şənbə günü, 14 noyabr 2026
     

“Orucluğun neçənci günüdür” mübahisələri başlayıb...

Image


Müqəddəs Ramazan ayının gözəl günlərini yaşayırıq. Humanizm, barış, yardımlaşma ayı olan Ramazan Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra daha davamlı və möhtəşəm qeyd edilir. İnanclı insanlar oruc tutur, nəzir-niyaz paylayır, ehtiyacı olan insanları, əlsiz-ayaqsızları sevindirirlər.

Bu gün Ramazan ayının neçənci günüdür? Bu sualı təsadüfi vermədik. Çünki Ramazan ayı daxil olandan indiyə qədər orucluğun günləri ziddiyyətli verilir. Mayın 21-i izlədiyimiz bir çox saytlarda Ramazanın 15-ci, bəzilərində isə 16-cı günü olduğu qeyd edilir.

Ramazanın günlərinin bu şəkildə təqdim edilməsi məlumatsızlıqdan irəli gəlir, yoxsa xüsusi təsirlərlə bağlıdır?

  • Hacı Təyyar Hüseynli: “Bu gün Ramazan günlərinin fərqli verilməsi məqsədli şəkildə yaradılıb və xarici qüvvələr tərəfindən idarə olunur”

Tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca diqqətçəkən məsələdir. “Bu mövzu olduqca aktualdır. Bu hal bu il yaranıb. Bir neçə il əvvəl bu məsələyə aydınlıq gətirilmişdi. Xüsusilə də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı qərar qəbul etmişdi. Bu baxımdan da bu məsələdə problem yox idi. Ancaq, nədənsə, bu problem yenidən aktuallaşdı. Bu bir neçə il əvvəl də adət halını almış bir problem idi. Mən ona görə bunu problem adlandırıram ki, sözün əsl mənasında, XXI əsrdə bu kimi problemin olması çox absurddur. Əsas olaraq bildirim ki, Ay astrofizika rəsədxanaları tərəfindən anbaan müşahidə olunur, yəni Ayın Yer planeti ətrafında dövriyyəsi. Söhbət 355 gündən gedir. Bu gün əsl islam alimləri arasında bu problem yoxdur. Konkret olaraq Quran mövcuddur və Ramazan ayı da müqəddəs kitabımızdan keçir. Bununla bağlı şəriət, islam qayda-qanunları ilə bağlı kitablarımız da var. Hər hansı bir ölkədə Günəş tutulması, fəza cisimləri ilə bağlı məsafələrdən asılı olaraq Ay tutula bilər. O respublikanın əhalisi müşahidə edə bilər. Buna görə xüsusi ibadət ritualı da var. Ay tutulanda xüsusi bir ayət namazı qılınır. Amma başqa ölkələrdə ola bilsin ki, bu müşahidə edilməsin. Ola bilər ki, dövrəsindən asılı olaraq, başqa Şərq ölkələrində, başqa yerlərdə Ay görünsün və alimlər də əhaliyə desin ki, Ay göründüsə, ibadətinizi edin. Bu, ayın başlanması kimi qəbul oluna bilər. Gözlə görünmək köhnə məsələdir. İndi biz müasir dünyada yaşayırıq və müasir avadanlıqlar var, uzaq məsafələrdən belə, planeti müşahidə etmək olar. Mənə elə gəlir ki, bu gün Ramazan günlərinin fərqli verilməsi məqsədli şəkildə yaradılıb və xarici qüvvələr tərəfindən idarə olunur. Bu artıq deyilmişdi ki, ayın əvvəlində Ay İranda, İraqda müşahidə olunmadı. Sonradan Ay Azərbaycan fəzasında göründü, adi gözlə belə onu görmək mümkün oldu. Təəssüflər olsun ki, bu il Azərbaycanda ibadətli kütlə bu halın qarşısını ala bilmədi. Yenə də xaricdən gələn informasiyaya görə Ramazan ayının əvvəlindən ikifikirli, ikiqərarlı oldular. Belə götürəndə KİV-dən və sosial mediadan bəllidir ki, bir qayda üzrə Ramazan ayı ayın 6-dan başladı. Amma təəssüflər olsun ki, 7-dən də başlayanlar oldu. Ayın 6-dan və 7-dən start götürən Ramazan ayı gəlib Qədr gecələrində və Fitr bayramında da kütlələrin fikir ayrılıqları, fikir qarşıdurmaları ilə nəticələnəcək. Mən bunu absurd adlandırıram, hətta bunu xaricdən idarəetmə kimi qəbul edirəm. Azərbaycanda alim də, astrofizika rəsədxanası da, yetkin fikir də var. Bu o qədər sadə bir işdir ki... Amma bundan yararlananlar var”.

T.Hüseynli qeyd etdi ki, görək xaricdən gələn fikirlə, informasiya, göstərişlə nə qədər insanı idarə etmək olar? Bəzilərinin xaricdən gələn fikirləri “mötəbər” qəbul edərək bu fikir üzrə hərəkət etdiklərini deyən ilahiyyatçı bildirdi ki, o, bu məsələdə alimləri günahlandırmır, sadəcə, bu informasiyanın yayılması ilə xüsusi məşğul olanlar var. “Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı səlahiyyətlidirlər. Respublika ictimaiyyətinə də Ramazan ayının ayın 7-də başlanması təqdim olunmayıb. Buna baxmayaraq, bu mövcuddur. Sözügedən qurumlar bu məsələyə aydınlıq gətirsələr, növbəti illərdə bu problemlər olmaz” - deyə T.Hüseynli bildirdi.

  • İsmayıl Əhməd: “Bəzi İran və İraq alimləri bu fətvanı nəyə əsasən verdilər, niyə verdilər, mənə məlum deyil”

Dinşünas İsmayıl Əhmədin fikrincə, Ramazan ayının günlərinin fərqli təqdim edilməsi bəzi İran və İraq alimlərinin verdiyi fətva ilə bağlıdır.  “Əslində, Ramazan ayının əvvəli, başlanğıc günü ilin əvvəlində tərtib edilən təqvimə əsasən bəlli idi. Orada may ayının 6-sı Ramazan ayının 1-ci günü olaraq göstərilib. Böyük əksəriyyət də bu təqvimi əsas gətirib may ayının 6-dan oruca başladı. Amma may ayının 5-i, saat 9-dan sonra bəzi İran və İraq alimləri fətva verdilər ki, yox, sabah hələ Şaban ayının 30-cu günüdür, Ramazan ayının 1-i may ayının 7-də olacaq. Bəzi İran və İraq alimləri bu fətvanı nəyə əsasən verdilər, niyə verdilər, mənə məlum deyil. Belə əsaslandırdılar ki, guya Ay görünməyib. Əslində isə onun heç bir əsası yox idi. Əslinə qalanda ayın görüntüsü hardasa saat 7-8 arasında, yəni 8-ə 10 dəqiqə qalmış müəyyən olunmalı idi. Bu fətva verildi və fətva veriləndən sonra may ayının 5-i axşam həmin alimlərin fətvalarına əsaslanan müsəlmanlar Ramazan ayını mayın 7-dən başladılar. Buna görə də belə bir fərq yarandı. Bu fərq də davam edəcək və Ramazan ayının bayramı da 1 günlə fərq edəcək. Mayın 6-dan oruc tutanlar iyun ayının 5-də bayram edəcək, mayın 7-dən oruc tutanlar iyunun 6-da bayram edəcəklər. Fərq bundan ibarətdir” - deyə İ.Əhməd bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ