şənbə günü, 14 noyabr 2026
     

“Zərifə Budaqovanın 90 illik yubileyinin keçirilməsi üçün Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən xüsusi qərar qəbul edilib”

Image


90 il bundan əvvəl bir bahar günündə qayım-qədim yurdlarımızdan olan İrəvanda kəndli ailəsində doğulmuşdu. Sadə, lakin işıqlı bir ocaqda dünyaya gələn Zərifə İsmayıl qızı Budaqova (Əliyeva) sonradan Azərbaycan dilçilik elminin sütunlarından birinə çevrildi.

 Zərifə xanım öz elmi fəaliyyəti dövründə bir sıra ilklərə imza atıb. Azərbaycan dilçilik elmində ilk qadın alim kimi elmlər doktoru elmi dərəcəsini alıb, 1968-ci ildə isə ona “Türk dilləri” ixtisası üzrə professor elmi adı verilib. Zərifə xanım professor elmi adına layiq görüləndə cəmi 34 yaşı vardı. Onun dilçilik elminə, xüsusən də türkologiyaya verdiyi elmi töhfələr əvəzsizdir.

Z.Budaqovanı xarakterizə edən tələbələri, alim dostları bidlirirlər ki, o, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda həm şöbə müdiri, həm də direktor kimi çalışdığı dövrdə özünü elm üçün ən gərəkli, dərin savadlı, elmi potensiallı, geniş erudisiyalı alimlərdən biri olaraq göstərə bilib. Onu da vurğulayaq ki, 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilməsi onun dilçilik sahəsindəki misilsiz xidmətlərinə verilən yüksək qiymətdir.

Z.Budaqova Dilçilik İnstitutunun ilk qadın direktoru olaraq da idarəçilik sahəsində yeni bir cığır açıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Zərifə Budaqova cəmi 60 il yaşayıb. Bu il onun vəfatının 30, anadan olmasının isə 90 illiyidir.

Z.Budaqova həm bir alim, həm də bir insan kimi tələbələrinin, alim dostlarının , yaxınlarının yaddaşında yaşayır.

AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova “Bakı-Xəbər”ə bildirdi ki, Z.Budaqova onun yaddaşında dərin izlər buraxan görkəmli elm xadimi, qiymətli şəxsiyyət olub. “Elə bir gün yoxdur ki, Zərifə xanımı xatırlamayaq. O çox qayğıkeş, səmimi, sadə, humanist bir şəxsiyyət kimi yaddaşlarda qalıb. Zərifə xanım gənc alimlərə, elmi işçilərə hədsiz dərəcədə qayğıkeşliklə yanaşırdı. Dilçilik sahəsində gənc alimlərin yetişməsi, onların öz yollarını müəyyən etməsi üçün mühüm işlər görürdü. Zərifə xanım heç zaman ona müraciət edən insanı köməksiz buraxmırdı, hər kəsə dəstək göstərirdi. Dilçilik elminin inkişafında onun rolu əvəzsizdir”.

Z.Budaqovanın həyatdan vaxtsız köçdüyünü təəssüflə qeyd edən S.Sadıqovanın sözlərinə görə, onun bir alim kimi başladığı işlərin çoxu yarımçıq qalıb. Onun vəfatının dilçilik elmində boşluq yaratdığını deyən S.Sadıqova hesab edir ki, Z.Budaqovanın elm sahəsinə verəcəyi töhfələr çox idi. “Onun vəfatı dilçilik elmində boşluq yaratdı. Zərifə xanım cəmi ilyarım Dilçilik İnstitutuna rəhbərlik etdi. Bu dövr ərzində üçcildlik “Azərbaycan dilinin qrammatikası” onun rəhbərliyi altında nəşr edildi. Bundan başqa, o, “Azərbaycan dili xaricdə” dərsliyinin müəllifidir. Onun Azərbaycan dilinin aktual problemlərinin işlənməsi ilə bağlı çox mühüm arzuları vardı. Azərbaycan dilinin dünya dilləri səviyyəsində inkişafı da onu ciddi düşündürürdü. Bundan əlavə, onun həyata keçməyən arzularından biri Azərbaycan dilinin ortaq türk dilləri arasında ünsiyyət vasitəsi kimi işlədilməsi ilə bağlı idi. Onun yaradıcılığında bununla bağlı problem qoyulub, aktuallaşdırılıb, lakin həyata keçməyib. Hazırda da bu məsələ dilçiliyimizdə ən aktual problemlərdən biridir. Zərifə xanımın ömrünün qırılması bu işlərin gerçəkləşməsinə mane oldu. Yaşasaydı, mütləq bu istiqamətdə olan işlərini reallaşdıracaqdı. Azərbaycan dilinin ortaq türk dilləri arasında ünsiyyət vasitəsi kimi seçilməsi ideyasının əsası Zərifə xanım tərəfindən qoyulub, ancaq reallaşmayıb”.

Görkəmli elm xadimi Z.Budaqovanın 90 illik yubileyinin qeyd edilməsi məsələsinə gəlincə, S.Sadıqova bildirdi ki, mərhum alimin 90 illik yubileyinə hazırlıq işləri başlanıb. “Zərifə Budaqovanın 90 illik yubileyinin keçirilməsi üçün Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən xüsusi qərar qəbul edilib. Çünki o, filologiya sahəsində ilk qadın alimdir, SSRİ dövründə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. O həm də filologiya sahəsində ilk qadın elmlər doktoru, professordur. Zərifə xanımın 90 illik yubileyinin keçirilməsi üçün işlər görülür. Biz dilçilər hər zaman ustad alimin xatirəsini əziz tutur və ruhunu hörmətlə xatırlayırıq” - deyə S.Sadıqova bildirdi.

  • İsmayıl Məmmədov: “Professor Zərifə Budaqova böyük bir alim olmaqla yanaşı, həm də misilsiz bir pedaqoq idi”

Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədov da Z.Budaqovanının işıqlı xatirəsini hər zaman andıqlarını bildirdi. O bizimlə söhbətində qeyd etdi ki, Dilçilik İnstitutunda Zərifə xanım onun şöbə müdiri olub. Z.Budaqovanı həlim, sadə, humanist bir insan, görkəmli alim kimi xarakterizə edən İ.Məmmədovun sözlərinə görə, onun dilçilik elminin inkişafında və gənc dilçilərin yetişməsində mühüm əməyi olub. “Z.Budaqovanın dəyərli tədqiqatları heç də təsadüfi deyil ki, Azərbaycan və türkoloji dilçiliyin tanınmış nümayəndələri tərəfindən öz yüksək qiymətini alıb. Məşhur türkoloqlardan professor Əthəm Tenişev, Məhərrəm Ergin, Sadəttin Buluc və Zeynəb Qorxmazın onun haqqında söylədikləri dəyərli fikirlərin ümumi məzmunu belədir ki, professor Zərifə Budaqova həmişə dilçilikdə öyrənilməsinə zərurət duyulan aktual tədqiqatlar aparıb, öz obyektiv və qəbul olunan sözlərini deyib.

Professor Z.Budaqova böyük bir alim olmaqla yanaşı, həm də misilsiz bir pedaqoq, tələbələrinin ən hörmətli, sevimli, bilikli, qayğıkeş müəllimi idi. Onda professional müəllimə xas olan bütün keyfiyyətlər - özündə olan elmi bilikləri, xəzinəni tələbələrinə, aspirantlarına öyrətmək, mənimsətmək bacarığı, qabiliyyəti, böyük və zəngin həyat təcrübəsi, əhatəli dünyagörüşü, nəzakətli davranışı, aydın və səlis nitqi var idi. Z.Budaqova Azərbaycan Pedaqoji Universitetində, Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) dolğun və məzmunlu, maraqlı mülahizələri ilə tələbələrinin sevimli müəllimi olub.

Professor Z.Budaqova AMEA Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri, direktor müavini və direktor kimi fəaliyyət göstərib. O həm də bacarıqlı elm təşkilatçısı və müdrik rəhbər olub. Alim ömrünün sonuna qədər - otuz üç il (1955-ci ildən) Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik edib, özünün müəllifliyi və redaktorluğu ilə 3 cildlik "Müasir Azərbaycan dili" adlı kollektiv monoqrafiya nəşr etdirib. Professor Z.Budaqova yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər Birliyi məkanında, habelə dünya miqyasında da tanınan, elmi xidmətləri yüksək qiymətləndirilən dilçi alim olub. Azərbaycan elmi ictimaiyyətində görkəmli alim barəsində formalaşmış qənaət və fikirlər kütləvi informasiya vasitələrində, televiziya və radio vasitəsilə oxuculara və dinləyicilərə çatdırılıb. Zərifə xanımın alimləri konkret bir problemin həlli ətrafında toplamaqda da güclü və təsəvvürəgəlməz istedadı var idi. Əgər belə olmasaydı, Azərbaycan Elmlər Akademiyasına başucalığı gətirmiş Azərbaycan dilinin qrammatikasının üçcildliyi işıq üzü görə bilməzdi...” - deyə İ.Məmmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ