şənbə günü, 14 noyabr 2026
     

İnkvizisiya dövrü xristian Avropanın dəhşətli işgəncə alətləri Bakıda - o dövrün papaları nələr törədib... - FOTO

Image


Qərblilər tarixən şərqliləri “vəhşi, vandal” kimi təqdim ediblər. Təəssüf ki, bu mənfi yanaşma bu gün də davam etməkdədir. Bu gün bütün dünyaya insan haqları və demokratiyadan “dərs keçən” avropalıların orta əsrlər dövründə istifadə etdikləri işgəncə üsulları, onları həyata keçirmək üçün cəza avadanlıqları, qurğuları həqiqətən də tükürpədicidir.

Demək olar ki, biz hamımız orta əsrlər inkvizisiyası haqqında eşitmişik, bu barədə tarix kitablarında oxumuşuq, bu dəhşətli illəri əks etdirən hadisələri filmlərdə izləmişik. İnkvizisiya dövründə Avropa insanı yol verdiyi xətalara görə, sözün həqiq mənasında, papaların fitvası ilə dözülməz işgəncələrə məruz qalıb. Onlar elə bir şəkildə qətlə yetiriliblər ki, bunu sözlə ifadə etmək çox çətindir. 

O da məlumdur ki, orta əsrlərdən günümüzə qədər gəlib çatan bu işgəncə alətləri qravürlərdə, rəsm əsərlərində öz əksini tapıb. Bu incəsənət əsərlərində insanların hansı vəhşiliklərlə qətlə yetirildiyinin şahidi olurduq. Bu alətlər həqiqətən də dəhşət saçır. Onları vahiməsiz, qorxusuz seyr etmək mümkün deyil. Biz bu alətləri, avadanlıqları Şirvanşahlar Sarayı Kompleksində görə bildik. Bir neçə gün əvvəl Şirvanşahlar Saray Kompleksində açılışı olan “İnkvizisiya - orta əsr işgəncə alətləri” sərgisini biz də ziyarət etdik. İtaliyanın Milan şəhərində yaşayan kolleksiyaçı Pierre Luigi Kannovinin şəxsi kolleksiyasında yer alan bu alətlər Bakı sakinlərinin və şəhərimizin qonaqlarının çox maraq və qorxu ilə seyr etdiyi nümunələrdir. “İnkvizisiya - orta əsr işgəncə alətləri” sərgisi çərçivəsində 70-dək eksponat nümayiş olunur, onların 29-u iriçaplı, qalanları isə kiçikölçülü işgəncə alətləridir.

Əslində, bu sərginin Azərbaycanda təşkil edilməsinin özü diqqətçəkəndir. Bu mənada ki, bu gün Avropa Azərbaycanı insan haqlarını pozmaqda suçlayır və dövlətimizə qarşı həqiqətə uyğun olmayan kampaniya həyata keçirir, qara piar aparır.

Əvvəlcədən deyək ki, nəinki orta əsrlərdə, heç qədim dövrlərdə nə Azərbaycanda, nə də digər Şərq ölkələrində belə qəddarlıqlar mövcud olub. Bizim ölkədə insanlara bu cür alətlərlə işgəncələr verilməyib. Tarixçilərin verdiyi məlumata görə, Azərbaycanda orta əsrlərdə ən qəddar işgəncə üsulu cinayətkara 15 gün müddətində yalnız mal əti və ilıq su verilməsi idi, cəzaya məhkum olunmuş insan davamlı olaraq bu vasitələrdən istifadə etdikdən sonra vəfat edirmiş. Avropada isə həyata keçirilən çeşidli işgəncə üsulları isə tamamilə bundan fərqlidir.    

İndiyə qədər ölkəmizdə bu səpkidə sərgi keçirilməyib. “İnkvizisiya - orta əsr işgəncə alətləri” sərgisi bu istiqamətdə ilk təşəbbüsdür. “İçərişəhər”  DTMQİ-nin təşəbbüsü və təşkilatçılığı, İtaliya Respublikası, Rusiya Federasiyasının təşkilati dəstəyilə ərsəyə gələn bu sərgidə orta əsrlərin Avropa ölkələrində kilsə məhkəməsinin insanlara tətbiq etdiyi cəza prosedurunun alətləri və qurğuları nümayiş etdirilir. “İçərişəhər” kimi tarixi məkanda, həm də orta əsr sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərqdə və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verir. Ekspozisiyada qurbanlara fiziki əzab vermək, onları etiraf etməyə məcbur etmək üçün nəzərdə tutulmuş 70-ə yaxın qurğu nümayiş etdirilir. Bu, 500 ilə yaxın mövcud olmuş orta əsr inkvizisiyası dövründə çox geniş yayılmış bir təcrübə olub.

Biz orada olarkən sərgiyə müxtəlif yaş qrupunda insanların gəldiyinin şahidi olduq. Hətta bir ana özünün iki azyaşlı övladını da sərgiyə gətirmişdi. Ona deyəndə ki, “uşaqlarınız bu alətləri görüb qorxa bilər”, xanım “bu bir tarixdir, qoy onlar Avropanın əsl simasını görsünlər” cavabını verdi. 

Əvvəlcədən qeyd edək ki, buradakı eksponatlar kifayət qədər dramatikdir və orta əsrlərin sərt həqiqətlərinin təfərrüatı ilə zəngindir. Ziyarətçilərə təqdim edilən ekspozisiyanın əsas məramı düşünməyə məcbur etməkdir. Axı buradakı hər bir eksponat tam mənası ilə yalnız vahimə və qəzəb deyil, həm də mərhəmət və şəfqət hissi doğurur.

2019-cu il avqust ayının 18-nə qədər davam edəcək sərgiyə Azərbaycan vətəndaşları 5, xarici vətəndaşlar isə 8 manat ödəməklə baxa bilirlər...

Biz orada olarkən maraqlandıq ki, sərgidə nümayiş olunan işgəncə alətlərini Azərbaycanda sərgiləməyin əsas mənası nədir? Sərgi nəzarətçiləri bildirdilər ki, Pierre Luigi Kannovin İtaliyanın ən məşhur kolleksiyaçılarından biridir və onun kolleksiyasında bir sıra qədim nümunələr toplanıb, o, vaxtaşırı olaraq kolleksiyasında olan eksponatların sərgisini təşkil edir. Onun böyük kolleksiyasında qədim kitabların da olduğu bildirilir. İnkvizisiya dövrü orta əsr işgəncə alətlərinə gəlincə, bildirdilər ki, bu alətlər onun kolleksiyasının ən populyar və maraq kəsb edən eksponatlarından biridir. Sərginin Bakıda təşkilinə gəlincə, əməkdaşlar qeyd etdilər ki, məqsəd dünyanın ən maraqlı şəhərlərindən olan Bakıda Avropada bir vaxtlar belə bir vəhşi üsulun tətbiq edildiyini alətlər vasitəsilə nümayiş etdirmək, əsl həqiqəti çatdırmaqdır.

“İspan atı” - qanlı cinayətlərin şahidi...

Şirvanşahlar Saray Kompleksinin bir neçə zalında sərgilənən işgəncə alətlərinə yaxınlaşıb toxunmağın özü insanda vahimə yaradır.

Zalın girəcəyinə yaxın yerdə qoyulan üçbucaqlı formalı uzun işgəncə qurğusu “İspan atı” adlanır.

Orta əsrlərdə “İspan atı” işgəncə üsulu cadugərlikdə və ya şeytanla əlaqədə şübhəli bilinən qadınlar üçün nəzərdə tutulurdu.

Qadınları taxta dirək üzərində elə oturdurdular ki, digər dayaq nöqtələri olmayan bədənin ağırlığı nəticəsində taxtanın iti ucu qadının vaginasına daxil olsun. Sonralar inkivizasiya dövründə “beşik” adı ilə tanınan “İspan atı” bəkarət andı vermiş, lakin zina etmiş rahibələrə qarşı da cəza vasitəsinə çevrilib. Cəza qadınlarla yanaşı, kişilərə də tətbiq edilirdi. İşgəncənin daha dözülməz edilməsi üçün qurbanın ayaqlarına daşlar və digər ağır yüklər bağlanırdı.   

Yuxusuzluqla işgəncə (Yəhudanın beşiyi)... Məcburi yuxusuz saxlama işgəncə aləti...

Sərgidə nümayiş olunan ən dəhşət doğuran işgəncə alətlərindən biri “Yuxusuzluqla işgəncə” alətidir ki, bu alət də orta əsr Avropasının əsl simasını göstərir.

İxtiraçı İppolito Marsilinin sözlərinə görə, məcburi yuxusuzluğun tətbiqi işgəncə tarixində dönüş nöqtəsi sayılırdı. O dövrdə insanlara günahlarını etiraf etdirmək üçün bədən xəsarətlərinin yetirilməsi yolverilməz sayılırdı. Bu işgəncə növünün mahiyyəti qurbanın uzun müddət oyaq qalmasını təmin edərək, ona yuxusuzluqla əzab vermək idi. Əvvəllər qəddar işgəncə sayılmayan “yuxusuz saxlamaq”, eksponatdan da göründüyü kimi, İnkvizisiya dövründə müxtəlif formalar alıb. Piramidanın şiş ucu anusa, xayalara və ya büzdümə, qadına işgəncə verildiyi təqdirdə isə vaginaya nüfuz etməli idi. Ağrılar o qədər dəhşətli olurdu ki, çox vaxt təqsirləndirilən şəxs huşunu itirirdi. Belə hallarda işgəncə qurbanı özünə gələnədək təxirə salınırdı. Almaniyada bu cür işgəncə “Yəhudanın beşiyi” adlandırılırdı (İsa Məsihi 30 gümüş sikkəyə satan həvarisi Yəhuda nəzərdə tutulur).

  • “Doqquz quyruqlu pişiklər”in dəhşətləri...

Sərgidə olarkən diqqətimizi cəlb edən eksponatlardan biri su ilə işgəncə səhnəsi oldu. 3 nömrəli eksponatda foto vasitəsilə bu üsul aydın şəkildə əks olunur.

Məlumat aldıq bu işgəncə üsulunu daha qəddar və təsirli etmək üçün təqsirkarı tara çəkir, yaxud ortası qaldırıla bilən xüsusi böyük masaya bağlayırdılar. Qurbanın ayaqları və əlləri masanın kənarına bağlandıqdan sonra cəllad bir neçə üsulla işə başlayırdı. Üsullardan biri bundan ibarət idi ki, qurbanın ağzına qıf vasitəsilə çoxlu su töküb onu udmağa məcbur edir, sonra isə şişmiş qarnına zərbələr endirilirdi. Digər üsul isə qurbanın boğazına boru şəklində lülələnmiş əski tıxac soxur, sonra onu su ilə isladıb tədricən şişirdirdilər, nəticədə qurban boğulmağa başlayırdı. Bu az görsənəndə borunu çıxarırdılar, bu zaman daxili orqanlar zədələnirdi, sonradan tıxacı yenidən qurbanın boğazına yeridib əməliyyatı təkrarlayırdılar. Bəzən soyuq su ilə əzab verirdilər. Bu halda, təqsirləndirilən şəxs masa üzərində çılpaq vəziyyətdə buz kimi soyuq su şırnağı altında saatlarla uzadılırdı. Qeyd etmək lazımdır ki, bu əməliyyat yüngül əzab növü hesab olunurdu (?), bu yolla alınan etiraflara isə məhkəmə təzyiq altında alınmış deyil, “könüllü etiraf” kimi yanaşırdı...

  • Qamçı ilə işgəncə...

İnkvizisiya dövründə Avropada bu işgəncə üsulu çox geniş yayılmışdı. Bu qırmanc yüzlərlə növ qamçılama alətlərindən biridir.  Keçmişdə populyar olan bu cəza üsulundan orta əsrlər dövründə əsasən dilənçilik, avaraçılıq, habelə ərazilərdə qəbul edilmiş davranış qaydalarını pozulması kimi cinayətlər üçün nəzərdə tutulurdu. Qamçılama üsulu ilə deyingən və vəfasız qadınlar cəzalandırılırdı. Qırmancların müxtəlifliyi də genişdir. Belə ki, hər tarixi dövrün öz “sevimli” modelləri vardı. Bütün müxtəlif modellərdən biri zərərsiz görünüşlü, lakin ölümcül təhlükəyə malik “doqquz quyruqlu pişiklər” kimi tanınan qamçı növüdür ki, bundan saysız insan canını qurtara bilməyib. O belin və qarının qamçılanması üçün istifadə edilirdi. “Quyruqları” duz və kükürdün qarışığı ilə islatmaqla onun təsir effektini daha da dəhşətli edirdilər.

  • Payayakeçirmə işgəncəsi...

Burada dəhşət saçan səhnələri əks etdirən nümunələrdən biri payayakeçirmə işgəncə üsuludur.

Qəribədir ki, sərgidə nümayiş olunan eksponatlar sırasında “Payayakeçirmə” təsviri də yer alıb və bu təsvirin Yaxın Şərq ölkələrində, xüsusən də Osmanlıda geniş yayıldığı qeyd edilir. Məlumatda qeyd edilir ki, payayakeçirmə Assur-Babil mənşəli ən qəddar və vəhşi edam üsulllarından biri olub. Və Osmanlılar bu işgəncə vasitəsindən istifadə edib (?). Məlumata görə, bu işgəncə üsulu Osmanlıların tərsalara qarşı apardığı müharibələr dövründə qanunsuz silah daşımaqda ittiham edilənlərə qarşı həyata keçirilib. Məhkumları lüt soyundurub nazik, ucu iti payaya otuzdururdular. Payaya keçirilib qala divarı boyu qoyulurdu, bəzən onlar bir neçə gün əzab çəkdikdən sonra ölürdülər. Vallaxiya döyüşündə çaldığı qələbədən sonra Qraf Drakula adı ilə tanınan Vlad Tepes minlərlə türkü qətlə yetirərkən payayakeçirmə cəzasını xüsusilə geniş tətbiq edib.

  • İnkvizisiya dövründə bütün Avropada istifadə edilən cəza aləti - “Dartma taxtası”...

Eksponatlar sırasında yer alan və çox ağır  işgəncələrin həyata keçirilməsində istifadə edilən “Dartma taxtası” da böyük bir vəhşiliyin əyani sübutudur.

Bu üsul tarixi təsvirlərdə əks olunan ən geniş yaılmış işgəncə vasitələrindən biri olub. “Dartma taxtası”ndan Avropanın bütün ərazilərində istifadə olunurdu.

Adətən bu alət ayaqları olan və ya olmayan böyük bir masa idi, məhkum isə əlləri-ayaqları bağlanmış vəziyyətdə uzadılırdı. Bu vəziyyətdə hərəkətsizləşdirilən qurban dözülməz ağrıları ilə əzələlərin parçalanmasına qədər “dartılır”dı. Zəncirlərin dartılması üçün fırlanan baraban dartma taxtaların bütün növlərindən deyil, yalnız “ən mükəmməl” və “təkmilləşdirilmiş modellər”dən istifadə olunurdu. Cəllad qurbanının parçalanmasını tezləşdirmək üçün onun əzələlərini kəsə bilərdi. Qurbanın bədəni parçalanmadan əvvəl 30 30 sm-dan çox dartılırdı. Bəzən qurbanı dartma taxtasına bağlayıb döş giləsini və digər həssas yerlərini maşa ilə sıxır, qaynar dəmirlə dağlayırdılar. Bu və digər işgəncə üsullarından geniş istifadə olunurdu.    

  • “Elzas çəkməsi”...

Həmin dövrdə “Elzas çəkməsi” deyilən işgəncə üsulu da geniş yayılmışdı.

Məlumatlara görə, bəzi insanlar başqalarının həyatını çətinləşdirməkdən ləzzət aldıqları üçün, inkvizitorlar tərəfindən yeni işgəncə alətləri “ixtira” edən ustaların axtarılmasına səbəb olurdu. Çox sərt və ağılasığmaz işgəncələrə səbəb olan bu qandallar qədim qravyurlarda da əks olunurdu. “Elzas çəkməsi” bir məhbusun ayaqlarını zəncirləmək, yaxud digər məhbusa bağlamaq üçün üstifadə edilirdi.

  • “Cadugərlərin kürsüsü”

Bu adla tanınan inkvizisiya kürsüsünün iç tərəfi tamamilə iti mismarla örtülüb. Bu kürsü cadugərlikdə ittiham olunub, günahını boynuna almayaraq susan qadınlar üçün xüsusi cəza vasitəsi kimi inkvizitorlar tərəfindən yüksək “qiymətləndirilirdi”. O dövrdə çox məşhur olan alət Avstriya inkvizisiyası tərəfindən geniş istifadə edilib. Bu kürsülər tikanlar, qandallar, təsbitedici bloklar və bəzən közərmə ilə qızdırıla biləcək dəmir oturacaqlarla təchiz olunurdu. Məhkumun tədricən öldürülməsu üçün bu alətdən istifadə edilməsinə dair dəlillər mövcuddur. Belə ki, 1693-cü ildə Avstriyanın Gutenberq şəhərində hakim Volf fon Lampertiş 57 yaşlı Mariya Vukinesin cadugərlikdə ittiham işini aparırdı. Qadın 11 sutka “cadugərlərin kürsüsündə oturdulub bağlanmışdı. Eyni vaxtda cəlladlar onun ayaqlarını “insletplaster” adlanan közərdilmiş dəmirlə yandırıb, onu əzablara düçar edird. Mariya Vukines çəkdiyi əzablardan ağlını itirsə belə, ittihamları qəbul etməyib.

Sərgidə nümayiş onunan və ilk baxışdan hökmdar taxtına bənzəyən “Taxt-tac” adlı eksponat da, əslində, inkvizisiya dövründə qəddarlıqların, işgəncələrin həyata keçirildiyi alət olub. Bu vasitə kürsü şəklində bir dirək kimi yaradılıb və acı şəkildə “Taxt-tac” adlandırılıb. Burada qurban başıaşağı vəziyyətdə yerləşdirilirdi, ayaqları isə taxta bloklar vasitəsilə bərkidilirdi. Bu işgəncə növü qanunlara ciddi riayət edən hakimlər arasında populyar olub. Əslində, işgəncələri tənzimləyən qanunvericilik üzrə işgəncə üsulundan istintaq zamanı yalnız bir dəfə istifadə edilməsinə icazə verilirdi. Hakimlərin əksəriyyəti bu qaydaları pozub, sadəcə olaraq növbəti sessiyanın davamı olaraq adlandırıblar. Taxtın istifadəsi 10 gün davam etsə belə, o bir sessiya kimi qəbul edilə bilərdi. Çünki onun istifadə edilməsi qurbanın bədənində getməyən izlər buraxmadan, uzunmüddətli istifadəsi üçün “çox rahat” işgəncə üsulu sayılırdı.

Qeyd edilənə görə, bu işgəncə ilə bərabər məhbuslar su və qızdırılmış dəmirlə işgəncələrə məruz qalıblar.

  • “Dəmir ayaqqabı” işgəncəsi...

Bildirdiyimiz kimi, ekspozisiyada həm iri, həm də kiçikölçülü işgəncə alətləri sərgilənir. Kiçikölçülü işgəncə alətləri xüsusi şüşə altında yerləşdirilib. Ölçüləri kiçik olsa da, insanlara verdiyi əzabın təsiri böyükdür. “Dəmir ayaqqabı” adı ilə tanınan işgəncə aləti kimi bu cihaz ilk dəfə Avstriyada XVII əsrin sonlarında hazırlanıb və görünüşü rahat bir ev ayaqqabısına bənzəyir. Cəza növünə uyğun olaraq, lazımi ölçülərə vintin köməyi ilə uyğunlaşdırılırdı. Günahkar şəxs camaatın bu ictimai cəzadan xəbərdar olması üçün həmin ayaqqabıda zınqırov səsləri altında gəzməyə məcbur qalırdı. Bu isə cəlladların işini azaldırdı, çünki “ayaqqabı” özü qurbana işgəncə verirdi. Bu ayaq ölçüsündən üç dəfə kiçik ayaqqabı geyinməyə bənzəyir və o dərəcədə insanların ayaqlarını incidirdi.

  • “Asılma tar”...

“Asılma tar” ən geniş yayılmış işgəncə vasitəsi idi. Əvvəllər “asan cəza” vasitəsi kimi məhkəmə proseslərində tez-tez istifadə edilirdi. Müttəhimin əlləri kəndirlə arxasında bağlanır, kəndirin digər ucu isə bu cür halqadan keçirilib dartılırdı. Qurbanı ya bu vəziyyətdə uzun müddət saxlayır, ya da kəndiri durmadan bərk dartırdılar. Bəzən cəzanı ağırlaşdırmaq məqsədilə qurbanın ayaqlarına əlavə yük bağlayır, bədənini isə, məsələn, “cadugər hörümçəyi” kimi maşalarla dartıb cırırdılar. Hakimlər düşünürdülər ki, cadugərlər əzablara sakitcə tab gətirmək üçün bir çox cadular bildiyindən, onları etiraf etməyə məcbur etmək hər dəfə mümkün olmur. Məlumatlarda qeyd edilir ki, XVII əsrin əvvəllərində Münhendə 11 nəfərlə bağlı bir sıra proseslərə istinad etməklə bu işgəncə üsulunun dəhşətlərini qeyd etmək olar. Onların 6-na uzun müddət dəmir çəkmələrlə əzab veriblər, bir qadının döşlərini parçalayıblar, növbəti 5 nəfəri tərləməklə, bir nəfəri isə payaya oturdaraq cəzalandırıblar. Onlar, öz növbəsində, əzablara tab gətirməyib, daha 21 nəfəri suçlayıb, onlar haqqında məlumatlar veriblər. Bu insanlar da Tetenvagedə dərhal istintaqa cəlb olunublar. Yeni müttəhimlər arasında çox hörmətli bir ailə də olub. Ailə başçısı həbsxanada ölür, ana 11 dəfə payada işgəncələr çəkdikdən sonra ittiham edildiyi bütün günahları etiraf etməyə məcbur olub. Ailənin 21 yaşlı qızı Agnes hətta əlavə çəkiylə belə payada iztirablara mətanətlə dözür və amma heç bir ittihamı qəbul etmir, yalnız cəlladları və ittihamçıları bağışladığını bildirir. Ancaq işgəncə kamerasında bir neçə gün davam edən məşəqqətli sınaqlardan sonra ona anasının “öz günahlarını tam etiraf etməsi” barədə məlumat verilir. Uğursuz özünə qəsdetmə cəhdindən sonra Agnes bütün “dəhşətli cinayətləri”, o cümlədən 8 yaşdan “şeytanın sevgili”si olduğunu, 30 nəfərin ürəyini yediyini, şabaşlarda  (“ifritənin gecə məclislərində”) iştirakını, qasırğalar “törətdiyi”ni və Rəbbi “inkar etdiyi”ni boynuna alır. Bundan sonra ana və qızı tonqalda yandırmağa məhkum edirlər.

  • “Gilyotin” işgəncələri...

Bu dəzgahı fransalı fizik Cozef-İqbas-de Gilyotenin baş kəsmək üçün hazırlamışdı. Ona görə də bu dəzgah ixtiraçının adını daşıyır. Bu, başın bədəndən ayrılması üçün ən ağrılı və ən “insanpərvər” edam növü hesab edilirdi. Bunun üçün Gilyoten xüsusi dəqiqliklə işləyən dəzgah ixtira etməyi təklif edir. 300-cü illərdən etibarən zadəganların edamında müxtəlif ibtidai vasitələrdən istifadə edilib, amma onların iş prinsipi fərqli idi. Edam edilənin kürək nahiyəsinə bağlanmış taxta lövhəyə ağır çəkic zərbələri onların onurğasını sındırırdı.

“İnkvizisiya - orta əsr işgəncə alətləri” sərgisində, həmçinin, “Kəllə üçün press”, “Dizçökdürmə”, “İspan çəkməsi”, “Döş parçalayan”, “Odla damğalar”, “İstintaq kürsüsü”, “Dizdoğrayan” kimi işgəncə alətləri nümayiş olunurdu.  

  • Vaqif Abışov: “İnkvizisiya kimi qanlı bir yol keçən avropalılar bu gün Azərbaycanı, digər Şərq ölkələrini demokratik olmağa, insan haqlarına hörmət etməyə çağırırlar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, bu, Avropanın qanla yazılmış tarixidir. “Roma papalarının və digər din xadimlərinin fitvası ilə həm qadınlara, həm də kişilərə qarşı çox ağır, dünyada analoqu olmayan cəza tədbirləri həyata keçirilirdi. İnkvizisiya dövründə kilsə məhkəməsi qurulmuşdu və burada azad fikirli insanlara qarşı olmazın işgəncələr verilirdi. Orta əsrlər Avropasında İnkvizisiya dövründə 100 minlərlə insanın həyatına işgəncələrlə son qoyulub. Hətta bu işgəncələr XVIII əsrin əvvəllərinə qədər bütün Avropada mövcud olub. 1542-ci ildə Avropada İsa Məsih adına bir təşkilat yaranmışdı və həmin təşkilatın həyata keçirdiyi işgəncələr dillə deyiləsi deyil. Onlar insanları elə qəddarlıqla qətlə yetirirdilər ki, onu təsəvvür etmək çətindir. İnkvizisiya dövründə hətta rahiblər, azad düşünən din xadimləri, hökmdarlar belə, canlarını o cəzalardan qurtara bilmirdilər. Orta əsrlərdə Avropanın bütün ölkələrində qəddarlıqların, insanlara qarşı işgəncələrin, qətliamların tüğyan etdiyi bir vaxtda Şərqdə çiçəklənmə, demokratiya, inkişaf yaşanırdı. Şərq mədəniyyətini inkişaf etdirirdi. Bu gün təəssüf ki, tarixi başdan-başa qanla yazılan, orta əsrlərdə demokratiyanın, insan haqlarının düşməni olan avropalıların bugünkü davamçıları Şərqə demokratiya “dərsi” keçirlər. İnkvizisiya kimi qanlı bir yol keçən avropalılar bu gün Azərbaycanı, digər Şərq ölkələrini demokratik olmağa, insan haqlarına hörmət etməyə çağırırlar. Şərqdə demokratiya olanda onların babaları dinc, azad fikirli insanları işgəncələrə məruz qoyurdular” - deyə V.Abışov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ