şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan cins nisbətinin pozulmasına görə pis yerdədir – Çindən sonra ikinci…

Image


Son zamanlar ölkədə yeni doğulan qızların sayının azalması tendensiyası müşahidə olunmaqdadır. Mövcud vəziyyətlə bağlı aparılan son araşdırmalardan məlum olub ki, hazırkı vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə səbəb ola bilər.

Kişilərin sayının həddən artıq çoxalması, onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda, ölkədə zorakı davranış hallarının geniş yayılmasında ümumi kriminogen durumun daha da ağırlaşması, qız-gəlin qaçırma, erkən nikah, insan alveri və sair mənfi fəsadlara səbəb ola bilər. BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin məlumatına görə, doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, Azərbaycanda bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin təcrübəsinə nəzər salsaq aydın olar ki, bu gedişatla Azərbaycan cəmiyyəti qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə bilər

Açıqlanan son statistik rəqəmlərə əsasən, Azərbaycanda doğulan uşaqların cins nisbətində pozulma müşahidə edilməkdədir. Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra dünyada ikinci yerdədir.

Danılmaz faktdır ki, Azərbaycan mentalitetində, cəmiyyətində oğlan uşaqlarının doğulması daha arzuolunan olaraq qalır. İnsanlar düşünürlər ki, oğlan uşaqları onların ailələrinin soyunu davam etdirir, soyadlarını daşıyır, beləliklə, nəslin davamçısıdırlar. Həmçinin, atalar düşünürlər ki, gələcəkdə oğlu ilə gəzintilərə çıxacaq, birlikdə idman edəcək, futbol oynayacaq və sairə. Beləliklə, daha çox oğul atası olmasını arzulayırlar. Oğlan uşaqlarına daha çox diqqət olması səbəbilə analar da əksər hallarda oğlan uşaqlarına düşkün olur, evdəki qız uşağına deyil, əsasən oğlan uşaqlarına yeni geyimlər, əşyalar almağa çalışırlar.

Mütəxəssislər hesab edirlər ki, son illər Azərbaycanda ailə institutu ilə bağlı ciddi narahatlıqlar var. Statistika göstərir ki, qurulan ailələrin sayı getdikcə azalır, boşanmaların sayı isə durmadan artır. Eyni zamanda, ailələrdə qız uşaqlarının sayının azalması problemi də mövcuddur. Selektiv abortlarla bağlı aparılan izahat işlərindən, maarifləndirici tədbirlərdən və dövlətin müdaxiləsindən sonra problemi qismən aradan qaldırmaq mümkün olsa da, məsələ aktual olaraq qalır. Odur ki, ailələrdəki mövcud durumu və selektiv abortlar fonunda respublikanın sosial-demoqrafik vəziyyətini gündəmə gətirməklə cəmiyyətin diqqətini bu problemlərə cəlb etmək zərurəti yaranır.

  • Elgün Səfərov: “Azərbaycanda hər 100 qıza 114 oğlan doğulur, normal halda hər 100 qıza 105 oğlan doğulmalıdır”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirir ki, Azərbaycanda hər 100 qıza nisbətdə 114 oğlan doğulur: “Normal halda hər 100 qıza 105 oğlan doğulmalıdır. Son 10 il ərzində bu nisbət nəinki aşağı enib, əksinə, artıb: “Hazırda bu problemin aradan qaldırılması istiqamətində müəyyən işlər aparılır. Belə ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə Milli Məclisdə baxılır. Qanun layihəsində qadınların və kişilərin reproduktiv sağlamlıqla bağlı hüquqları müəyyən edilib.

Cins nisbətindəki problemin aradan qaldırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və Dövlət Komitəsi tərəfindən milli fəaliyyət planının layihəsi hazırlanıb. Layihənin hazırlanması selektiv abortların aradan qaldırılmasına hesablanıb. Azərbaycanda selektiv abortlar var, bununla mübarizə aparılmalı və selektiv abortlarla bağlı maarifləndirmə tədbirləri gücləndirilməlidir. Bundan başqa, Cinayət Məcəlləsində abortlarla bağlı məsuliyyət növləri artırılmalıdır. Bu məsələ gündəmdədir”.

  • Fatimə Hacıbəyli: “Son onillikdə oğlan uşaqlarının sayının sürətlə artması…”

 “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son onillikdə oğlan uşaqlarının sayının sürətlə artması ölkədə çox ciddi şəkildə müşahidə olunan prosesdir: “Öncə qeyd edim ki, ənənəvi olaraq bizim ailələrdə həmişə oğlan uşaqlarına çox böyük üstünlük verilir. Hətta belə bir deyimimiz var idi, ”Yeddi oğul istərəm, bircə dənə qız, gəlin". Yəni bu məsələ bizim tariximizdən bu günümüzə qədər gələn bir münasibətdir. Bu da onunla əlaqədardır ki, oğlan uşaqları təsərrüfat işlərində evə köməklik edir, vətəni qoruyurdular. Əvvəlki cəmiyyətdə qız uşaqlarının vəziyyəti çox da yaxşı deyildi, bəzən onlar ailə qura bilmirdilər, bunun üçün “qız yükü, duz yükü” deyirdilər. Lakin son vaxtlar bura digər faktorlar daxil oldu. İlk səbəblərdən biri budur ki, ümumiyyətlə, son vaxtlar ailələrdə uşaqların sayında azalma var, daha çox 1 və ya 2 uşağa üstünlük verilir, halbuki, ideal ailə modelində 3 uşağın olması arzuolunandır. Beləliklə, 1-2 uşaq olanda da çalışırlar ki, onlardan biri və yaxud elə ikisi də oğlan uşağı olsun.

Həmsöhbətimiz onu da vurğuladı ki, ölkədə geniş vüsət alan cinsi selektiv abortlar dözülməz mənəvi məsələdir: “Çünki valideynlər qərar verirsə ki, ananın bətnindəki qız abort edilsin, bununla da hər ikisi qətl hadisəsində iştirak edir. Bu zaman həmin valideynlərdə mənəvi aşınma baş verir, onlar öz övladlarının qatilinə çevrilirlər. Ölkəmizdə bu problemin həlli üçün maarifləndirmə işləri aparılmalıdır. Xüsusən də televiziyalarda tez-tez göstərməliyik ki, indiki dövr yüz il bundan əvvəlki dövr deyil və yaxud indiki qız uşaqları 50 il bundan əvvəlki qız uşaqları deyil. İndi elə qız uşaqları var ki, 10 oğuldan da qoçaq, qeyrətlidir, vətəni və ailəsi üçün faydalı işlər görür. Həmçinin, mətbuatda, mediada uğurlu qadınların təbliğatı çox aparılmalıdır. Digər tərəfdən, başqa ölkələrdə olduğu kimi, seriallarla təbliğata çalışmaq lazımdır”.

  • Aytəkin Kamranqızı: “Dövlət səviyyəsində bu prosesin qarşısı alınmazsa, yaxın illərdə cəmiyyətdə kişilərin sayı qadınlara nisbətən çox olacaq və oğlanlar evlənməyə qız tapmayacaqlar”

Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində bildirdi ki, bəzi ailələrdə qız uşağına ikinci dərəcəli yanaşma tərzi təəssüf doğurur: "Bir qisim ailələrdə qız uşaqlarının sayının çox olması, evin kişisinin ancaq oğlan uşağı istəməsi və nəslin davamçısı kimi oğlan uşaqlarına üstünlük verilməsi problemin yaranmasına səbəb olur. Dölün cinsinə görə məhv edilməsi qanunla qadağan olunub. Amma görünən odur ki, qız uşaqlarının sayının kəskin şəkildə azalması gələcəkdə demoqrafik balansın pozulmasına gətirib çıxaracaq. Əgər dövlət səviyyəsində bu prosesin qarşısı alınmazsa, yaxın illərdə cəmiyyətdə kişilərin sayı qadınlara nisbətən çox olacaq və oğlanlar evlənməyə qız tapmayacaqlar. Kişilərin bir qismi ailə qurmaq üçün əcnəbi ölkələrə müraciət etməli olacaq ki, bu da millətin genefondunun formalaşmasına təsirsiz ötüşməyəcək. Sözsüz ki, vəziyyətin belə hal almasının səbəblərindən biri də elmi inkişafdır. Problemi aradan qaldırmaq üçün ailələrə başa salınmalıdır ki, qız və ya oğlan uşağını seçmək düzgün deyil. Bu istiqamətdə cəmiyyətin maarifləndirilməsinə də ehtiyac var”.

Sosioloqun fikrincə, ölkə əhalisi oğlana meylli toplum olaraq qız uşaqlarının doğulmasının qarşısının alınmasında maraqlıdır: "Bu hala Şərq xalqlarının bir çoxunda rast gəlirik. Çünki Şərqdə əsrlər boyu oğlanlara nəslin davamçısı kimi baxılıb və bu hal indi də davam etməkdədir. UZİ müayinəsi vasitəsilə dölün cinsinin təyinindən sonra bunu edənlər artıb. Amma bunun yaradacağı sosial-psixoloji fəsadları da unutmaq olmaz. Hazırda cəmiyyətin psixoloji, mənəvi, sosial rekonstruksiyaya ehtiyacı var. Qloballaşan dünyada Azərbaycanın öz ailə dəyərlərini və ənənələrini yaşatması üçün daim təbliğat işləri aparılmalıdır. Ailə institutumuz bir örnək kimi gələcək nəslə ötürülməlidir. Problemin aradan qaldırılması üçün düşünürəm ki, geniş maarifləndirmə işinin aparılmasına ehtiyac var”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ