şənbə günü, 14 noyabr 2026
     

Ramazanın gəlişi ilə xurma 20-27 manata qalxdı...

Image


İslam dünyasında ən müqəddəs ay Ramazan ayı qəbul edilib. Ramazan ayında insanlar niyyət edərək oruc tutur, ibadət edir, pis əməllər etməkdən uzaq olurlar. Oruc tutanların iftar süfrəsində xurmanın olması tövsiyə olunur. İftarı xurma ilə açmaq insana uzunmüddəli toxluq verir, həddən artıq çox yeyərək mədənin birdən-birə yüklənməsinin qarşısın alır.

Xurma təkcə oruc tutanların deyil, həm də faydalı təsirləri olduğu üçün hər kəsin yeməli olduğu meyvədir. Tərkibində bədənin immun sistemini gücləndirən B1, B2, E, C, A vitaminləri, karbohidratlar, fosfor, kalsium, dəmir, maqneziumu birləşdirən elementlər olduğuna görə tez həzm olunmaya, itirilmiş enerjinin bərpasına, qan təzyiqini normada saxlamağa kömək edir. İnsanlar xurma meyvəsinin deməklə bitməyən faydalı xüsusiyyələrini həkim məsləhətlərində də eşidirlər.

Xurma Ramazan ayında, digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da ən çox istehlak olunan məhsul sayılır. Hər il Ramazan ayı ərəfəsi bu məhsulun qiymətində cüzi də olsa artım müşahidə olunsa da, bu dəfə xurmanın qiymətində nəzərəçarpacaq artım var. Buna səbəb isə Azərbaycanın ən çox xurma idxal etdiyi ölkə olan İrandan xurma ixracının dayanmasıdır. Bazar və iri supermarketlərdə apardığımız araşdırma da göstərir ki, xurmanın qiymətində xüsusilə açıq çəkidə satışda daha çox qiymət artımı baş verib. Ötən Ramazanda bir kiloqramı 20 manata satılan xurmanın qiyməti hazırda 27 manata təklif edilir. Satıcılar qiymət artımının səbəbini izah etməyə çətinlik çəksələr də, bahalaşmanın topdansatışda baş verdiyini söylədilər.

Bazarlarda xurmanın qiyməti növünə görə dəyişir. Ən bahalısı Mədinədən gətirilən "Peyğəmbər xurması”, ən ucuzu, həmçinin, ən çox tələbat olan isə karton qutularda satılan "İran” xurmasıdır. Azərbaycana İranla yanaşı, Tunis, BƏƏ, İordaniya, İsrail və ayrı-ayrı ərəb ölkələrindən xurma idxal edilir. Hazırda mağazalarda ən ucuz növlü xurmanın kilosu 2-3 manata yaxındır. Lakin qiymətlər getdikcə artır.

Qeyd edək ki, marketlərdə belə xurmanın qiyməti fərqlidir. Belə ki, “Mədinə xurması” adı altında satışa çıxarılan bu məhsul "Bazarstore"da  28 AZN-ə, "Araz" marketdə 13,9 AZN-ə, "Bizim" marketdə isə 14,99 AZN-ə satılır. Qeyd edək ki, "Bazarstore" “Mədinə xurması” üzrə qiymətləri 1,6 dəfə (10 manata yaxın) artırıb. Belə ki, 1 həftə öncə "Bazarstore"da 18,06 AZN olan xurmanın qiyməti 28 AZN-ə çatıb.

Digər xurma növü olan Tunis xurmasının 1 kiloqramının qiyməti isə "Bazarsore"da 6,45 AZN, "Araz" marketdə 5,99 AZN qeydə alınıb.

İsrail xurmasının 1 kiloqramı "Bravo"da 27,9 AZN, "Bazarstore"da 28,81 AZN-ə satılıb. İran xurmasının 1 kiloqramı isə "Araz" və "Bizim" marketlərdə 4,99 AZN olub. Qutu ilə satılan xurma çeşidlərinin qiyməti isə 3 AZN və 24 AZN arasında dəyişir.

Məlumat üçün qeyd edək ki, mart-aprel aylarında İranda baş verən təbii fəlakətlər xurmanın qiymət artımına bir bəhanə oldu. Lakin əvvəlki illəri təhlil etsək, hər il Orucluq ayına yaxın İran bazarlarında qiymətlərın 5-6 dəfə bahalaşdığını görərik. Bunun da tək səbəbi işbazların "xurma oyunu”dur. Belə ki, ekspertlərin fikrincə, mövsümdə 1 kq xurmanın qiyməti 0.5 dollar olduğu zaman sahibkarlar tonlarla məhsulu fermerlərdən satın alıb saxlayır, bir müddət sonra 10 dəfə artığına bazara çıxarırlar. Ekspertlərin fikrincə, Azərbaycana xurma ən çox İrandan idxal olunduğuna görə baş verən bahalaşma da bununla əlaqəlidir.

  • Qadir Bayramlı: “İran başqa ölkələrə, eləcə də Azərbaycana xurma ixracını dayandırıb”

İqtisad Universitetinin dosenti Qadir Bayramlı xurmanın qiymət artımının iki amillə bağlı olduğunu dilə gətirdi: “Məlumdur ki, iki aya qədərdir İran başqa ölkələrə, eləcə də Azərbaycana xurma ixracını dayandırıb. Xurmanın ixracının dayandırılması bizim kimi İrandan xurma idxal edən ölkələrdə qiymətə təsir edir. O da məlumdur ki, xurmaya ən çox tələbat Ramazan ayında olur. Tələbatın artması da qiymətlərin bahalaşmasına təsirini göstərir”.

Q. Bayramlı hesab edir ki, Ramazan ayında xurmanın qiymətini sabit saxlamağın bir yolu da bu məhsulun Azərbaycana başqa ölkələrdən idxal mənbəyinin axtarılmasıdır: “İqtisadiyyatda buna şaxələnmə deyilir. Artıq Ramazan başlayandan Azərbaycanda da xurmaya tələbatın artacağı bəlli idi. Ona görə də Azərbaycan İranın xurma ixracına qadağa tətbiq etdiyini nəzərə alıb tələbatın Səudiyyə Ərəbistanı, Körfəz ölkələri vasitəsilə ödənilməsi üzərində iş aparmalı idi. Bu ölkələrlə iqtisadi əlaqələr qurmaq olardı, xurma məhsulunun idxal coğrafiyasını beləcə genişləndirməliydik. Məhsulun idxal coğrafiyası genişləndikcə, şaxələndikcə, ölkə vətəndaşlarının xurmaya olan tələbatını ödəmək üçün İrandan asılı qalmazdıq”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan müsəlman ölkəsi olduğundan, xurmanın idxal rüsumunu da azaltmaq lazımdır: “Bu da qiymət ucuzlaşmasına gətirib çıxarar. Bütün bunları diqqətdə saxlamaqla bu gün xurmanın qiymətinin ucuzlaşmasına nail olmaq olar. Xurmanın qiymətində bahalaşmanın bir səbəbi xurmanın yetişmədiyi ölkələrdə bu məhsula tələbatın artmasıdır. Bu ölkələrdə tələbat artdığından, qiymətə təsir göstərir. Ona görə də Azərbaycan xurmanın yetişdiyi ölkələrdən iqtisadi baxımdan daha sərfəlisini seçərək, müvafiq əlaqələr qurmaqla ölkəmizə xurma idxalının həcmini artıra bilər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ