şənbə günü, 14 noyabr 2026
     

AMEA institutları elmdən nə vaxt pul qazanacaq?

Image


“Elmlər Akademiyasının pul qazanmaq imkanı, biznesdə payı çox cüzidir, yaxud da heç yoxdur”

 

Azərbaycanda elm sahəsi yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına mövcudluğunu qoruya bilir. Dünyanın bir çox ölkələrində isə elm dövlət qayğısı ilə əhatə olunmayıb, bütün elmi qurumlar, mərkəzlər öz potensialları hesabına fəaliyyət göstərirlər.

Məsələ burasındadır ki, həmin elmi mərkəzlərin elmi ixtiraları dünya sənayesinə, iqtisadiyyatına böyük fayda verir, bu elmi ixtiralar istehsalat sahəsində tətbiq edilir, həmin elmi qurumlara külli miqdarda vəsait qazandırır. Bu gün dünyanın bir sıra böyük elmi mərkəzləri var ki, onların ixtiraları, elmi nəticələri birbaşa dünyanın inkişafına müsbət təsir göstərir.   

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) birbaşa dövlət büdcəsindən maliyyələşən qurumdur. Dövlətin AMEA-ya külli miqdarda vəsait ayırmasına baxmayaraq, bu quruma rəhbərlik edənlər iddia edirlər ki, elmə ayrılan vəsaitin həcmi qənaətbəxş deyil, dövlət pulu bir qədər də artırmalıdır. Halbuki, AMEA-nın əlaqədar institutları öz elmi ixtiraları ilə həm bu quruma, həm də dövlət büdcəsinə maliyyə vəsaitləri cəlb etməlidirlər. Sovet dövründə həm iqtisadiyyatda, həm kənd təsərrüfatında, həm istehsalatda, həm də digər sahələrdə elmin rolu, elmi yanaşma böyük pay sahibi idi. Elm bu sahələrdə yaxından iştirak etməklə Elmlər Akademiyasına, dövlət büdcəsinə maliyyə cəlb edirdi. Bu gün isə kiçik istisnaları nəzərə almasaq deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasına kənar vəsaitlərin cəlb edilməsi iflic vəziyyətdədir. Bu qurum, bütövlükdə, dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərir, özü isə müxtəlif istiqamətlərdən müstəqil olaraq maliyyə cəlb etmək istəmir.

  • “Amerikada, Avropa ölkələrində, eləcə də digər xarici ölkələrdə iqtisadiyyatın formalaşmasında elm ciddi faktordur”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətində bildirdi ki, mövzu çox aktualdır və dövləti ciddi düşündürən məsələdir. “Biz bu məsələni dəfələrlə müzakirə etmişik. Dövlət də bu sahədə həmişə sözünü deyib, arzularını ifadə edib. Ancaq təəssüflər olsun ki, biz buna nail ola bilməmişik. Bu gün Elmlər Akademiyası yalnız Azərbaycanda və postsovet ölkələrində mövcuddur. Dünyanın digər ölkələrində isə elmi mərkəzlər, elmi qurumlar fəaliyyət göstərirlər. Onlar Azərbaycan Milli Elmlər Akademiyası kimi dövlətin elmlə bağlı siyasətini həyata keçirən qurumlar deyillər. Xarici ölkələrdə, bütövlükdə, elm universitetlərdə və elmi mərkəzlərdədir. Elmin hansı qurumun nəzdində olması əsas deyil, əsas odur ki, elm olsun və maliyyə cəlb etsin. Azərbaycanda elmin pul qazanması və dövlət büdcəsindən asılılığının azaldılması məsələsi hər zaman müzakirə olunur.  Bu hər zaman bizim ağrılı yerimiz olaraq qalır. Azərbaycanda dövlətin elm və elmi-texniki siyasətini Elmlər Akademiyası həyata keçirir. Milli Elmlər Akademiyası mərkəzi icra hakimiyyəti olmasa da, ali dövlət təşkilatı olaraq bu funksiyanı daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası, bütövlükdə, dövlət büdcəsindən asılıdır. Bu gün Elmlər Akademiyasının pul qazanmaq imkanı, biznesdə payı çox cüzidir, yaxud da heç yoxdur. Bu olduqca zərərlidir və elmi qurum müsir dünya ilə ayaqlaşa bilmir. Bunun da səbəblərindən biri odur ki, Akademiya dövlət büdcəsindən asılı vəziyyətdə qalıb, bu da Azərbaycan elminin dünya elmindən geridə qalması ilə nəticələnib. Bizdə iqtisadiyyatda elmin payı yoxdur, bilik iqtisadiyyatı sıfırdır. Bu problem də ki, əlbəttə, dövləti zaman-zaman düşündürür, qayğılandırır. Bu gün Akademiya, əslində, dövlət büdcəsi üçün bir yükdür. Ancaq elə sahələr var ki, məsələn, ictimai və humanitar sahələr, onlar bilavasitə dövlətin, dövlətçiliyin, xalqın maraqlarını qoruduğu, milli ideologiyamızı təbliğ etdiyi üçün, onların dövlət tərəfindən maliyyələşdirilməsi vacibdir. Amma fundamental elmlər, dəqiq elmlər sahəsində axsamağımız göz önündədir. İndi dəb düşüb ki, guya hansısa alimlərin beynəlxalq indeksli jurnallarda məqalələri çox çap olunur və bu bizim elmin göstəricisidir. Əslində isə elmin biznesdə, iqtisadiyyatda payı çox zəifdir. Bu da bilavasitə onu göstərir ki, Azərbaycanda elm hansı səviyyədədir. Azərbaycan Elmlər Akademiyasında vaxtilə məktəblər vardı və o məktəblər planlı şəkildə dövlət sifarişləri ilə işləyirdilər. Artıq o məktəblər sıradan çıxıb, görkəmli alimlər dünyasını dəyişib. Həmin məktəblər SSRİ kimi dövlətdə hərbi komplekslərlə bağlı sifarişləri yerinə yetirirdilər. Bu gün elmin dövlət büdcəsindən kənarda maliyyə cəlb etməsi, pul qazanması istiqamətində çox ciddi problemlər var. Dövlət həmişə öz arzusunu ifadə edir ki, elm dövlətdən asılı olmamalıdır. Elm tutumlu ölkələrdə elm dövlət büdcəsindən asılı deyil, elm pul qazanır, gəlir gətirir. Amerikada, Avropa ölkələrində, eləcə də digər xarici ölkələrdə iqtisadiyyatın formalaşmasında elm ciddi faktordur və bu sahədə böyük paya sahibdir, bu da həmin qurumların kənardan böyük məbləğ cəlb etməsinə səbəb olur. Bütün inkişaf etmiş ölkələrə baxanda görürük ki, həmin ölkələrin elmi qurumlarının dövlət büdcəsinin, ümumdaxili məhsulun formalaşmasında çox ciddi payı var. Onların da uğurunun əsasını məhz bu amil təşkil edir”.

Bir neçə il əvvəl Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasında çıxış etdiyini və alimlərə öz tövsiyələrini verdiyini xatırlayan İ.Orucovun sözlərinə görə, ölkə başçısı həmin görüşdə bildirib ki, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, o ölkələrin uğurlu, parlaq gələcəyini təbii resurslar deyil, məhz intellektual resurslar, elm və texnlogiyaların təşkil etdiyini görərik. “Əslində, bu, alimlərə, elm adamlarına, elmə rəhbərlik edən adamlara bir çağırış olmaqla bərabər, ölkə başçısının arzusunun ifadəsi idi. Prezidentimiz Azərbaycanı məhz bu cür görmək istəyir. Bu görüşdən üç il keçməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ bu məsələ gerçəkləşməyib. Elmlər Akademiyası deyir ki, biz yüksək texnologiyalar parkı yaratmışıq, amma biz bu parka baxanda onun istehsal etdiyi məhsullar nədir? Burada adi içməli su qablaşdırılır. Burada görülən işlər heç bu parkın adına uyğun deyil də. Yəni bu istiqamətdə çox ciddi problemlər var. Çox arzu edərdim ki, elmə məsul olan insanlar bu məsələlərin üstündə işləsinlər. Bu, əlbəttə, çətin bir prosesdir. Bunun üçün həm elmi kontingent formalaşmalıdır, eyni zamanda, biznes qurumları Akademiya ilə əməkdaşlıqda maraqlı olmalıdırlar. Onlar elm müəssisələrinə sifarişlər verməlidirlər. Bu isə çox aşağı səviyyədədir. Bizim bəzi alimlərin tətbiqə yararlı işləri var və təəssüflər olsun ki, o işlərə sifarişlər yoxdur. Ona görə də bu, kompleks yanaşma tələb edir. Düşünürəm ki, bu istiqamətdə ciddi işlər görülməlidir” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ