dünyada formalaşma mərhələsində olan ümumi qəbul edilmiş qaydalar və davranış normaları ilə internet mühitində qarşılıqlı təsirlərin tənzimlənməsini nəzərdə tutur. Təsəvvür edin ki, yüksək texnologiyaya malik bir ölkəyə düşmüsünüz, lakin insanlar arasında münasibətləri tənzimləyən dəqiq qaydalar və normalar yoxdur. Heç bir hüquq-mühafizə orqanı yoxdur, bu, tamamilə özünü təşkil edən bir yerdir. Bu ölkə internet sahəsidir. Onun inkişaf perspektivi gələcək nəsillər üçün qaydaların müəyyən edilməsi, təhlükəsizliyin yaranmasıdır. Bunun üçün İKT-nin tətbiqi prosesində ortaya çıxan imkanlar və risqlərin öyrənilməsi, araşdırılması tələb olunur. İnternet texnologiyalarının düzgün tətbiqi nümunəsi inkişaf məzmununun yaradılması, konstruktiv internet-kommunikasiya bacarıqları və kiber aqressiya təzahürləri ilə işləməyə diqqət etməyi tələb edir.

İnternet ünsiyyətinin xüsusiyyətlərini bilmək və internet məkanında effektiv və münaqişəsiz ünsiyyət üçün real məkanda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və sınaqdan keçirilməsi, empatiyanın inkişafı, onun ifadəsinin müəllifə təsirinin proqnozlaşdırılması qabiliyyəti lazımdır. Real və internet mühitində fəaliyyətlərini, onların məsuliyyətini başa düşmək qabiliyyəti üçün refleksin inkişaf etdirilməsi vacibdir. Qeyd etmək lazımdır ki, virtual birliklərdə söylənilənlərin həmsöhbətə emosional təsirinin daha az olmaq ehtimalı var, çünki verbal və paraverbal məlumatların qəbulu və ötürülməsi kanallarına mimika, jestlər, intonasiya və s. daxil deyil. Bu səbəblərdən müəllifdə həmsöhbətin niyyəti haqqında öz təsəvvürü yaranır ki, bu da neqativ emosional təsir vəziyyətinə düşür. Məsələn, hansısa bir ifadəni işlədərkən biz verbal ünsiyyət zamanı mimika və jestlə bunu ironik və məcazi mənada işlətdiyimizi ifadə edə bilirik, internet məkanında bu alətlər işləmədiyindən, hətta adi bir söz qarşı tərəfdə qıcıq yarada bilər”.

Bütün bu araşdırmadan sonra bu qənaətə gəlirik ki, İKT-nin inkişafı bizə nə qədər müsbət dividendlər vəd edirsə, bir o qədər də onun doğura biləcəyi mənfi fəsadlardan mühafizə olunmağımızı zəruri edir.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ