şənbə günü, 14 noyabr 2026
     

Orta məktəblərdə dinin fənn kimi tədris olunmasına qarşı vahid mövqe var – Nazirliyin mövqeyi güclü çıxdı...

Image


Azərbaycan orta ümumtəhsil məktəblərində dinin ayrıca bir fənn kimi tədris edilməsi məsələsi son illər gündəmdədir. Bir neçə gündür orta ümumtəhsil müəssisələrində dinin ayrıca fənn kimi tədris edilməsi geniş müzakirə edilir. Məsələyə yanaşmalar müxtəlifdir. Ölkənin tanınmış elm, mədəniyyət xadimlərinin bir çoxu, eləcə də bir sıra millət vəkilləri hesab edirlər ki, dinin orta məktəblərdə xüsusi bir fənn olaraq tədrisi zərərlidir.  

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, orta və ali məktəblərdə dinin tədrisi vacibdir. Hətta qurum bunun ayrıca fənn kimi tədrisinin vacibliyini vurğulayır. Qurumdan bildirilib ki, böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. Qurumdan onu da bildiriblər ki, son illər orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində şagirdlərə dinlərlə bağlı məlumatlar da verildiyini qeyd edən komitə yetkililərinin sözlərinə görə, hazırda “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görülür. “Ümumiyyətlə, məqsəd dinlər barədə şagirdlərə məlumat vermək, onların bu istiqamətdə dünyagörüşünü artırmaqdır. Bir sözlə, söhbət orta məktəblərdə dinin tədrisindən yox, dinlərlə bağlı ilkin biliklərin verilməsindən gedir. Bu sahənin təkmilləşdirilməsi istiqamətində gələcəkdə də işlər davam etdiriləcək. Azərbaycanla yanaşı, digər ölkələrdə də belə təcrübələr var. Hətta bir sıra ölkələrdə bütün dinlər (səmavi və digərləri) barədə orta təhsil müəssisələrində ayrıca dərslər keçirilir” - deyə komitədən mətbuata bildirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirilib ki, orta məktəblərdə dinin ayrıca fənn kimi tədris edilməsi gündəmdə deyil. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, gələn tədris ilindən Azərbaycanda 4-8-ci sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı yeni "Həyat bilgisi" dərsliklərindən istifadə etməsi nəzərdə tutulur.

C.Valehovun bildirdiyinə görə, 4-8-ci sinif şagirdləri üçün yalnız "Həyat bilgisi"nin deyil, digər fənlər üzrə də dərsliklərin təkmilləşdirilmiş nəşri hazırlanır. Hazırda həmin dərsliklər ictimai müzakirədədir. C.Valehov qeyd edib ki, "Həyat bilgisi" dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib.

Nazirlik rəsmisi bildirib ki, təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Mütəxəssislər hesab edirlər ki, orta məktəblərdə dinin ayrıca bir fənn kimi tədris edilməsi yaxşı hal deyil. Ekspertlərə görə, “Həyat bilgisi” dərsliyində, eləcə də tarix və digər ictimai fənlərin içində şagirdlərə dini bilgilər də verilir. Dinin bütün tədris müəssisələrində məcburi qaydada tədris edilməsinin yaxşı hal olmadığını deyən ekspertlər hesab edirlər ki, onsuz da şagirdlərin dərs yükü ağırdır və əlavə olaraq dinin də ayrıca fənn kimi tədris edilməsi onların yükünü daha da ağırlaşdıra bilər.

Məsələyə münasibət bildirən ictimaiyyət nümayəndələri, ziyalılar əsasən Təhsil Nazirliyinin mövqeyini dəstəkləyirlər.

  • Məhərrəm Zülfüqarlı: “Dinin orta məktəblərdə ayrıca fənn kimi tədris edilməsini qəbul edə bilmirəm”

Tanınmış tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, dinin orta məktəblərdə ayrıca bir fənn kimi tədrisi düzgün deyil. O hesab edir ki, Azərbaycanda din dövlətdən ayrı olduğu üçün, dinin xüsusi bir fənn kimi tədris edilməsinə ehtiyac yoxdur. “Azərbaycan tarixi” fənninin tərkibində dinin tarixi də tədris edilir. Bundan başqa, “Həyat bilgisi” dərsliyində də din haqqında məlumat verilir. Dinin orta məktəblərdə ayrıca fənn kimi tədris edilməsini qəbul edə bilmirəm. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Bu mənim subyektiv fikrimdir. Bizim konstitusiya ilə din dövlətdən ayrıdır və bu baxımından ayrıca din dərslərinin keçirilməsi məqbul deyil. Əslində, islam tarixini “Azərbaycan tarixi” kitabına salmaq olar”.

  • Kamran Əsədov: “Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki...”

Tanınmış təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda orta məktəblərdə dini mövzuda tədbirlərin keçirilməsi zaman-zaman gündəmə gətirilir və müzakirə olunur. K.Əsədov hesab edir ki, gərək orta məktəblərdə dini biliklərin tədrisi işinə çoxdan başlanardı. “Dini dəyərlər tarix boyu xalqımızın milli-mədəni və ideoloji identikliyini formalaşdırmış əsas baza hesab olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə baş versin, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımıza yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun. Amma qeyd etmək istəyirəm ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil alması fərq etmir. Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmaması, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir. Yerli məzunların da çatışmayan cəhəti islam hüququ, tarixi, mədəniyyəti və s. haqda biliklərinin yüksək səviyyədə olmamasıdır. Bir sözlə, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil. Din fənninin şagirdlər tərəfindən yaxşı şəkildə mənimsənilməsini təmin edən əsas amillərdən biri budur ki, müəllimin özü dinin əmr və qadağalarına riayət etsin, əxlaq və davranışı ilə, həyat tərzi ilə onlara nümunə olsun. Bununla yanaşı, din fənninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fənninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir”.

  • Nadir İsrafilov: “Dinin ayrıca bir fənn kimi tədrisinə hazırda ehtiyac yoxdur”

Digər tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov isə, həmkarından fərqli olaraq, Təhsil Nazirliyinin mövqeyini dəstəklədiyini bildirdi. O hesab edir ki, dini ayrıca bir fənn kimi tədris etməkdənsə, “Həyat bilgisi” və tarix kitablarında dini bilgiləri genişləndirmək daha məqsədəuyğundur. “Bu məsələ son illər geniş şəkildə müzakirə edilir. Bəziləri onun vacib olduğunu deyir, bəziləri isə əksini söyləyirlər. Dəfələrlə bu məsələ müzakirəyə çıxarılıb və hər dəfə də birmənalı qarşılanmayıb. Ona görə də konkret fikir söyləmək çətindir. Din bizim mənəvi dəyərlərimizdən biridir, onu bilmək, öyrənmək lazımdır. Bizdə dini anlama çox aşağı səviyyədədir. Bizə dini maarifləndirmə lazımdır, ancaq hələlik müxtəlif fənlərin tərkibində bu iş həyata keçirilməlidir. Bilirsiniz ki, bəzi məsələlərin tədrisi dəfələrlə gündəmə gətirilib.

Bir vaxtlar dedilər ki, orta məktəblərdə multikulturalizm tədris edilsin, cinsi tərbiyə keçilsin. Bizdə onsuz da tədris proqramı ağırdır. Şagirdləri çox yükləmək olmaz. 

Orta məktəblərdə “Həyat bilgisi” tədris edilir. Bu dərsliyin içində dinlə bağlı məsələləri genişləndirmək, məlumatları daha ətraflı şəkildə vermək lazımdır. Azərbaycan tarixinin uzun bir dövrü dinlə bağlıdır. Bu məsələlər dərsliklərdə bir qədər təkmilləşdirilməlidir. Hazırda dinin məktəbə gəlməsi məsələsində ciddi problem kadrların yoxluğu ilə bağlıdır. Ölkə başçısının sərəncamı ilə İlahiyyat İnstitutu yaradılıb, ixtisaslı kadr problemi həll edildikdən sonra bu məsələni gündəmə gətirmək olar. Ancaq hesab edirəm ki, dinin ayrıca bir fənn kimi tədrisinə hazırda ehtiyac yoxdur. Mən Təhsil Nazirliyinin mövqeyini dəstəkləyirəm. “Həyat bilgisi” dərsliyi təkmilləşdirilməlidir. Çünki bu dərslikdə dini anlam daşıyan materiallar azdır.

O ki, qaldı dinin ayrıca bir fənn kimi tədrisinə, İlahiyyat İnstitutu kadr hazırlayandan və bizim potensialımız olandan sonra bu məsələyə bir daha baxmaq olar” - deyə N.İsrafilov bildirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ