şənbə günü, 14 noyabr 2026
     

Universitetlər informasiya texnologiyaları ixtisasları ilə dolu, hərbidə mütəxəssis çatışmazlığı…

Image


Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə, cəmiyyəti əhatə edir.

Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və digər bu kimi amillərdir. Artıq dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz, o cümlədən, internetsiz təsəvvür etmək qeyri-mümkündür.

Bütün sahələr üzrə informasiya texnologiyaları mütəxəssislərinə ehtiyac var. Hərbi sahədə informasiya texnologiyaları üzrə məşğul olan kadrlara tələbat var. Bu günlərdə müdafiə naziri Zakir Həsənov çıxış edərək bildirdi ki, ordu sahəsində informasiya texnologiyaları mütəxəssislərinə böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, informasiya texnologiyaları mütəxəssislərinə tək orduda yox, əksər sahələrdə ehtiyac yaranır. Hətta bu məsələ ilə bağlı bir müddət əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı UNEC2B əmək bazarı platformasının təqdimat mərasimindəki çıxışında bildirmişdi ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün əmək bazarında 150-200 min İT mütəxəssisi olmalıdır, amma hazırkı bazarda say 1.5 minə yaxındır. Qeyd edək ki, bu sahədə olan mütəxəssis çatışmazlığı nəzərəçarpacaq dərəcədə böyükdür.

Bəllidir ki, bu gün ali təhsil ocaqlarında informasiya texnologiyalarını tədris edən fakültələr yetərincədir. Buna baxmayaraq, əmək bazarında qeyd olunan sahə üzrə kadr çatışmazlığı hələ də yaşanır.

  • Tərlan Eyvazov: “Orduda İKT sahəsi üzrə mükəmməl biliyə malik olan kadr lazımi səviyyədə deyil”

Hərbçi ekspert Tərlan Eyvazov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün Azərbaycan Ordusunun müasir tələblərə cavab verən hərbi texnikası var. Bununla yanaşı, ordunun müasir informasiya sahəsi üzrə avadanlıqları da yetərincədir. Ancaq bununla yanaşı, orduda İKT sahəsi üzrə mükəmməl biliyə malik olan kadr lazımi səviyyədə deyil: “Nəzərə almaq lazımdır ki, döyüş tək döyüş meydanında aparılmır, eyni zamanda, informasiya müharibəsi də aparılır. İnformasiya müharibəsi zamanı mütləq şəkildə kompyuter biliklərinə malik olan mütəxəssis olmalıdır. Digər sahələrdə olduğu kimi, hərbidə də informasiya texnologiyaları üzrə hazırlanan mütəxəssislərin sayı artırılmalıdır”.

  • Kamran Əsədov: “… günün tələblərinə cavab verən informasiya yeniliklərindən xəbərsizdirlər”

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu sahə üzrə tədrisi həyata keçirən müəllimlər günün tələblərinə cavab verən informasiya yeniliklərindən xəbərsizdirlər: “Hazırda ölkədə 51 ali təhsil müəssisəsində 164 mindən çox tələbə təhsil alır ki, onların da məhz 40 faizə qədəri texnologiya üzrədir. Yəni burada söhbət sırf kompyuter mütəxəssislərindən yox, eyni zamanda, informasiya texnologiyalarının tətbiqini əhatə edən bütün sahələrdən gedir. Amma təəssüflər olsun ki, bu gün ölkənin informasiya texnologiyaları üzrə kadr hazırlığını həyata keçirən universitetlərinin məzunlarının yalnız 42 faizi əmək bazarında işlə təmin olunur. Bu ona görədir ki, universitetlərdə, xüsusilə də informasiya texnologiyaları sahəsində kadr hazırlayan təhsil müəssisələrində müasir tələblərə cavab verən avadanlıqlar yoxdur. Bu ixtisas üzrə tədrisi həyata keçirən müəllimlər günün tələblərinə cavab verən informasiya yeniliklərindən xəbərsizdirlər. Ona görə də hesab edirəm ki, aidiyyəti dövlət qurumları mütləq şəkildə kadr hazırlığı həyata keçirən təhsil ocaqlarında yoxlamalar aparmalı, keçirilən dərsin müasir əmək bazarına cavab verib-vermədiyini dəqiqləşdirməlidirlər. Təəssüf ki, proqramlaşdırma sahəsi üzrə mütəxəssis bizdə yox səviyyəsindədir. Bunun səbəbi isə universitetlərin maddi-texniki bazasının lazımi səviyyədə qurulmamasıdır. Keyfiyyətli kadr hazırlığı olmadığına görə bazarda boşluq var”.

  • Osman Gündüz: “Bu sahədə universitetlərdə tədrisin səviyyəsini yüksəltmək lazımdır”

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki, bu sahədə universitetlərdə tədrisin səviyyəsini yüksəltmək lazımdır: "2014-cü ildə olan devalvasiyadan sonra İT şirkətlərinin bir çoxunda ixtisarlar getdi. Həmin mütəxəssislərin çoxu xaricə köçdü və bu da İT sahəsinə ciddi zərbə vurdu. Yeni kadrların hazırlığına gəlincə isə universitetlərimizdə bu istiqamətdə müəyyən işlər görülür. Amma hələlik onların məzunları bazarın tələbatını ödəyəcək potensiala, təcrübəyə sahib deyillər. Buradakı problemlərdən biri də tədrisdədir. Belə ki, məzunların əksəriyyəti mütəxəssis kimi yetişmək, əmək bazarında özünə yer tapmaq üçün məcburən universitetdən əlavə kursa gedir. Ona görə də düşünürəm ki, universitetlərdə tədrisin səviyyəsini yüksəltmək lazımdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bazardakı boşluğu aradan qaldırmaq üçün xaricdə bu sahədə təhsil alan gənclərimizi də müəyyən şərtlərlə ölkəyə dəvət etmək olar: "Yeri gəlmişkən onu da qeyd edim ki, ümumiyyətlə, bizdə bu məsələnin kökündən həll edilməsində ciddi problem var. Bu da Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında olan fikir ayrılığından irəli gəlir. Məsələ informatika fənninin tədrisinə olan münasibətdir. Tutaq ki, abituriyent universiteti İT sahəsi üzrə oxumaq istəyir. Amma 11 il orta məktəbdə keçdiyi informatika fənnindən yox, kimyadan imtahan verir. Ona görə də qəbul qaydalarına dəyişiklik edilməlidir. Yəni bu ixtisasa yiyələnmək istəyənlər kimya yerinə informatikadan imtahan verməlidirlər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ